Icma.az
close
up
RU
“Hara gedirəmsə, insanlar mənə mütləq o qolu xatırladır”

“Hara gedirəmsə, insanlar mənə mütləq o qolu xatırladır”

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Milan”ın bir qədər stajlı fanatları, yəqin ki, Aleşandro Patonu gözəl xatırlayır. Braziliyalı forvard 2007-13-cü illərdə “rossonyerlər”in şərəfini qoruyub və A seriyasında 117 oyuna 51 qol vurub.

"Football-plus.az" xəbər verir ki, “sambaçı” bu klubla 2011-də həm A seriyasını, həm də İtaliya superkubokunu qazanıb. “Milan”dan ayrılandan sonra Pato Braziliya, İngiltərə, İspaniya, Çin və ABŞ-də də top qovub. Hazırda 35 yaşı olan və sonuncu dəfə 2023-də “San Paulu”nun şərəfini qoruyan tanınmış forvard hələ də karyerasını rəsmi şəkildə bitirməyib. Bir müddət öncə İtaliyaya gələn Pato “Milan” TV-yə müsahibə verərək klubda keçirdiyi dönəmi xatırlayıb.
- Milanelloya qayıtdıqda hansı hissləri keçirirsən?
- Bura gələndə atama dedim ki, göz yaşı axıtmaq istəmirəm. Çünki möhkəm olmalıyam. Amma həyəcan hissi keçirmədiyimi desəm, yalan olar. Çünki ilk dəfə İtaliyaya ayaq basanda heç 18 yaşım da tamam olmamışdı. Həyatımın ən unudulmaz və gözəl anları məhz “Milan”da keçirdiyim 5-6 il ilə bağlıdı.
- Burdakı ilk gününü xatırlayırsanmı?
- Əbəttə. Karlo Ançelotti sözün əsl mənasında əlimdən tutaraq digər futbolçuların olduğu yerə apardı. Həmin oyunçuların bir çoxu mümkün olan hər şeyi qazanmışdı. Ançelotti onlardan ayağa qalxmağı və mənimlə görüşməyi tələb etdi. Onlar da belə edərək mənə hörmətlə yanaşdılar. Ayağa qalxdılar və bir-bir hər biri ilə əl verib görüşdüm. Bu anı həyatımın sonuna qədər unutmayacam. Ona görə də bu qədər böyük hisslər, emosiyalar yaşadığım bir yerə qayıtmaq çox xoşdu. Bütün bunları artıq öz oğluma da danışa bilərəm. Onu da bir gün bura gətirmək üçün səbirsizlənirəm. Həyatda elə anlar var ki, onları yaddaşdan silmək mümkün deyil. Əksinə, o hissləri yenidən yaşayırsan.
- Karyeranın bu hissəsinin sənin üçün önəmi nə qədərdi?
- Birmənalı şəkildə həyatımın ən önəmli anlarıdı. İnsan keçmişə qayıda və ya gələcəyə yollana bilmir. İnsan yalnız indiki həyatı yaşaya bilir. Milanelloya qayıdan kimi futbolda qoyduğum iz, etdiyim ən önəmli şeylər gözümün önündə canlanır. Nəyə nail olmuşamsa, hamısı valideynlərimin sayəsində mümkün olub. Ümumiyyətlə, peşəkar karyeramın əvvəli çox sürətli və başgicəlləndirici alındı. “İnternasyonal”da cəmi 6 ay keçirdikdən sonra həyatımın ən vacib qərarını verərək “Milan”a gəldim. “Milan” mənə qalib mentallığını aşıladı, dünyaya fərqli gözlə baxmağa yardım etdi və sonradan olduğum şəxsə çevrilməyimə təkan verdi.
- Nə üçün məhz “Milan”ı seçmişdin?
- Çünki həmin il “Milan” Çempionlar Liqasını qazanmışdı və dünyanın ən yaxşıları burda toplaşmışdı. Çox möhtəşəm komanda idi. Məni İtaliyadakı həyatımın necə olacağı və digər məqamlar maraqlandırmırdı. Mən, sadəcə, tezliklə bu futbolçularla birlikdə meydana çıxmağa can atırdım. Bu klubun mənə maraq göstərdiyini eşidən kimi məni artıq başqa heç nə maraqlandırmırdı. Zaman göstərdi ki, həyatımın ən doğru qərarını verdim.
- Amma ilk aylarda o qədər də çox oynamırdın...
- 18 yaşımın tamam olmasını gözləmək məcburiyyətindəydik. Ona görə də transferim rəsmi şəkildə yalnız yanvarda baş tutdu. O dönəmlə bağlı yeganə üzüntüm odu ki, 2007-nin dekabrında Yaponiyada keçirilən klublararası DÇ-yə yollana bilmədim. O aylarda yalnız yoldaşlıq oyunlarında iştirak edirdim. Bu oyunların hər biri mənim üçün böyük əhəmiyyət daşıyırdı. Çox gözəl bir dönəm idi.
- Bir dəfə məşqdə Kaxa Kaladzenin sərt “sürüşmə” fəndi ilə qarşılaşdın.
- Əslində onun belə oyun tərzinin mənə böyük faydası dəydi. Çünki məşqdə yaşadıqlarımı sonradan oyunlarda da yaşayırdım. Kaladzenin sərt oyunu, bəzi epizodlarda məni üstələməsi sayəsində A seriyasındakı müdafiəçilərə baxış tərzim dəyişdi. Həmin dönəmdə braziliyalılar mənimlə tez-tez söhbət edirdilər və fiziki cəhətdən daha güclü omağı məsləhət görürdülər. Kaladzenin “sürüşmə” fəndləri sayəsində başa düşdüm ki, məni oyunlarda nə gözləyir. Çünki “Milan”da müdafiəçilər üçün məşq ilə rəsmi oyun arasında heç bir fərq yox idi. Amma mənə qarşı ən çox kobud oynayan Qattuzo idi. Bir dəfə onunla məzələnmək qərarına gəldim. Amma formamdan tutub üstümə qışqırmağa başladı (gülür).
- Həmin “Milan”da braziliyalıların sayı çox idi.
- Xüsusilə debüt ilim çox gözəl alınmışdı. Çünki braziliyalılar mənə bacardıqları qədər yardım edirdilər. İtaliyalılar üçün bu, yaxşı hal deyildi. Kafu daha çox seçilirdi. O mənim üçün sanki ata əvəzi idi. Digər braziliyalılar da kömək edirdi. Onlar həmişə qəlbimdə qalacaqlar.
- Debüt oyununu xatırlayırsan?
- “Napoli”yə qarşı oynayırdıq. Mənim üçün xüsusi bir oyun alındı. Start heyətində Ronaldo ilə birlikdə hücumda yer aldım. Bir epizodda o, zərbə vurandan sonra topu buraxmağa çalışsam da, alınmadı. Qol vurduğum epizodda isə Favalli mənə uzun ötürmə verdi. Topa çatdım, müdafiəçini keçdim və zərbə mövqeyinə çıxdım. Başımı qaldırıb qapıçıya baxandan sonra düşündüm ki, yerlə vurmalıyam. Top tora daxil oldu və 1 saniyə sonra “San Siro”da inanılmaz gurultu qopdu. Uşaq kimi istəkliydim. Etiraf edim ki, taktiki cəhətdən güclü deyildim. Hərçənd meydanda bütün göstərişləri yerinə yetirməliydim. Topla oynamağı, onu irəli daşımağı və qol vurmağı sevirdim. Ançelotti tələb edirdi ki, driblinqdən sonra dəqiq ötürmə ilə komanda yoldaşımı tapım. Futbol mənə həmişə xoş hisslər bəxş edirdi.
- “Milan”da 50 qol həddinə ən tez çatan futbolçu olmağınla fəxr edirsənmi?
- O vaxt belə statistik göstəricilərə o qədər də əhəmiyyət vermirdim. Bu gün isə belə şeylərə artıq fərqli yanaşıram. Bəlkə də “Milan”da daha çox qol vura bilərdim. Amma keçmişi dəyişmək mümkün deyil. Bu klubda vurduğum hər qol mənim üçün dəyərlidi. “Milan”a olan sevgim oğluma olan sevgimə bərabərdi.
- 40-cı saniyədə fərqləndiyin və 3:0 qalib gəldiyiniz derbini xatırlayırsan?
- Bəli, xatırlayıram. Qolu çılğın şəkildə qeyd etmişdim. Bütün şəkillərdə qışqıran vəziyyətdə düşmüşəm (gülür). Derbidə təzyiq çox böyük olur. “İnter”lə oyunda 40-cı saniyə tamam olmamış qol vurmaq çox böyük hadisədi. Bu qol haqda həyatımın sonuna qədər fəxrlə danışa bilərəm.
- Bəs 2010/11-də qazandığınız skudetto ilə bağlı ən xoş xatirə hansıdı?
- Təbii ki, Romadakı oyun. Çünki çempionluğu məhz həmin matçda rəsmiləşdirdik. Oyundan sonra Milana qayıtdıq və kafedral kilsənin yanından keçdik. O qədər çox adam var idi ki, avtobus hərəkət edə bilmirdi. Biz avtobusun içindən bu gözəl mənzərəni seyr edirdik. Mənim üçün unudulmaz bir mövsümdü. Çünki “Milan”ın çempionluğunda mənim də əməyim oldu. Yeganə təəssüfüm ÇL ilə bağlıdı. Bu turniri qazana bilmədim. Amma istənilən halda “Milan”ın tarixində iz buraxmaq çox xoşdu.
- Yeri gəlmişkən, “Barselona”ya da 24-cü saniyədə vurduğun bir qol var...
- Bəli, hara gedirəmsə, insanlar mütləq o qolu mənə xatırladırlar. “Milan”da vurduğum ən gözəl qollardan biridi. Abbyati topu irəli vuranan sonra Noçerino onu ələ keçirərək mənə ötürdü. Mən də topu atıb qaçmaq üçün boş zona olduğunu gördüm və bundan yararlanmaq qərarına gəldim. Əvvəlcə Valdesi aldadıb qol vurmaq istəyirdim. Son ana qədər də qərar verə bilmədim və əslində zərbə istədiyim kimi alınmadı. Bəxtim gətirdi ki, top Valdesin ayaqları arasından keçdi. Bu məqam qolu daha da gözəlləşdirdi.
- Zədələr də səni tez-tez narahat edirdi.
- Təəssüf ki, o dönəmdə tamam başqa müalicə üsulları var idi. İndiki üsullardan o vaxt istifadə olunmurdu. Mən də gənc idim. Amma digər tərəfdən bütün bu məqamlar mənə futbolçu kimi böyüməyə yardım etdi.
- Sən öz ürəyini həm “Milan”a, həm də özünəməxsus qol sevincinə verdin...
- Bu kluba və fanatlara olan sevgimi sözlə ifadə etmək çətindi. Hətta indi də “Milan” fanatları məni görən kimi yaxınlaşıb söhbət edir və şəkil çəkdirirlər. Ola bilər ki, “Milan”la bütün titulları qazana bilmədim. Amma əvəzində fanatların sevgisini qazandım. Onlar mənim həyatımı yaxşı tərəfə dəyişirlər. Bu gün artıq bir çox futbolçu qol sevinci zamanı ürək işarəsini göstərir. Amma bunu ən birinci edən mən olmuşam. Bu işarə tək bir adama yox, bütün sevdiklərimə ünvanlanırdı. İndiki futbolçular necə böyük bir klubda oynadıqlarını və “Milan”ın tarixini anlamalıdılar. Çünki Milanellodan keçən və burda tarix yazan hər kəs bu işə böyük sevgi qoyub. İstənilən halda “Milan”ın gec-tez zirvəyə qayıdacağına inanıram.
ƏLİ RAUFOĞLU hazırladı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 31 Mart 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri