Icma.az
close
up
RU
İnsanabənzər varlıqlar yaradıla bilər: Orqan transplantasiyası üçün inqilabi yenilik olacaq

İnsanabənzər varlıqlar yaradıla bilər: Orqan transplantasiyası üçün inqilabi yenilik olacaq

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Elm adamları laboratoriya şəraitində insan bədənləri yetişdirməyin mümkün olacağını bildiriblər. Yeni texnologiya əsasında hazırlanacaq insanlara "bodyoid"lər, yəni şüursuz insan bədənləri adı verilib.  Elm adamlarının fikrincə, bu bədənlər orqan transplantasiyası və tibbi tədqiqatlar üçün inqilabi yenilik olacaq.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, "MIT Technology Review" jurnalında yayımlanan araşdırmaya görə, Stanford Universitetindən üç alim “bodyoid” adlandırılan, normal insan bədəninə bənzəyən varlıqların laboratoriya şəraitində yaradılmasının mümkün olduğunu irəli sürüb.

Alimlər "bodyoid"lərin tibbi tədqiqatlar, dərman sınaqları və orqan transplantasiyası sahələrində inqilabi yenilik ola biləcəyini qeyd edirlər. Mütəxəssislər bu bədənlərin adi insan vücudu ilə eyni fizioloji xüsusiyyətlərə sahib olacağını, lakin şüurları olmadığı üçün ağrı hiss etməyəcəklərini vurğulayıblar.

Elm adamları belə bir yenilikdən istifadənin yalnız etik qaydalara uyğun olmadığını və bu səbəbdən insan bədənlərinin əldə edilməsində çətinliklər yaşandığını bildiriblər. Orqan transplantasiyası gözləyən xəstələrin sayının artdığını qeyd edən tədqiqatçılar, bu üsulla limitsiz orqan və toxuma mənbəyi yaradılmasının mümkün ola biləcəyini iddia edirlər.

Məlumata əsasən, ABŞ-də 100 mindən çox insan orqan nəqli gözləyir, İngiltərədə isə bu rəqəm 8 mindən çoxdur. Hər il yüzlərlə insan uyğun orqan tapılmadığı üçün həyatını itirir. Alimlər xəstənin öz DNT-sindən əldə edilən "bodyoid"lər vasitəsilə orqan nəqlində mükəmməl uyğunluq əldə olunacağını düşünürlər.

Tədqiqatçılar, bu texnologiyanın ciddi etik problemlər doğura biləcəyini qəbul etsələr də, müəyyən çərçivələr daxilində tətbiq edilə biləcəyini bildirirlər. İnsana bənzəyən, lakin şüuru olmayan varlıqların yaradılması insan həyatının dəyəri ilə bağlı suallar da yaradır.

Elm adamları bu yeniliyin geniş ictimai müzakirə tələb etdiyini vurğulayaraq bildiriblər: “Ehtiyatlı olmaq vacibdir, lakin cəsarətli yanaşma da lazımdır. Bu fürsət gözardı edilə bilməyəcək qədər əhəmiyyətlidir”. 

Bəsti Rəfizadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sfera.az
archiveBu xəbər 29 Mart 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri