Icma.az
close
up
RU
Hansı pozalarda yatmaq olmaz. Həkimlər xəbərdarlıq edir!

Hansı pozalarda yatmaq olmaz. Həkimlər xəbərdarlıq edir!

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnsan həyatın 1/3 hissəsini yuxuda keçirir.

Bu səbəbdən yuxu zamanı düzgün olmayan poza insanda müxtəlif pozulmalara səbəb ola bilər. Beləliklə, hansı pozalarda yatmaq olmaz:

- Qarın üstə başı yana çevrilmiş vəziyyətdə yatmaq. Bu vəziyyətdə onurğa arteriyası saxılmış vəziyyətdə qalır ki, baş beyinin qanla təmin olunması pozulur. Bu isə səhər baş ağrılarına və digər pozulmalara səbəb ola bilər. Bu poza xüsusilə yaşlı insanlar üçün ziyanlıdır.

Bu poza həmçinin boyun fəqərələri üçün ziyanlıdır və osteoxondrozun inkişafına səbəb ola bilər.

Digər tərəfdən bu vəziyyətdə yatan insanın döş qəfəsi sıxılır ki, nəticədə ağ ciyər pis işləyir, orqanizm oksigeni daha az miqdarda alır.

Nəhayət bu poza üz dərisinin vəziyyəti üçün çox ziyanlıdır - dəri dartılır, sıxılır ki, nəticədə bu pozada daim yatan insanda qırışlar daha tez əmələ gəlir.

- Bel üstə hündür yastıqda yatmaq. İnsanlar əsasən bu pozada televozora baxanda və ya kitab oxuyanda yuxuya gedir. Bu poza boyun fəqərələrinə çox mənfi təsir edir,  sinirlər, əzələlər, damarlar sıxılır. Nəticədə insan oyanandan sonra boyun nahiyəsində güclü ağrı hiss edir. Daim bu pozada yatan insanda boyun osteoxondrozu inkişaf edə bilər.

Həmçinin bu pozada "apnoe" kimi ciddi pozulmadan əziyyət çəkən insanlara yatmaq olmaz. Yuxu zamanı xoruldayan insanların əksər hissəsində "apnoe" yaranır. "Apnoe" yuxuda nəfəsalmanın müvəqqəti dayanması deməkdir. Nəfəsalma dayananda beyin impuls göndərir və insan dərhal oyanır və sonra yenə yuxuya gedir. İnsan bunu hətta hiss etməyə bilər. Nəfəsalmanın dayanması gecə ərzində dəfələrlə baş verir. Nəticədə insan pis yatır, özünü daim yorğun hiss edir, tez-tez baş ağrılarından əziyyət çəkir, əsəbi olur, onun yaddaşı və diqqəti zəifləyir. Bəzi ağır hallarda apnoe sindromu hətta insanın yuxuda ani ölümünə səbəb ola bilər.

- Bel üstə yastıqsız yatmaq. Bu zaman baş arxaya əyilmiş vəziyyətdə qalır ki, boyun fəqərələri deformasiya olunur. Nəticədə sinirlər sıxılır, beyin qan dövranı pozulur. Bu isə boyun nahiyəsində ağrılara, sinirlərin sıxılması nəticəsində qolda ağrılara və səhərlər baş ağrılarına səbəb ola bilər.

Həmçinin bu poza insanda osteoxondrozun inkişafına səbəb ola bilər.

Həkimlərin fikirinə görə, bel üstə yatmaq daha yaxşıdır. Bu zaman döşək nə çox yumuşaq, nə də çox bərk olmamalıdır. Yastıq hündür olmamalıdır, insanın çiyinləri yuxu zamanı yastıqda deyil, döşəkdə olmalıdır. Hal hazırda xüsusi anatomik yastıqlar satılır ki, bu yastıqlar boyun nahiyəsini saxlayır.

Bel üstə yatmaq hipertoniya və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün xeyirlidir. Həmçinin bu poza həzm proseslərinə kömək edir, üz dərisini qırışların əmələ gəlməsindən qoruyur.

Apnoedən əziyyət çəkənlərə, onurğa problemləri olan insanlara sol böyrü üstə yatmaq tövsiyə olunur.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 07:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri