Icma.az
close
up
RU
Hasan Oktay: “Qəzza məsələsi üzərindən Azərbaycanı günahlandırmaq yanlış addımdır”

Hasan Oktay: “Qəzza məsələsi üzərindən Azərbaycanı günahlandırmaq yanlış addımdır”

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Türkiyədə bəzi qruplar İranın səsi kimi danışır


 “Türkiyə-Azərbaycan münasibətləri kiçik qrupların səs-küyü ilə formalaşmır” 



Son vaxtlar Türkiyənin bəzi media orqanları və sosial şəbəkələrdə Azərbaycana qarşı həyata keçirilən məqsədyönlü dezinformasiya kampaniyası narahatlıq doğurur. Təəssüf ki, qardaş ölkənin informasiya məkanında Azərbaycanın "Fələstinin düşməni", "İsrail dəstəkçisi" kimi təqdim edilməsi bunun bariz nümunəsidir. Azərbaycan mediası indiyədək Türkiyə ilə bağlı xəbər və məqalələrində hər zaman son dərəcə həssaslıq nümayiş etdirib. Ona görə bu cür iddialar heç də ürəkaçan deyil. Bu əsassız iddialar arasında Azərbaycanın İsraillə əlaqələrinin manipulyasiya edilməsi, Azərbaycanın beynəlxalq münasibətlərində gerçək olmayan addımların olması kimi versiyalar başqa mətləblərdən xəbər verir. Əslində, biz ilk dəfə deyil ki, Azərbaycana qarşı provokasiyaların şahidi oluruq. Görünən odur ki, Türkiyə ictimaiyyətinin bəzi dairələrində Azərbaycanla bağlı məqsədyönlü şəkildə yanlış təəssürat yaratmağa çalışan qüvvələr mövcuddur. Bu, iki ölkə arasında yüzillər boyu davam edən münasibətlər sistemini, müttəfiqlik əlaqələrini və ən önəmlisi qardaşlıq münasibətlərini pozmaq, aranı açmaq və nifaq salmaq məqsədi güdür. Onlar elə yanaşma sərgiləyirlər ki, sanki İsrail-Fələstin münaqişəsini, Qəzza problemini Azərbaycan yaradıb. Bir neçə ay əvvəl də İsrail-İran qarşıdurması zamanı Türkiyənin bəzi media resursları Azərbaycana qarşı açıq-aşkar propaqanda həyata keçirirdi və yalan məlumatlar yayırdılar. Xəbər verildiyi kimi, oktyabrın 13-də ABŞ, Misir, Qətər və Türkiyə liderləri Şarm əl-Şeyxdə keçirilən sammitdə "Qəzza zolağında atəşkəs haqqında" saziş imzaladılar. Həmin gün bütün dünyanın gözü, Şarm əl-Şeyxə dikilmişdi. Hər kəs yaxın şərqdə sülhün bərqərar olmasına sevinirdi. Həmçinin də Azərbaycan. Biz həm də ona görə sevinirdik ki, sülhün təminatçısı olan dövlətlərdən biri də qardaş Türkiyə idi. Türkiyə rəsmi olaraq Qəzzadakı sülhə qarant duran 4 ölkədən biri oldu. Lakin yaxın şərqdə atəşkəs uzun sürmədi və saziş imzalanandan qısa müddət sonra Qəzza zolağı yenidən alovlandı. İndi bəzi qüvvələr buna görə yenidən Azərbaycanı günahlandırmağa çalışırlar. Sanki Qəzza problemini Azərbaycan alovlandırır.  Onlar bu kimi yalanlarla ölkəmizin imicini ləkələməyə çalışırlar. Azərbaycana qarşı kampaniyanı aparanlar unudurlar ki, Türkiyə Qəzzadakı sülhə qarant duran 4 ölkədən biridir və onun özünün də bu prosesdə öhdəlikləri var. Onlar həmin öhdəliklərin yerinə yetirilib-yetirilmədiyini sorğulamaq əvəzinə günahı üçüncü tərəfə yükləməyə cəhd edirlər. Azərbaycan bu prosesdə hər zaman neytral və konstruktiv mövqe ortaya qoyub. Düzdür, biz həmişə Fələstin xalqının humanitar vəziyyətinə dəstək vermişik, amma tərəf olmamışıq. Azərbaycanın Fələstin məsələsində mövqeyi hər kəsə aydındır və dəyişməzdir. Azərbaycan əvvəldən bəri həm İslam həmrəyliyi prinsiplərinə sadiq qalıb, həm də beynəlxalq hüququn əsas normalarına istinad edərək Fələstin məsələsinə münasibətini açıq şəkildə ifadə edib. Ölkəmizin mövqeyi budur ki, Fələstin məsələsi yalnız və yalnız iki dövlət prinsipi əsasında həllini tapmalıdır. Başqa sözlə, Fələstin dövlətinin yaradılması bu münaqişənin ədalətli və davamlı həlli üçün mütləqdir. Türkiyə qardaş ölkə, müttəfiqimizdir. Faktiki olaraq, əgər bu gün müttəfiqlik münasibətlərimizi zədələməyə çalışan qüvvələr varsa, onların araşdırılması istiqamətində işlər aparılmalıdır. Eyni zamanda, Türkiyə-Azərbaycan münasibətlərində yeni bir sistem və xətt ortaya qoyulmalı, xüsusilə media platformaları və siyasətçilər arasında dialoq intensivləşməlidir.


Türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay Sherg.az-a açıqlamasında  deyib ki, Türkiyə və Azərbaycan çox mühüm strateji keçid nöqtəsində yerləşdikləri üçün hər iki ölkə sağlam əlaqələr qurmaq imkanlarını əldən verməmək məqsədilə hər fürsəti düzgün dəyərləndirir. Professor vurğulayıb ki, Azərbaycan və Türkiyə Türk Dövlətləri Təşkilatının iki əsas üzvü kimi, aralarındakı münasibətləri beynəlxalq əlaqələr tarixində nadir rast gəlinən bir səviyyədə gözəl şəkildə davam etdirirlər:

 "Bununla yanaşı, hər bir ölkə öz xarici siyasət prioritetlərini regional geosiyasi şəraitə uyğun müəyyənləşdirir. Dövlətlərin müstəqil olmasının əsas səbəblərindən biri də xarici siyasətlərini müstəqil şəkildə, öz regional maraqları çərçivəsində formalaşdırmaqdır. Bu baxımdan, Türkiyənin xarici siyasəti ilə Azərbaycanın xarici siyasəti bəzən tam uyğun gəlməyə bilər. Fələstin, Qəzza və Həmas məsələlərində Türkiyənin prioritetləri ilə Azərbaycanın prioritetləri eyni istiqamətdə olmaya bilər. Belə olan halda, iki ölkənin bu məsələlər üzərindən ümumi münasibətləri pozacaq addımlar atması və ya sərt bəyanatlar verməsi məntiqli deyil. Türkiyədə Qəzza məsələsinin həddindən artıq qabardılması nəticəsində, istənilən nəticə əldə olunmadıqda, günahkar axtarma psixologiyası ilə Azərbaycana qarşı mənfi münasibət formalaşdırıldığı müşahidə olunur. Lakin bu, dövlətin və ya hökumətin rəsmi siyasəti deyil. Bu, Türkiyədəki bəzi kiçik, lakin səs-küylü qrupların davranışlarında əks olunur". 


Analitikə görə, bu qruplardan bəziləri İranın, bəziləri isə Çinin təsiri ilə hərəkət edən çevrələrdir:

 "Türkiyədə azsaylı, amma səsi çox çıxan bu kimi ünsürlərin xarici əlaqələr vasitəsilə ölkə daxilində siyasətə təsir etməyə və istiqamət verməyə çalışdığı məlumdur. Hökumət daxilində də belə kiçik qruplar mövcuddur, lakin Türkiyə-Azərbaycan münasibətləri nəzərə alındıqda, onların fikirlərini hökumətin rəsmi mövqeyi kimi qiymətləndirmək doğru deyil. Bu qruplardan az bir hissəsi İranın təsiri altında olduqları üçün hökumət adından deyil, İran adından danışırlar. Lakin hökumətlə əlaqələri olduğuna görə bu davranış hökumətin mövqeyi kimi qavranılır. Bu, zahirən doğru görünsə də, mahiyyətcə səhv bir yanaşmadır. Türkiyə Respublikası ilə Azərbaycan dövləti arasındakı münasibətlər bu cür kiçik qrupların səs-küyü əsasında formalaşmır. Biz Azərbaycan dövlətini Məhəmməd Əmin Rəsulzadənin yaratdığı ilk türk respublikası kimi qəbul edirik. Atatürkün də Rəsulzadədən ilham aldığını söyləyirik və "Azərbaycan xalqının kədəri kədərimiz, sevinci sevincimizdir" deyərək bu məsələdə mövqeyimizi ən açıq şəkildə ifadə edirik. Türkiyədə demokratiyanın verdiyi azad mühitdən istifadə edən bəzi kiçik qruplar Azərbaycan əleyhinə ictimai rəy formalaşdırmağa cəhd edə bilərlər. Lakin bu, nə dövlətin, nə də hökumətin siyasətidir. Bunu demokratiyanın öz daxilindəki təbii ziddiyyətlərdən biri kimi qiymətləndirmək lazımdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 Oktyabr 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri