Müəllimlərin yerdəyişməsində hansı meyarlar əsas götürülür? QAYDA
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müəllimlərin yerdəyişməsi müsabiqəsi hər tədris ilinin sonunda müsabiqə əsasında həyata keçirilir.
Redaktor.az xəbər verir ki, bu barədə “Təhsil haqqında” Qanunda qeyd olunub.
Qanuna əsasən, yerdəyişmə müsabiqəsi təhsilverənlərin sertifikatlaşdırılmasında, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində və ya işə qəbul üzrə müsabiqədə topladıqları bal əsasında aparılır.
Müəllimlər yerdəyişmə müsabiqəsində iştirak etmək üçün elektron sistemdə qeydiyyatdan keçir və onlar üçün “Şəxsi kabinet” yaradılır.
Namizədlər şəxsi kabinetlərinə daxil olaraq elektron ərizəni doldurur, 4-dən çox olmamaq şərti ilə vakant yerləri seçir və ərizələrini təsdiqləyirlər.
Qanunvericiliyə əsasən, müəllimlərin yerdəyişməsi zamanı ilk növbədə şəhid ailəsinin üzvü olan namizədlərə üstünlük verilir.
Müsabiqənin yekun nəticələri isə müəllimlərin “Şəxsi kabinet”inə göndərilir.
Qeyd edək ki, 2026-cı il üzrə mayın 23-26 tarixlərində dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçimi mərhələsi keçirilib (azedu.az).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 12 İyun 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















