Icma.az
close
up
RU
Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? Psixoloq rəyi

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? Psixoloq rəyi

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 7 avqust, AZƏRTAC

Hər birimiz zaman-zaman həyəcan keçiririk. Lakin həyəcan hissi ciddi psixoloji pozuntular olduğu anlamına gəlmir. Burada doğum ili və hansı nəslə mənsub olmaq amili də rol oynayır. Millenial (Y), Zumer (Z) və ya Alfa nəsillərinə aid insanların hansı birinin həyəcanla bağlı pozuntulara daha çox həssas olduğunu öyrənmək üçün AZƏRTAC-ın müxbiri 145 nömrəli ümumtəhsil məktəbinin uşaq psixoloqu Ofeliya Xıdırova ilə söhbət edib.

Şikayət etməməklə bağlı düşüncə tərzi Millenial nəslində problemləri gizlətmək vərdişi formalaşdırıb

Psixoloqun sözlərinə görə, əgər ruhi sağlamlığa nəsillər prizmasından nəzər salsaq, Millenial nəsli bu kontekstdə həyəcanla bağlı pozuntulara daha çox həssasdır. Buna müntəzəm iqtisadi böhranlar və karyera yüksəlişinin daimi axtarışı təsir göstərir. Onları bebi-bumerlər böyüdüb, sonuncular üçün isə ali təhsil və peşəkar uğur həmişə prioritet məsələlər olub.

Şikayət etməməklə bağlı düşüncə tərzinin təlqini bu insanları problemlərini gizlətməyə sövq edir. Onlar həyəcan simptomlarını şəxsiyyətlə bağlı xüsusiyyətlər və ya zəiflik əlaməti ilə tez-tez səhv salırlar ki, bu da həmin şəxsləri ancaq ekstremal hallarda peşəkar yardım almağa vadar edir.

Zumerlər daimi informasiya yüklənməsi ilə qarşılaşırlar

Ofeliya xanım hesab edir ki, Zumer nəsli depressiya və həyəcana qarşı daha həssasdır. “Onlar COVID-19 pandemiyası kimi böyük hadisələr dövründə böyüyüblər. Bu insanlar, həmçinin daimi informasiya yükü, sosial medianın təzyiqi ilə üzləşirlər, çünki burada özünü başqaları ilə müqayisə etmək adi haldır və gələcəklə bağlı qeyri-müəyyənlik hissi var”, - deyə o izah edir.

Alfa gözünü rəqəmsal mühitdə açan nəsildir

Alfa nəsli ilə bağlı psixoloq qeyd edir ki, bu kateqoriyaya mənsub olan insanlar hələ yetərli şüur səviyyəsinə çatmayıblar və bu səbəbdən müəyyən pozuntular barəsində danışmaq tezdir. Buna baxmayaraq, onlar tədqiqatçılar üçün böyük maraq doğurur, çünki bu insanlar doğuşdan etibarən tamamilə rəqəmsal mühitə məruz qalan ilk nəsildir.

Həyəcanla bağlı pozuntuların statistikasında artım müşahidə olunur

Agentliyin həmsöhbətinin sözlərinə görə, bu gün gənclər əqli sağlamlıq problemlərini açıq şəkildə müzakirə edirlər. Bu, bir tərəfdən internetdə məlumatların mövcudluğu ilə bağlıdır. İnsanlar narahatlıq, depressiya və emosional tükənmə barədə daha çox məlumatlı olublar və psixoterapiyanın populyarlığı kömək istəmək qorxusunu azaldıb. Digər tərəfdən, normal həyat təcrübələrini patologiya ilə qarışdırmaq, məsələn, imtahandan əvvəl təbii həyəcan hissini və ya ayrılıqdan sonrakı kədəri klinik depressiyaya bərabər tutmaq meyli artmaqdadır.

Psixoloq əlavə edib ki, həyəcanla bağlı pozuntu statistikası həqiqətən də artıb, lakin bu, indiki nəslin əvvəlkilərdən obyektiv olaraq zəif olduğu anlamına gəlmir. “Sadəcə, insanlar problemlər haqqında ucadan danışmağa başlayırlar. Millenial nəslinə mənsub olanlar da həyəcandan eyni dərəcədə əziyyət çəkirdilər, amma onlar susurdular, utanırdılar və ya sadəcə hisslərini etiraf edə bilmirdilər. Bunun əksinə olaraq, bugünkü gənclər lazım olan məlumatları asanlıqla tapır və kömək istəməkdən çəkinmirlər”, - deyə O. Xıdırova sözlərini yekunlaşdırıb.

Müəllif – Leyla Muradzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri