Icma.az
close
up
RU
Harvard Universitetinin Growth Lab Mərkəzi Azərbaycanda həyata keçirilən əməkhaqqı islahatlarını yüksək qiymətləndirib

Harvard Universitetinin Growth Lab Mərkəzi Azərbaycanda həyata keçirilən əməkhaqqı islahatlarını yüksək qiymətləndirib

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın əmək bazarında apardığı islahatlar dünya miqyasında mütəxəssislərin diqqətini cəlb edir. Vergi sistemində 2019-cu ildə başlanmış və əmək bazarında təşviq mexanizminə əsaslanan islahatların nəticələri Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirilib. Universitetin "Growth Lab" Mərkəzi ölkəmizin iqtisadiyyatı üzrə aparılan diaqnostik qiymətləndirmə layihəsi çərçivəsində əmək bazarında həyata keçirilən islahatların nəticələrini təhlil edib və bu məsələdə Azərbaycanın uğur hekayəsini müsbət nümunə kimi göstərib.

İqtisadiyyat Nazirliyindən Moderator.az-a bildirilib ki, ekspertlərin fikrincə, əmək bazarında təşviq siyasətinə əsaslanan və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində ciddi irəliləyişə nail olunub. Hökumət prosedurları asanlaşdırıb, bizneslərin daha rahat şəkildə qanuniləşməsini həyata keçirməsinə və xərcləri azaltmasına imkan yaradıb ( //www.taxes.gov.az/az/page/salary).

Qeyd edək ki, islahatın nəticələri üzrə bütün əsas indikatorlarda müsbət dəyişikliklər müşahidə olunur. Vergi qanunvericiliyində tətbiq edilən təşviqlər sayəsində rəsmi əmək müqavilələrinin sayında əhəmiyyətli – 32,1 faiz artıma nail olunub, əməkhaqlarının “ağarması”na şərait yaranıb, məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər 5 il ərzində 2,2 dəfə artmaqla sosial fondların gəlirləri çoxalıb, büdcədən sosial fondların maliyyələşdirilməsinə ayrılan maliyyə yükü azalıb, həmçinin islahatlar bütövlükdə iqtisadi dövriyyədə canlanmaya müsbət təsir göstərərək qeyri-neft sektorunda ”sahibkar - sahibkar” və “sahibkar - istehlakçı” əməliyyatlarının artımına gətirib.

Harvard mütəxəssisləri hesab edir ki, bu, təşviqlərin bizneslərin leqallaşması üçün səmərəli ola biləcəyinə yaxşı nümunədir. Düzgün siyasət həyata keçirməklə leqallaşma sahəsində nəzərəçarpan tərəqqiyə nail olmaq mümkündür və eyni problemlərlə qarşılaşan digər ölkələr Azərbaycanın yanaşmasını potensial model olaraq araşdırmalıdırlar.

Bununla bağlı aparılmış təhlillər barədə məlumatlar "Growth Lab" Mərkəzinin sosial şəbəkə hesablarında yerləşdirilib.

//www.facebook.com/100094629804741/posts/426776873819969

//x.com/HarvardGrwthLab/status/1864804904923234548

Azərbaycanın əmək bazarında həyata keçirilən islahatların təhlili barədə Harvard Universitetinin "Growth Lab" Mərkəzi tərəfindən hazırlanan çarx:

 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Dekabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri