Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Harvard və Kembrici seçən azərbaycanlılar oxusun Universitetlərində böhran

Harvard və Kembrici seçən azərbaycanlılar oxusun Universitetlərində böhran

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan hər il dövlət hesabına dünyanın ən nüfuzlu universitetlərində təhsil almaq üçün yüzlərlə gənc göndərir. Bu il də istisna olmayıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, 2026-2027-ci tədris ili üzrə Dövlət Proqramının nəticələrinə əsasən, ümumilikdə 500 azərbaycanlı tələbə xaricdə təhsil almaq hüququ qazanıb. Onlardan 155 nəfəri dünyanın ən nüfuzlu ilk 10 universiteti sırasında yer alan ali məktəblərdə oxuyacaq. Bu siyahıya Harvard, Oksford, Stanford, Massaçusets Texnologiya İnstitutu, Yel və digər aparıcı universitetlər daxildir.

Bu mənzərə fonunda Böyük Britaniyanın özünün universitet sistemində yaranan maliyyə böhranı diqqət çəkir. Musavat.com xəbər verir ki, "The Guardian"ın son araşdırmasına görə, Britaniya universitetləri xarici tələbələrdən əldə olunan yüksək təhsil haqlarından o qədər asılı vəziyyətə düşüblər ki, beynəlxalq tələbə axınının azalması artıq bütöv ali təhsil sistemi üçün ciddi təhlükəyə çevrilib.

Britaniya universitetləri illər ərzində yerli tələbələrdən alınan təhsil haqqının məhdudlaşdırılması fonunda maliyyə boşluğunu xarici tələbələrin hesabına bağlamağa başlayıblar. İngiltərədə yerli tələbələr üçün illik təhsil haqqı uzun müddət 9 250 funt səviyyəsində dondurulub və inflyasiya bu məbləğin real dəyərini təxminən üçdə bir azaldıb. Xarici, xüsusilə Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn tələbələr üçün isə təhsil haqları dəfələrlə yüksəkdir. Beləliklə, beynəlxalq tələbələr universitetlərin maliyyə modelində getdikcə daha böyük rol oynamağa başlayıblar. "The Guardian"ın əvvəlki araşdırmalarından birinə görə, Britaniya universitetlərinin ümumi gəlirlərinin təxminən hər beş funtundan biri xarici tələbələrin ödədiyi təhsil haqqından formalaşırdı. Bəzi ali məktəblərdə isə bu gəlirin payı üçdə birə, hətta daha yuxarı həddə çatıb.

"The Guardian" 2024-cü ildə yazırdı ki, aparıcı Britaniya universitetlərinin təhsil haqqı gəlirlərinin bəzi hallarda 25 faizə qədəri Çin tələbələrinin hesabına formalaşır. Digər araşdırmada isə Çin vətəndaşlarının Britaniya universitetlərində beynəlxalq tələbələrin ən böyük qruplarından birinə çevrildiyi, 2022-ci ilə qədər Hindistanın Çini geridə qoyaraq birinci yerə çıxdığı qeyd olunurdu. İndi isə vəziyyət dəyişir. Britaniya hökumətinin miqrasiya siyasətini sərtləşdirməsi, tələbə vizaları ilə bağlı məhdudiyyətlər və xarici tələbələr üçün tətbiq edilən yeni maliyyə yükü universitetlərin gəlirlərinə ciddi zərbə vurur. "The Guardian"ın 14 avqust tarixli məlumatına görə, 2026-cı ilin iyulunadək tələbə vizası üçün müraciətlər əvvəlki illə müqayisədə 11 faiz azalıb. Bəzi universitetlərdə xarici tələbələrin sayının 30 faizədək azalacağı ehtimal edilir. Universitet rəhbərləri bunun iş yerlərinin ixtisarına, ixtisasların bağlanmasına və hətta bəzi ali məktəblərin maliyyə çətinliyi səbəbindən fəaliyyətini dayandırmasına gətirib çıxara biləcəyindən xəbərdarlıq edirlər.

[Picture background] Britaniyanın keçmiş universitetlər naziri Devid Uilletts də universitetlərin maliyyə təzyiqi altında olduğunu bildirib. Onun sözlərinə görə, əsas problemlərdən biri illərlə yerli təhsil haqlarının dondurulmasıdır. Uilletts hətta maliyyə böhranı səbəbindən hansısa universitetin fəaliyyətini dayandırması riskinin olduğunu deyib.Bu böhran artıq ayrı-ayrı universitetlərdə özünü göstərməyə başlayıb. Məsələn, Ekseter Universiteti maliyyə çətinlikləri səbəbindən Kornuoll kampusunda bəzi coğrafiya proqramlarını ləğv edib. Universitet rəhbərləri və təhsil sektorunun nümayəndələri hökuməti xarici tələbələrə tətbiq edilən əlavə maliyyə yükünü yenidən nəzərdən keçirməyə çağırırlar.

Maraqlıdır ki, eyni vaxtda Britaniyanın ali təhsil sistemi hələ də dünyanın ən istedadlı gəncləri üçün cəlbedici olaraq qalır. 2026-cı ildə yalnız bakalavriat səviyyəsində xarici tələbələrdən 53 740 nəfər Britaniya universitetlərinə qəbul olunub. Çinli tələbələrin qəbul sayı da əvvəlki illə müqayisədə artaraq 13 870 nəfərə çatıb.

Yəni problem Britaniya universitetlərinin nüfuzunu itirməsində deyil. Əsas problem onların maliyyə modelinin xarici tələbələrdən gələn yüksək ödənişlərdən həddindən artıq asılı vəziyyətə düşməsidir. Azərbaycan kimi ölkələrdən dövlət hesabına gedən istedadlı gənclər üçün Harvard, Kembric, Oksford və digər universitetlər hələ də böyük elmi imkanlar deməkdir. Lakin Britaniyanın özündə yaranan böhran göstərir ki, dünyanın ən nüfuzlu universitetlərindən birinə çevrilmək yalnız yüksək təhsil haqqı toplamaqla mümkün deyil...

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Avqust 2026 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri