Beynəlxalq təşkilatların genişlənməsi hansı prinsiplər əsasında müəyyənləşdirilməlidir? AÇIQLAMA
Icma.az, Moderator.az saytına istinadən bildirir.
"Məncə, hər hansı bir dövlətin beynəlxalq təşkilatlara üzvlüyü, eləcə də beynəlxalq təşkilatlarda müşahidəçi statusu əldə etməsi məsələsi, ilk növbədə, həmin təşkilatın daxili nizamnaməsi və qarşıya qoyduğu məqsədlərlə bağlıdır".
Bu fikirləri Moderator.az-a Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyanın Türk Dövlətləri Təşkilatına qoşulması təşəbbüsünə münasibət bildirərkən açıqlayıb.
Politoloq qeyd edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın Türk Dövlətləri Təşkilatına üzv qəbul olunması və ya müşahidəçi statusunda təşkilata qoşulması təşəbbüsü ilə çıxış etməsinə münasibət zamanı qeyd edib:
"Məsələn, bəzi təşkilatlar var ki, onlar hərbi-siyasi xarakter daşıyır və bu təşkilatlarda müşahidəçi statusu nəzərdə tutulmur. Çünki belə bir yanaşma həmin təşkilatların müəyyən edilmiş strategiyasına ziddir.
Bununla yanaşı, elə təşkilatlar da mövcuddur ki, onların sıralarına müşahidəçilərin cəlb edilməsi təşkilatın daha səmərəli fəaliyyətinə müsbət təsir göstərir və onun ideya-fəlsəfi birliyinə heç bir xələl gətirmir.
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində gələcəkdə hər hansı bir ölkəyə müşahidəçi statusunun verilməsi məsələsi də, ilk növbədə, təşkilatın qarşısında duran məqsədlərdən, eləcə də üzv dövlətlərin liderlərinin TDT-ni gələcəkdə hansı istiqamətdə inkişaf etdirmək və necə bir təşkilat kimi formalaşdırmaq niyyətindən asılıdır.
Belə ki, beynəlxalq təşkilatların fəaliyyət istiqamətləri və prioritetləri fərqlidir. Bəziləri iqtisadi məsələlərə, digərləri humanitar-mədəni sahəyə üstünlük verir, bir qismi isə özünü siyasi birlik kimi mövqeləndirir.
Bu baxımdan, ilk növbədə, TDT-nin gələcək perspektivlərinin, strateji hədəflərinin və fəaliyyət məqsədlərinin nədən ibarət olduğu aydınlaşdırılmalıdır.
Hətta müşahidə edirik ki, son dövrlər Macarıstan da TDT-nin tədbirlərində iştirak etmir. Bu isə Macarıstanın təşkilat çərçivəsində iştirakının davamlılığı və onun TDT-nin fəaliyyətinə bu və ya digər şəkildə təsiri ilə bağlı müəyyən suallar doğurur.
Eyni zamanda, adı çəkilən və ya çəkilməyən digər ölkələrə müşahidəçi statusunun verilməsinin TDT-nin ümumi fəaliyyət prinsiplərinə nə dərəcədə uyğun olacağı məsələsi də, ilk növbədə, təşkilatın özü və üzv dövlətlər tərəfindən müəyyənləşdirilməlidir".
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor
Parlament müxbiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 31 Oktyabr 2026 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















