Icma.az
close
up
RU
Təhsilimizdə tərsinə qurulmuş qrant siyasəti... EKSPERTDƏN MARAQLI TƏHLİL

Təhsilimizdə tərsinə qurulmuş qrant siyasəti... EKSPERTDƏN MARAQLI TƏHLİL

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İlham Əliyev:  “Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istəyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq...” 

“Nazir sözdə deyir ki: "təhsildə güzəşt vətənə xəyanətdir". Reallıqda isə təhsildə güzəştlər, o cümlədən qrantların paylanmasındakı qanunsuzluqlar adi hal alıb. Təhsil büdcəsi son illər 5 dəfə artsa da, təhsildə heç nə dəyişmədi...”

Tanınmış təhsil ekpserti, ADPU “Kompüter elmləri” kafedrasının dosenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru İlham Əhmədov redaksiyamıza Azərbaycanda təhsilin problemləri mövzuusunda növbəti analitik yazısını təqdim edib. Aktuallığını nəzərə alaraq həmin materialı dəyərli Moderator.az oxucularının müzakirəsinə buraxırıq:

“Təhsilimizdə çox ciddi problemlər var. Bu problemlər ilbəil azalmaq əvəzinə, əksinə olaraq daha da artır. Təhsil büdcəsinin dəfələrlə artımı da problemlərin həllinə kömək etmədi. Çünki, büdcənin xərclənməsi səmərəsiz və qeyri şəffaf olmuşdur. 30 il ərzində mərhələlərlə yaranan və kök salan ciddi problemləri Elm və Təhsil Nazirliyi(ETN) həll etmək gücündə deyil. Bu qurumun problemləri həll etməyə nə niyyəti, nə səriştəsi, nə də elmi potensialı yoxdur. Nazirin etiraf etdiyi kimi, nə edəcəklərini də hələ bilmirlər. Sadəcə bütün xalqın bildiyi məsələləri səsləndirmək (KİV və sosial şəbəkələrdən öyrənərək), amma onların həlli üçün heç nə etməmək, dövlətin etimadını doğrultmamaqdan başqa bir şey deyil. Belə təsəvvür yaranır ki, elm və təhsil sahəsinə rəhbərlik edənlər bu sahənin dövlətin mühüm strateji sahəsi, milli təhlükəsizliyin əsası olduğunu hələ də tam dərk etmir, öz vəzifələrinə məsuliyyətsiz yanaşırlar. Qeyri peşəkarlıq da hər addımda və hər deyilən cümlədə özünü büruzə verir. Nazirlik elm və təhsildəki problemlərin həlli üçün konkret addımlar atmaq əvəzinə, şikayət etməklə öz işini bitmiş hesab edir... 

ETN-dən fərqli olaraq, bəzi təhsil mütəxəssisləri təhsil praktikasından və təhsil elmlərindən məlumatlı olduqlarına görə məsələlərə daha real və kompleks yanaşaraq, mövcud problemləri səsləndirir və həll yollarını göstərirlər. Amma nazirlik bu təklif və təşəbbüslərə tam biganəlik göstərməklə, problemlərin həllində maraqlı olmadığını açıq nümayiş etdirir. Təhsil mütəxəssisləri isə resurs çatışmazlığı səbəbi ilə problemləri həll edə bilmirlər. Bu məqsədlə beynəlxalq təcrübədən istifadə etmək yaxşı olar. Yəni təhsil problemləri konkretləşdirilir, sistemləşdirilir, layihələr sistemi kimi formalaşdırılır, onların həlli üçün ünvanlı maliyyə ayrılır, layihələrin icrası peşəkar layihə qruplarına, komandalara, fərdi qaydada ekspertlərə açıq müsabiqə yolu ilə həvalə edilir. Bu məqsədlə təhsil sistemində səmərəli qrant siyasətini də reallaşdırılmaq mümkündür. Son 10 ildə təhsilə dair "qrant"lar verilsə də, bunun təhsil təcrübəsinə heç bir faydası olmadı. Son illərdə verilən qrantların mövzuları təhsil problemlərinə uzaqdan-yaxından heç bir aidiyyatı olmamışdır. Qrant qalibləri olan layihə icraçılarının çoxu təhsil sistemində tanınmamış, təcrübəsi və səriştəsi olmayan qurumlar və ya fərdlər olub. Ən biabırçı qrant müsabiqəsi 2023-cü ildə oldu. Amma 2024-cü ilin müsabiqəsi, deyəsən, daha betərdir... 

Bu ərəfədə ETN QHT-lər üçün 2024-cü il üzrə qrant müsabiqəsinin nəticələrini dərc edib. Nəticələrlə tanışlıq göstərir ki, "davam edir dosta güzəşt, daha rahat, daha sərbəst". Amma nazir sözdə deyir ki: "təhsildə güzəşt vətənə xəyanətdir". Reallıqda isə təhsildə güzəştlər, o cümlədən qrantların paylanmasındakı qanunsuzluqlar adi hal alıb. Təhsil büdcəsi son illər 5 dəfə artsa da, təhsildə heç nə dəyişmədi. Deməli, büdcə artımı ilə yanaşı peşəkarlıq, vətənpərvərlik, qanunlara hörmət və xərclərdə rasionallaşdırma da lazımdır. ETN isə həmişəki kimi özünəməxsus prinsipiallıqla "fəaliyyət" göstərir. Prinsipiallıq yaxşı haldır, əgər bu həqiqətən təhsilin inkişafına real fayda verirsə, təhsil problemlərinin həllinə yönəlirsə, seçimlər ədalətə və peşəkarlığa əsaslanırsa. Əks halda bu maliyyə resurslarının növbəti israfı olacaqdır... 

ETN bir neçə ay ərzində QHT-lər üçün Qrant müsabiqəsinə təqdim edilən layihələri özü bildiyi kimi (yəni, ənənələrinə uyğun olaraq) "təhlil" etdikdən sonra, nəhayət ki, qalibləri "seçə" bilib. Ehtimal edirdik ki, bu qrant layihələrinin icrası nəticəsində ETN 5 il ərzində ciddi "narahat" edən bütün təhsil problemləri kompleks həll ediləcəkdir: yəni tərsinə qurulan təhsil sistemi "düzünə qurulacaq", ali təhsilimizin rəqabət qabiliyyəti "artacaq", ATM reytinqi "yüksələcək", tədqiqat universitetlərinin qurulmasına tövhələr veriləcək, universitetlərin sahibkarlıq fəaliyyəti təmin ediləcək, müəllim hazırlığının "keyfiyyəti" artacaq, 25 yaşdan yuxarı əhali oxuduğu mətni "100 % anlayacaq" v.s. Təəssüf ki, bu dəfəki qrant seçimləri də ənənə üzrə "dosta güzəşt" prinsipi ilə paylandı, mövzular isə heç də aktual deyil. Belə yerdə deyirlər: "Utanmasan oynamağa nə var ki?"... 

Təhsildə qrant mövzusunda əvvəlki illərdə də xeyli tənqidi məqalələr yazılıb, amma ETN rəhbərliyi ictimai nəzarəti, ictimai rəyi, KİV-in yazısını nəzərə almır. Dəyirman öz işindədir. Ölkə rəhbərliyinin ictimai nəzarət haqqındakı dəyərli fikirləri niyə ETN-ə şamil edilmir? Əslində indiki durumda təhsilin inkişafı problemlərin həlli üçün qrantlar bəlkə də sonuncu şansdır, amma ETN milyardları necə "xərcləyir"sə, kiçik məbləğləri də elə israf edir...

Dos. İlham Əhmədov"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Yanvar 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri