Icma.az
close
up
RU
Hansı sənədsiz evlərə çıxarış veriləcək, hansıları sökülə bilər? AÇIQLAMA

Hansı sənədsiz evlərə çıxarış veriləcək, hansıları sökülə bilər? AÇIQLAMA

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti dəfələrlə bildirib ki, ölkədə əmlak amnistiyası elan olunmalıdır. Bunun əsas məqsədi vətəndaşların faktiki istifadə etdikləri əmlaklar üzərində hüquqi mülkiyyət əldə etməsi, həmin əmlaklardan girov, alqı-satqı və digər iqtisadi məqsədlər üçün istifadə imkanlarının yaradılmasıdır. Sənədsiz evlərin çıxarışla təmin olunması həm vətəndaşlara, həm də ölkənin iqtisadi aktivliyinə müsbət təsir göstərə bilər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deputat Kamal Cəfərovun Milli Məclisdə çıxarışsız evlərlə bağlı təklifinə münasibət bildirərkən dedi.

O vurğuladı ki, bəzi tikililərin sənədləşdirilməsi mümkün deyil:

"Buraya kollektor xətlərinin, yüksək gərginlikli elektrik xətlərinin, qaz və neft kəmərlərinin, strateji obyektlərin yaxınlığında, meşə zolaqlarında, dəmir yolu və avtomobil yollarının mühafizə zolaqlarında, sürüşmə və digər təhlükəli ərazilərdə tikilən evlər daxildir. Həmçinin məhkəmə mübahisəsi predmetinə çevrilmiş torpaqlarda yerləşən tikililər də bu qəbildəndir.

Belə ərazilərdə yerləşən evlərin sənədləşdirilməsi qanunvericiliyə uyğun deyil. Bu halda daha məqsədəuyğun yanaşma həmin vətəndaşların alternativ yaşayış yerləri ilə təmin olunması ola bilər. Nəzərə almaq lazımdır ki, bu insanlar uzun illər həmin ərazilərdə yaşayıb, kommunal xidmətlərə görə ödəniş ediblər və onların sosial vəziyyəti də diqqətdə saxlanmalıdır.

Azərbaycanda yüz minlərlə sənədsiz ev mövcuddur. İlkin mərhələdə onların müəyyən hissəsinin sənədləşdirilməsi müsbət addım olsa da, məqsəd daha geniş əhatəli amnistiya olmalıdır. Qadağan olunmuş ərazilər istisna olmaqla, digər tikililərin sənədləşdirilməsi üçün hüquqi mexanizmlər yaradılmalıdır.

Xüsusilə kənd təsərrüfatı təyinatlı torpaqlarda salınmış və artıq böyük yaşayış massivlərinə çevrilmiş ərazilərdə torpaqların təyinatının dəyişdirilməsi məsələsinə baxıla bilər. Bu, həmin vətəndaşlara mülkiyyət hüququnun verilməsinə imkan yaradar".

Müsahibimiz amnistiya prosesinin əsasən elektron müraciət sistemi üzərindən həyata keçirilməsinin tərəfdarıdır. Onun sözlərinə görə, uzunmüddətli və bürokratik prosedurlar minimuma endirilməlidir.

"Təklif olunan mexanizm ümumi əmlak amnistiyasının elan edilməsini, sənədləşdirilməsi mümkün olan evlərin müəyyənləşdirilməsini və müraciətlər əsasında onların mərhələli, növbəli qaydada sənədləşdirilməsini nəzərdə tutur.

Bu proses böyük həcmdə texniki iş tələb edir və qısa müddətdə başa çatmayacaq. Ona görə də "ASAN xidmət"in, mobil qrupların və digər xidmət qurumlarının imkanlarından istifadə olunması məqsədəuyğun olar.

Eyni zamanda, vətəndaşlardan çoxsaylı arxiv sənədlərinin tələb olunması prosesi ləngidə bilər. Faktiki istifadə və mövcudluq əsas götürülərək sənədləşdirmə mexanizmi sadələşdirilməlidir.

Bu sahədə Türkiyə də daxil olmaqla bir sıra ölkələrin təcrübəsi mövcuddur. Sənədləşdirmə zamanı müəyyən rüsumların tətbiqi təbiidir. Lakin vətəndaşlardan yüksək məbləğlərin tələb olunması düzgün olmaz. Rüsumlar yalnız xidmət xərclərini əhatə etməli, əlavə maliyyə yükünə çevrilməməlidir.

Rayon icra hakimiyyətləri və aidiyyəti qurumlar ərazilərdəki sənədsiz evlərin siyahısını hazırlayaraq onların mərhələli şəkildə sənədləşdirilməsini təşkil edə bilərlər.

Bəzi fikirlərə görə, amnistiya yeni qanunsuz tikintilərə stimul verə bilər. Lakin artıq yeni tikililərin kommunal şəbəkələrə qoşulmasının məhdudlaşdırılması ilə bağlı tədbirlər mövcuddur. Bu nəzarət mexanizmləri daha da gücləndirilməli, gələcəkdə qanunsuz tikintilərə yol verilməməlidir.

Yerli icra hakimiyyətləri və bələdiyyələr də bu prosesdə məsuliyyət daşımalı, yeni qanunsuz tikililərin qarşısını almalıdırlar. Qanunla qadağan olunmayan ərazilərdə yerləşən və faktiki yaşayış üçün istifadə edilən tikililər isə mərhələli şəkildə mülkiyyət sənədləri ilə təmin olunmalıdır".

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 İyun 2026 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri