Icma.az
close
up
RU
İnsanlar geyinmədikləri paltarları hara verməlidir?

İnsanlar geyinmədikləri paltarları hara verməlidir?

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

İnsanlar geyinmədikləri paltarları hara verməli? Çoxumuz belə halla üzləşmişik. Geyinmədiyimiz, istifadə etmədiyimiz paltarları ya qohumumuza, ya qonşumuza və ya tanışımıza, yaxud da elə tanımadığımız insanlara bağışlamışıq. Bəzi insanlar ehtiyacı olsa da köhnə paltarları almağa utanır, özünə sığışdırmır. Belə olan halda bunun üçün hara müraciət etmək lazımdır? Elə bir xeyriyyə cəmiyyəti, etibar ediləsi bir təşkilat varmı, insanlar geyinmədiyi paltarları o quruma bağışlasın ki, ehtiyacı olan insanlar istifadə etsin.

Digər bir məsələ insanlar rahat şəkildə bir-birinə geyim verə bilərmi? Eyni zamanda kiminsə əşyasını alıb istifadə edə bilərikmi? Çünki hər bir insanın öz energetikası var. Bunun fəsadı ola bilərmi?

“İnsan istifadəsində olan hər bir əşyada öz enerjisinindən orda özündən asılı olmayaraq bir əlamət qoyur”

Bunu Gununsesi.info-ya açıqlamasında astroloq Firudin Qurbansoy insanlar geyinmədikəri paltarları kimə və hara verməli sualına münasibət bildirərkən deyib.

O bildirib ki, insanların geyindikləri paltarlarda mütləq enerjisi hopur:

“Qələmlə hər gün yazan insanın, yaxud kompüterdə hər gün işləyən insanın orda enerjisi qalır. O ki ola paltarlar. İnsanların geyindikləri paltarlarda mütləq enerjisi hopur. Bir sıra xarici ölkələrdə, eyni zamanda bizim ölkəmizdə də ikinci əl (second hand-red) deyilən dükanlar açılırdı. Adətən Hindistandan gətirilən paltarlar satılırdı. Camaat baxırdı ki, bunun qiyməti fərz edək ki, əsl qiyməti 1000 manatdır, ancaq burda 300 manata satılır. Əlbəttə alırdılar. Hindistanın da elə bir iqtisadi potensialı yoxdur, ona görə də yeni rəhmətə getmiş adamların paltarlarını xüsusi idarələrə təqdim edirdilər, o təqdimatdan sonra da həmin paltarları xarici ölkələrə satırdılar, o cümlədən də həmin paltarlar Azərbaycana gəlirdi. Bu çox təhlükəlidir, Niyə? Birinci növbədə rəhmətə gedən insanın vampir energetikası həmin paltarlara çöküb. İnsanlar da o paltarı geyinəndə ya qəfildən ölüb, ya xəstəlikdən. Həmin o vampir enerji o paltarı geyən adamın canına hopur və birmənalı olaraq ona xəstəliklər gətirir. Bir də görürsən ciddi xəstəliyi olmayan adam xoşagəlməyən bir xəstəliyə tutuldu və tezliklə dünyasını dəyişdi. İnsanlar da bunu səbəbini başqa-başqa yerlərdə axtarıblar. Halbuki, bunun səbəbi məlumdur. Mən məsləhət bilməzdim ki, kimsə kiməsə öz paltarını bağışlasın.

Şəxsən mənim həyatımda əsgərlik vaxtı belə bir hadisə baş vermişdir. Əsgər yoldaşın adama doğma qardaşından da yaxın olur. Məndə iki geyim var idi. O məndən xahiş etdi ki, paltarı quruyana qədər paltarımı ona geyinməyi verim. İnanarsız, ya yox o paltarı əsgər yoldaşım geyinənədən sonra, mən o paltarı geyinə bilmədim. Ona görə ki, o paltarı geyinəndə bədənim səpdi. Mən ondan sonra paltarımı heç kəsə vermədim. Yəni ondan sonra anladım ki, paltarı heç kəsə vermək olmaz. Saatdı, köynəkdi, xüsusən bədəni dəyən  nə varsa bunu başqasına vermək düzgün deyil”.

Sosioloq, fəlsəfə elmləri doktoru Mail Yaqub da bu məsələyə münasibət bildirib:

“Mən belə bir qurum, təşkilat eşitməmişəm. Amma olması vacibdir. Təkcə bu sahədə deyil, ümumiyyətlə xeyriyyəçilik cəmiyyətdə təbliğ olunmalıdır-dəb halına gətrilməlidir. İnsanlar xeyriyyəçilik etməkdən qoxmamalıdırlar, çəkinməməlidirlər. Buna mühit yaradılmalıdr , bu işlər təşviq olunmalıdır. Bizim bəyənmədiyimiz Avropada, Amerikada xeyriyyəçilik bizdəkindən qat-qat üstündür. Orda dövlət tərəfindən bu işləri görməyə təşviq var. Azərbaycanda xeyriyyəçi adamlar çoxdur, amma bunlar vüsət almalıdır. İmkanlı insanlar xeyriyyəçilik etməyi özlərinə faydalı məşğuliyyət kimi qəbul etməlidirlər. Bu hələ bizdə təəssüf dəb olmayıb. Əlbəttə köhnə patarları vermək üçün qurum olsa yaxşı olar. Təkcə bir dənə yox, onlarla belə qurum olmalıdır ki, belə bir işlərlə məşğul olsunlar. Ehtiyacı olan insanlar ikinci əl paltarları orda rahatlıqla ala bilsinlər.

Həyat müvəqqətidir. Bu müvəqqəti həyatda biz kiməsə əl tutmağı özümüzə borc bilməliyik”.

Günel Həsənova

 Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Avqust 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri