Icma.az
close
up
RU
Haram şahmat... Talibanın tətbiq etdiyi bəzi qadağalar siyasi və ideoloji mahiyyət daşıyır Video

Haram şahmat... Talibanın tətbiq etdiyi bəzi qadağalar siyasi və ideoloji mahiyyət daşıyır Video

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Taliban rejimi hədis və alimlərə əsaslanaraq" şahmatın "haram" olduğunu bildirib. Əfqanıstan Şahmat Federasiyasının keçmiş direktoru Abasin Mohibi əmrə əsasən federasiyanın bağlandığını bildirib.

Qeyd edək ki, radikal islamçılar hakimiyyətə gəldikdən sonra ölkədə bir çox qadağalar tətbiq olunub və onların böyük əksəriyyəti qadınlara yönəlib. Qadınlara parklarda gəzmək, üzü örtülməmiş şəkildə çölə çıxmaq, qeyri-hökumət təşkilatlarında işləmək qadağandır, bir il əvvəl isə qadınların ictimai yerlərdə ucadan danışmasına da qadağa qoyulub. "Taliban" bu dəyişiklikləri “əxlaqı təşviq etmək və pozğunluğu aradan qaldırmaq” məqsədi ilə izah edir.

Bununla yanaşı, şəriət qanunları əsasında kişilərə qarşı da qadağalar tətbiq olunur. Məsələn, 2024-cü ildə kişilərə saqqal qırxmaq qadağan edildi. Bu səbəbdən ölkədə 300 polis saqqal saxlamadığı üçün işdən çıxarıldı. Avqust ayında “Taliban” kişilərə qalstuk taxmağı, qadınlara da kişilərə baxmağı və ümumilikdə insanlara “canlı varlıqların təsvirini paylaşmağı” qadağan etdi.

Talibanın tətbiq etdiyi qadağalar İslam dinində varmı?

İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Talibanın etdikləri islamla əlaqəli deyil.

“İslam dini əqlə, mərhəmətə, ölçü və mizanla hərəkət etməyə çağırır. Quran və səhih hədislər əsasında hökm çıxarmaq bir məsuliyyətdir. Talibanın son zamanlar tətbiq etdiyi bəzi qadağalar daha çox siyasi və ideoloji mahiyyət daşıyır, dini prinsiplərin təhrif edilmiş və dar çərçivədə yozulmuş formasıdır.

İslam tarixində bəzi fərdi alimlərin şahmatla bağlı ehtiyatlı yanaşmaları olub, lakin bu da oyunun mahiyyətinə yox, vaxt israfına və qumarla birləşməsinə görə idi. Əslində şahmat zəkanı inkişaf etdirən, insanı düşünməyə təşviq edən və qlobal səviyyədə qəbul olunmuş əxlaqi idman növüdür. Əgər haram olacaqsa, səbəb oyun deyil, onun hansı niyyətlə və mühitdə oynanması ola bilər. Hədislərdə şahmat barədə qəti bir qadağa yoxdur”-deyə ilahiyyatçı qeyd edib.

Əkrəm Həsənov xüsusi olaraq vurğulayıb ki, İslam dini qadına cəmiyyətin dəyərli bir üzvü kimi baxır: “Quran qadına elm öyrənməyi, işləməyi və ictimai fəaliyyətdə iştirak etməyi qadağan etmir. Peyğəmbərimiz (s) dövründə qadınlar ticarət edir, döyüşlərdə yardım göstərir, elm öyrənir və məscidə gedirdilər. Qadınların sadəcə "evdə oturması" tələbi İslamdan yox, patriarxal adətlərdən qaynaqlanır. Quranın "mə`ruf" (ictimai ədalət və dəyərlərə uyğun) prinsipi qadının da kişilərlə yanaşı cəmiyyətdə aktiv olmasını dəstəkləyir”.

“Saqqal saxlamaq sünnədir, vacib deyil. Kimsə saxlasa savab qazanır, saxlamasa məcburiyyət deyil. Peyğəmbərimiz (s) heç kəsə məcburi şəkildə saqqal saxlatmayıb. İslamda geyimdə əsas prinsip "həya və təmizlik"dir. Qalstuk geyinmək isə haram deyil, əgər bu, dini simvol olaraq başqa bir ideologiyanı ifadə etmirsə. İslamın şəkil və rəsmlərlə bağlı qadağaları daha çox bütpərəstliyin qarşısını almaq məqsədi daşıyırdı. Lakin müasir dövrdə foto və video texnologiyası insanların xatirəsini saxlamaq, təbliğat aparmaq, sənədli iş görmək üçün istifadə olunur. Bu baxımdan bu qadağaları dini əsaslarla izah etmək doğru olmaz”-deyən ilahiyyatçı bildirib ki, Talibanın tətbiq etdiyi qaydaların bəziləri dini mənbələrlə üst-üstə düşsə də, əksəriyyəti İslamın ruhuna, mərhəmət və hikmət prinsipinə ziddir”-deyə Əkrəm Həsənov qeyd edib.

“Din adı altında həyata keçirilən bu cür radikal yanaşmalar İslamın əsl simasını təhrif edir və cəmiyyətdə İslama qarşı yanlış təsəvvür formalaşdırır. Din, hər bir insanın hüququna və ləyaqətinə hörmətlə yanaşmağı, ədalətli və şəfqətli olmağı əmr edir”-deyə ilahiyyatçı əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 İyun 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri