Hansı ölkədə ailələr ərzağa daha çox pul xərcləyirlər? Siyahı
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanda istehlakçıların ümumi xərclərinin 37,6 faizi evdə istehlak üçün alınan ərzaq məhsullarına sərf olunur.
Yeniavaz.com xəbər verir ki, bu göstərici ABŞ Kənd Təsərrüfatı Nazirliyinin İqtisadi Tədqiqatlar Xidmətinin 2025-ci il məlumatları əsasında hazırlanmış ölkələrarası müqayisədə əksini tapıb.
Məlumatlara görə, Azərbaycan ərzağa ayrılan xərclərin payına görə 103 ölkə arasında 17-ci yerdə qərarlaşıb.
Siyahıda ilk yeri Nigeriya tutur. Bu ölkədə istehlakçıların xərclərinin 56,2 faizi ərzaq məhsullarının alınmasına yönəlir. Myanmada bu göstərici 54,8 faiz, Laosda 53,9 faiz, Keniyada isə 48,7 faiz təşkil edir.
Türkmənistanda istehlakçı xərclərinin 46,3 faizi, Tanzaniyada 45,8 faizi, Özbəkistanda isə 44,8 faizi ərzağa sərf olunur.
Azərbaycanın qonşuları arasında Gürcüstanda göstərici 31 faiz, İranda 27,6 faiz, Rusiyada 25,7 faiz, Türkiyədə isə 21,6 faizdir.
Ərzağa ən az pay ayıran ölkələr sırasında Sinqapur 6,3 faizlə sonuncu, ABŞ isə 6,4 faizlə sondan ikinci yerdədir. İsveçrədə və Honkonqda bu göstərici 8,5 faiz, Kanadada 9,5 faiz, Avstraliyada isə 9,8 faizdir.
Qeyd edək ki, araşdırmada yalnız evdə istehlak üçün alınan ərzaq məhsullarına çəkilən xərclər nəzərə alınıb. Restoran xərcləri, spirtli içkilər və tütün məhsulları hesablamaya daxil edilməyib.
Araşdırmada qeyd olunur ki, iqtisadi baxımdan ərzağa ayrılan xərclərin ümumi büdcədəki payı ölkələrin gəlir səviyyəsi ilə əlaqəli ola bilər. Gəlirlər artdıqca ailələrin ümumi xərclərində ərzağın payı adətən azalır. Bu, həmçinin ailələrin gəlirlərinin daha böyük hissəsini qidaya ayırmaq məcburiyyətində qaldığını göstərə bilər.
Ölkələr üzrə ərzağa ayrılan xərclərin payı aşağıdakı kimi olub:
Nigeriya – 56,2%
Myanma – 54,8%
Laos – 53,9%
Keniya – 48,7%
Türkmənistan – 46,3%
Tanzaniya – 45,8%
Özbəkistan – 44,8%
Kot-d’İvuar – 42,8%
Kamerun – 42,8%
Qazaxıstan – 41,7%
Ukrayna – 41,6%
Əlcəzair – 41,5%
Qvatemala – 40,6%
Efiopiya – 39,2%
Qana – 38,7%
Anqola – 38,2%
Azərbaycan – 37,6%
Filippinlər – 35,8%
Uqanda – 34,9%
Mərakeş – 34,4%
İraq – 34,3%
Kamboca – 34,0%
İndoneziya – 33,1%
Misir – 33,0%
Pakistan – 32,8%
Bosniya və Herseqovina – 31,9%
Gürcüstan – 31,0%
Belarus – 30,6%
Honduras – 30,3%
Şimali Makedoniya – 29,8%
Banqladeş – 29,6%
Şri-Lanka – 29,4%
Hindistan – 28,1%
Boliviya – 28,1%
Paraqvay – 27,7%
İran – 27,6%
Argentina – 26,7%
Vyetnam – 26,4%
El Salvador – 26,1%
Rusiya – 25,7%
Malayziya – 25,5%
Meksika – 25,4%
İordaniya – 24,5%
Tayland – 24,1%
Rumıniya – 23,9%
Ekvador – 23,4%
Serbiya – 23,3%
Peru – 23,1%
Xorvatiya – 22,9%
Tunis – 22,9%
Bolqarıstan – 22,3%
Kolumbiya – 22,0%
Türkiyə – 21,6%
Oman – 21,4%
Kosta Rika – 21,4%
Çili – 21,0%
Səudiyyə Ərəbistanı – 20,9%
Dominikan Respublikası – 20,7%
Estoniya – 20,4%
Livan – 20,1%
Latviya – 19,3%
Slovakiya – 19,0%
Venesuela – 18,9%
Uruqvay – 18,8%
Litva – 18,8%
Çin – 18,1%
Portuqaliya – 18,0%
Küveyt – 17,8%
Polşa – 17,8%
Panama – 17,5%
Macarıstan – 17,1%
Cənubi Afrika – 16,7%
Yaponiya – 16,3%
İsrail – 15,6%
İtaliya – 14,9%
Yunanıstan – 14,9%
Çexiya – 14,8%
Sloveniya – 14,2%
Qətər – 14,1%
İsveç – 13,7%
Bəhreyn – 13,5%
Fransa – 13,3%
Tayvan – 12,9%
Finlandiya – 12,9%
İspaniya – 12,8%
Cənubi Koreya – 12,8%
Yeni Zelandiya – 12,6%
Belçika – 12,5%
Norveç – 11,9%
Danimarka – 11,7%
Braziliya – 11,7%
Niderland – 11,6%
Almaniya – 11,5%
Birləşmiş Ərəb Əmirlikləri – 10,8%
Avstriya – 9,9%
Avstraliya – 9,8%
Kanada – 9,5%
Honkonq – 8,5%
İsveçrə – 8,5%
Birləşmiş Krallıq – 8,3%
İrlandiya – 8,3%
ABŞ – 6,4%
Sinqapur – 6,3%
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Hansı ölkədə işçinin maaşından daha çox pul tutulur? Siyahı
18 Sentyabr 2026 11:52
Hansı ölkədə ailələrin daha çox borcu var? Siyahı
17 İyun 2026 17:16
Azərbaycanlı turistlər ən çox hansı ölkədə pul xərcləyiblər? Tam siyahı
13 Fevral 2026 14:15
Azərbaycanda ailələr ərzağa bu qədər pul xərcləyir
23 Dekabr 2025 13:46
Ailələr qazancın yarısını ərzağa xərcləyir
15 May 2026 17:33
Baxış sayı:129
Bu xəbər 28 Oktyabr 2026 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















