Icma.az
close
up
RU
Şəhərsalma planlaşdırılarkən nəqliyyat infrastrukturu hansı prinsiplər əsasında qurulmalıdır?

Şəhərsalma planlaşdırılarkən nəqliyyat infrastrukturu hansı prinsiplər əsasında qurulmalıdır?

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 20 fevral, AZƏRTAC

Müasir şəhərsalmanın ümumi prinsipləri mövcuddur. Bu prinsiplərdən ən vaciblərindən biri şəhər və yaşayış məntəqələrində məskunlaşan əhalinin mobilliyinin yüksək səviyyədə təmin edilməsi, həmçinin şəhərin logistika sisteminin səmərəli şəkildə qurulmasıdır. Bu iki vəzifənin yerinə yetirilməsi üçün inkişaf etmiş yol-nəqliyyat infrastrukturu və effektiv nəqliyyat sistemi olmalıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında hüquqşünas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib.

O qeyd edib ki, yol-nəqliyyat infrastrukturu dedikdə ictimai nəqliyyat üçün ayrılmış zolaqlar, tramvay xətləri, dəmir yolu şəbəkəsi, metro, mikromobillik zolaqları, avtomobillər üçün parklanma və saxlama yerləri (qarajlar), eləcə də piyadalar üçün rahat və təhlükəsiz səkilər nəzərdə tutulur.

Paytaxtın yol-nəqliyyat infrastrukturunda xüsusi depo və qarajların yaradılmasına ehtiyac var

“İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, avtomobillər müasir şəhər və yaşayış məntəqələrinin ayrılmaz hissəsidir. Bununla yanaşı, təkcə minik avtomobilləri deyil, digər nəqliyyat vasitələri – yük avtomobilləri, mikromobillik vasitələri və ictimai nəqliyyatın müxtəlif çeşidləri də bura daxildir. Buna görə də onların saxlanması üçün xüsusi məkanlar, o cümlədən qarajlar və texnoparklar yaradılmalıdır. Diqqət yetirsək görərik ki, Bakı və ətraf ərazilərdə yük avtomobilləri yol kənarlarında park edilir və bu, xoşagəlməz mənzərə yaratmaqla yanaşı, bəzən hərəkəti məhdudlaşdırır və təhlükə yaradır. Problemin əsas səbəbi iri nəqliyyat vasitələrinin saxlanması üçün yetərli infrastrukturun – qaraj və texnoparkların olmamasıdır. Bəzi hallarda avtobusların da küçələrdə saxlanıldığını müşahidə edirik. Halbuki ictimai nəqliyyat üçün xüsusi depolar olmalıdır ki, nəqliyyat vasitələrinə gündəlik texniki qulluq göstərilsin və onlar reyslərə məhz həmin məntəqələrdən buraxılsın. Bütün bunlar müasir şəhərin yol-nəqliyyat infrastrukturunun vacib elementləridir.

Tıxacların qarşısını almaq üçün dairəvi yollar və radial kanallar mühüm əhəmiyyət kəsb edir

Eyni zamanda, logistika sistemi də düzgün qurulmalıdır. Şəhərin yol-nəqliyyat infrastrukturu elə qurulmalıdır ki, bir nöqtədən digərinə hərəkət zamanı mərkəzdən keçməyə ehtiyac qalmasın. Bu məqsədlə dairəvi yollar mühüm əhəmiyyət daşıyır. Həmin dairəvi yollardan şəhərin müxtəlif zonalarına çıxış təmin edən radial və rahat kanallar olmalıdır.

Bundan əlavə, əhalinin mobilliyinə xüsusi diqqət yetirilməlidir. Xüsusilə piyadalar üçün rahat və təhlükəsiz şərait yaradılması vacibdir. “İnsan yönümlü şəhər” konsepsiyasına əsasən şəhərin prospektləri, küçələri və meydanları hər kəs üçün cəlbedici və xoş olmalıdır. Bunun üçün geniş səkilər, yaşıllıq zolaqları, eləcə də insanın zövqünü oxşayan, diqqətini cəlb edən arxitektura obyektləri olmalıdır. Əgər rahat səkilər və yaşıllıqlar yoxdursa, insanlar hətta qısa məsafələri belə piyada qət etmək istəməz və nəqliyyata üstünlük verərlər. Səkinin olmaması piyadanı avtomobil yolu ilə hərəkət etməyə məcbur edir ki, bu da təhlükə yaradır. Eyni zamanda, qızmar yay aylarında yaşıllıq olmayan ərazilərdə piyada hərəkəti çətinləşir. Bütün bunlar nəzərə alınmalı və maksimum dərəcədə imkan daxilində piyadalaşdırılmış zonalar yaradılmalıdır. Bundan başqa, ekoloji vəziyyətə xüsusi fikir verilməlidir”, - deyə o bildirib.

Ə.Hüseynov diqqətə çatdırıb ki, son illərdə ən maraqlı yeniliklərdən biri Çinin iri şəhərlərində tətbiq olunan maraqlı təcrübədir: “Şəhər mühitinin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün işlər görülüb və yaşıllıqların yaradılması, havanın çirkləndirici vasitələrdən azad edilməsi nəticəsində 10-15 il bundan qabaq boş olan küçələr insanlarla dolmağa başlayıb. Bütün bunlar müasir şəhərlərdə nəzərə alınmalıdır. Həmçinin “15 dəqiqəlik şəhər” konsepsiyası var ki, bəzi mütəxəssislər buna “20 dəqiqəlik şəhər” konsepsiyası da deyir – bu nədir? Bu konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, şəhərdə sosial infrastruktur – iş yerləri, təhsil və tibb müəssisələri, alış-veriş məkanları, əyləncə və ictimai xidmət obyektləri elə quraşdırılmalıdır ki, orta statistik insan gündəlik tələbatlarını ödəmək üçün uzaq məsafələr qət etməyə məcbur qalmasın. Bütün əsas xidmət və obyektlər yaşayış yerindən təxminən 15–20 dəqiqəlik məsafədə yerləşməlidir. Hətta xüsusi seçim tələb etməyən bir çox iş yerlərinin də yaşayış məntəqələrinə yaxın olması məqsədəuyğun hesab edilir.

Bu amillərin hamısı şəhərsalma prosesində nəzərə alınmalıdır. Əgər əhalinin mobilliyi yüksək səviyyədə təmin edilməzsə, həmin şəhər və ya yaşayış məntəqəsində həyat keyfiyyəti aşağı düşür. Bu isə müxtəlif fəsadlara – tıxacların artmasına, vaxt itkilərinə, iqtisadi proseslərin ləngiməsinə və ümumi şəhər mühitinin səmərəsizliyinə səbəb olur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Fevral 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see391

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see332

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see328

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see299

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see299

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see284

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see283

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see280

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see272

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see264

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see263

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see260

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see250

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see247

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see242

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see237

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see237

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see232

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see222

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see220
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri