Harvard Universitetində yeni dəyişiklik: Bu tələbələr üçün pulsuz olacaq
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Harvard Universiteti azgəlirli ailələrin övladları üçün təhsili pulsuz edəcək.
Gununsesi.info xəbər verir ki, qurum ABŞ-də bu addımı atmağa qərar verən digər universitetlərə qoşulub.
Universitetin bəyənatına görə, illik gəliri 200.000 dollar (340.000 manat) və ya daha az olan ailələrin övladları üçün təhsil müəssəsində bakalavr təhsili pulsuz olacaq. Universitet həmçinin illik gəliri 100,000 dollar və daha az olan ailələrdən olan tələbələrin qida, mənzil, tibbi sığorta və nəqliyyat xərclərini də qarşılayacaq.
Bu addım daha çox tələbə üçün Harvardda təhsili əlçatan etmək məqsədi daşıyır.
Yeni dəyişikliklər 2025/26-cı tədris ilindən qüvvəyə minəcək. Bildirilir ki, bu qərardan sonra ABŞ ailələrinin təxminən 86 faizi Harvard Universitetindən maliyyə yardımı almaq hüququ qazanacaq.
Hazırda bir bakalavr tələbəsi üçün orta illik təhsil haqqı 56,550 dollardır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 18 Mart 2025 08:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















