Icma.az
close
up
RU
Harvard Universitetinin taleyi necə olacaq?

Harvard Universitetinin taleyi necə olacaq?

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyanın supergüc dövləti olan Amerika Birləşmiş Ştatlarında administrasiya dəyişikliyindən sonra ölkə həyatında yeni bir dönəm başlayıb. Prezident Donald Trampın aldığı qərarlar bir sıra hallarda həm dünya, həm də ABŞ-n özü üçün, necə deyərlər, sürpriz xarakteri daşıyır. Yeni Prezident həmçinin ölkədə dövlət idarəçiliyini təkmilləşdirmək, maliyyə intizamını gücləndirmək, vəsaitlərin izafi xərclənməsinin qarşısını almaq kursunu həyata keçirir. Bu məqsədlə qısa müddətdə dövlət büdcəsindən maliyyələşən bir sıra qurumların fəaliyyəti ya tamam dayandırılıb, ya da əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb, həmçinin müxtəlif qurumlarda xərclərə qənaət məqsədilə çoxsaylı ixtisarlar aparılıb.

Belə görünür ki, indi növbə dünyaca məşhur Harvard Universitetinə də çatıb.  Prezident Donald Tramp çərşənbə axşamı, aprelin 15-də Harvard Universitetini vergidən azadetmə statusundan məhrum etməklə hədələyib.

ABŞ-ın ən qədim ali təhsil ocağı

Harvard Universiteti ABŞ-n ən qədim ali təhsil ocağıdır. Ali məktəbin kampusu Massaçusets ştatının Kembric şəhərində yerləşir və 154 hektarlıq ərazini əhatə edir. Universitet müstəmləkəçilərin Amerika qitəsinə gəlişindən 16 il sonra - 8 sentyabr 1636-cı ildə yaradılıb. Təhsil müəssisəsinin tarixi Massaçusets vilayəti Ali Məhkəməsinin qərarı ilə kollecin yaradılmasından başlayır.

Kollec ingilis missioneri və xeyriyyəçisi Con Harvardın şərəfinə onun adı ilə adlandırılıb. Övladları olmayan Harvard 1638-ci ildə ölümündən sonra öz mülkünün yarısını (779 funt) və kitabxanasının 400 kitabını yeni yaranmış təhsil müəssisəsinə vəsiyyət edib. 1639-cu ildə kollec minnətdarlıq hissi ilə Harvardın adı ilə adlandırılıb. Sonradan bu kitabxana qitənin ikinci kütləvi kitabxanasına çevrilib.

XIX əsrin ilk rübündə kollecin universitetə çevrilməsi prosesi baş verir. Bu zamana qədər orada ncil, müxtəlif dillər və riyaziyyat öyrədilirdi. Kollecin universitet statusu alması burada tibb (1810) və hüquq (1817) elmlərinin tədris edilməsi ilə bağlıdır.

Harvardın ilk buraxılışı 9 nəfər olub. Hazırda universitetin bir neçə muzeyi var. Universitetin nəinki botanika bağı, hətta özəl meşə massivi də mövcuddur və bioloqlar burada öz tədqiqatlarını aparırlar.

Harvard çoxsaylı ittihamlarla üz-üzə

Bu arada Ağ Evin Harvarda qəzəbinin motivləri bəlli olub. “Reuters” xəbər verir ki, Kolumbiya Universitetindən başlayaraq, Tramp administrasiyası ölkədəki universitetlərin kampuslarında keçən il baş verən Fələstin tərəfdarı olan tələbələrin etiraz hərəkatını idarə etdiklərinə görə onları tənqid edib.

Tramp etirazları anti-Amerika və antisemitizm halları adlandırıb, universitetləri marksizmi və “radikal sol” ideologiyanı təbliğ etməkdə ittiham edib və onun administrasiyasının tələbləri ilə razılaşmayan universitetlərə federal qrantları və müqavilələri kəsəcəyini vəd edib.

Tramp çərşənbə axşamı günü sosial media paylaşımında bildirib ki, Harvard Universitetinin prezidenti “siyasi, ideoloji, terrorizmdən ilhamlanan və dəstəklənən xəstəliyi” təbliğ etməyə davam edərsə, o, vergi statusunu ləğv etməklə bağlı düşünməyə məcbur olacaq.

ABŞ Vergi Məcəlləsinə əsasən, əksər universitetlər federal gəlir vergisindən azaddır, çünki onlar ictimai təhsil məqsədləri üçün fəaliyyət göstərirlər.

Universitetdən üzr tələbi

Ağ vin mətbuat katibi Kerolayn Levitt jurnalistlərə deyib ki, Tramp, özünün təbiri ilə, universitetin kampusunda “yəhudiəsilli amerikalı tələbələrə qarşı törədilən antisemitizm” üçün Harvard Universitetinin üzr istəməsini tələb edir.

O, Harvard və digər universitetləri federal maliyyə alanlara irqi və ya milli mənşəyə görə ayrı-seçkilik etməyi qadağan edən Mülki Hüquqlar Aktının VI maddəsini pozmaqda günahlandırıb. Bu maddəyə əsasən, federal maliyyələşdirmə yalnız uzun araşdırma və dinləmələrdən, eləcə də Konqresə bildirildikdən sonra 30 gün ərzində dayandırıla bilər ki, bu da Kolumbiya və ya Harvardda baş verməyib.

Bəzi professorlar və tələbələr etirazların ədalətsiz olaraq antisemitizmlə izah olunduğunu, onlardan akademik azadlığa Konstitusiyaya zidd hücum üçün bəhanə kimi istifadə edildiyini bildirib.

Harvard Universitetinin prezidenti Alan Qarber bazar ertəsi yazdığı məktubda Tramp administrasiyasının Massaçusets Universitetinə qarşı tələblərinin, o cümlədən onun tələbələri və müəllimləri arasında “perspektiv müxtəlifliyini” təmin etmək və müxtəliflik, bərabərlik və inklüziv proqramlara son qoymaq üçün misli görünməmiş “qanundan ayrılmış güc fərziyyələri” olduğunu, söz azadlığı və Konstitusiya qanunlarını pozduğunu bəyan edib. Qarberin məktubundan bir neçə saat sonra Tramp administrasiyasının Antisemitizm üzrə Birgə İşçi Qrupu Harvard Universitetinə ayrılan 2 milyard dollardan çox müqavilə və qrantları dondurduğunu bildirib. Administrasiya hansı qrantların və müqavilələrin kəsilməsi ilə bağlı suallara cavab verməyib, Harvard Universiteti isə vəziyyəti şərh etməyib. Beləliklə, sual yaranır: Dünyaca məşhur olan Harvard Universitetinin taleyi necə olacaq?

MÜBARİZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Aprel 2025 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see248

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see222

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see218

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see216

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see211

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see191

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see185

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see183

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see182

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see181

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see179

Onlardan söz qoparmaq qeyri mümkündür

02 İyun 2026 23:04see174

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see170

“Rheinmetall” silah şirkəti ilə Rumıniya arasında 5,7 milyard avroluq müqavilələr imzalanıb

02 İyun 2026 23:03see168

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see165

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

03 İyun 2026 02:06see164

QMİ rəsmisi görmə qabiliyyətini itirdi Səhv əməliyyat olunub?

03 İyun 2026 00:13see162

Məhərrəm ayı bu tarixdə başlayacaq MƏLUMAT

03 İyun 2026 01:07see160

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see155

Bukayo Saka haqqında sənədli film çəkilib

04 İyun 2026 04:15see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri