Hansı rayonda yollar daha pisdir? Ekspertdən TƏHLİL
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Azərbaycanda yol infrastrukturunun vəziyyətinin yalnız yolların ümumi uzunluğu ilə qiymətləndirilməsi real mənzərəni tam əks etdirmir. Yerli yolların qiymətləndirilməsi zamanı yolun uzunluğu ilə yanaşı, örtüyü, texniki dərəcəsi, əraziyə və əhaliyə düşən yol təminatı da nəzərə alınmalıdır".
BAKU.WS-in məlumatına görə, bunu nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, 2023-cü ilin rəsmi statistikası göstərir ki, Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 18 916 kilometr təşkil edib:
"Bunun 4 806,9 kilometri respublika əhəmiyyətli, 14 109,1 kilometri isə yerli əhəmiyyətli yollardır. Beləliklə, ölkənin ümumi avtomobil yol şəbəkəsinin təxminən 74,6 faizi yerli yolların payına düşür.
Bu rəqəm xüsusilə əhəmiyyətlidir. Çünki insanların gündəlik hərəkətinin böyük hissəsi kəndləri, qəsəbələri, rayon mərkəzlərini və digər yaşayış məntəqələrini birləşdirən yerli yol şəbəkəsindən asılıdır.
Lakin yerli yolların örtük vəziyyəti fərqli mənzərə yaradır. Belə ki, 14 109,1 kilometrlik yerli yol şəbəkəsinin 7 534,3 kilometri asfalt-beton, 5 612 kilometri çınqıl, 888,8 kilometri qara örtük, 70 kilometri torpaq, cəmi 4 kilometri isə sement-beton örtüklüdür.
Bu o deməkdir ki, yerli yolların təxminən 40 faizi çınqıl örtüklüdür".
R.Ağamirzəyev yolların texniki dərəcələrinin də nəzərə alınmasının vacibliyini vurğulayıb: "Ümumi yol şəbəkəsində 10 463,3 kilometr IV dərəcəli, 1 103,2 kilometr isə V dərəcəli yol mövcuddur.
Bu səbəbdən rayonları yalnız yerli yolların uzunluğuna görə müqayisə etmək düzgün deyil. Yerli yol şəbəkəsinin uzunluğuna görə Lerik 456 kilometrlə ilk sıradadır. Qubada bu göstərici 429 kilometr, Laçında 406 kilometr, İsmayıllıda 393 kilometr, Şəkidə 343 kilometr, Gədəbəydə 336 kilometr, Şərurda 329 kilometr, Tovuzda 328 kilometr, Sabirabadda 325 kilometr, Cəlilabadda isə 307 kilometrdir.
Hansısa rayonda yolların daha çox olması həmin ərazidə yol infrastrukturunun daha yaxşı olduğu anlamına gəlmir".
Bu baxımdan Rauf Ağamirzəyev "Yerli Yol İnfrastrukturu İndeksi"nin hazırlanmasını təklif edib. Onun fikrincə, belə bir indeks formalaşdırılarkən ən azı 5 göstərici nəzərə alınmalıdır:
yerli yolların ümumi uzunluğu; 1000 kvadratkilometrə düşən yol uzunluğu; 10 min nəfərə düşən yol uzunluğu; sərt örtüklü yolların payı; yolların texniki dərəcəsi.Ekspert hesab edir ki, belə yanaşma "hansı rayonda daha çox yol var?" sualından daha vacib olan "əhalisi və ərazisi nəzərə alınmaqla hansı rayonun daha yaxşı yerli yol təminatı var?" sualına cavab verməyə imkan yaradacaq:
"Növbəti mərhələdə Azərbaycanın rayonları üzrə yerli yol xəritəsi və reytinqinin hazırlanmasını məqsədəuyğundur. Yol infrastrukturu yalnız asfaltın kilometri deyil. Bu, əraziyə çıxış, yaşayış məntəqələrinin əlaqələndirilməsi, iqtisadi aktivlik və insanların gündəlik mobilliyidir.
Əsas məqsəd problemləri sadalamaq deyil, mövcud imkanlardan daha səmərəli istifadə etməklə şəhər və rayon sakinləri üçün real nəticə yaratmaqdır".
Orxan Hüseyn
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 05 Oktyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















