Icma.az
close
up
RU
Hatayın Özerli kəndi Anadolu sakinlərinin fransız və erməni işğalçılarına qarşı mübarizəsinin rəmzidir AZƏRTAC

Hatayın Özerli kəndi Anadolu sakinlərinin fransız və erməni işğalçılarına qarşı mübarizəsinin rəmzidir AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Ankara, 14 dekabr, AZƏRTAC

1918-ci ildən başlayaraq fransız və erməni əsgərləri Güney Anadoluda yerli əhalini məhv və talan edərək türkləri öldürürdülər.

Bu barədə türkiyəli analitik Gürbüz Eren fransız işğalçılarına qarşı üsyan edən ilk türk kəndinin sakinlərinin qəhrəmanlığına həsr olunmuş məqaləsində yazır.

AZƏRTAC xəbər verir ki, məqalə “Independent Türkçe” nəşrində dərc edilib. Məqalədə qeyd olunur ki, fransızlar Cənubi Anadolunun işğal altında olan ərazilərində qalmaq cəhdi ilə Livan və Suriyadan erməniləri bu ərazilərə köçürməyə başlayıblar, cəza dəstəsi qismində isə fransız ordusunun tərkibində yaradılmış “Erməni legionu”ndan istifadə ediblər.

“Hatay vilayəti 1918-ci il oktyabrın 30-da Mudros barışıq müqaviləsi şərtlərinə əsasən Fransanın nəzarətinə keçən bir çox vilayətdən biridir. Dörtyolun işğalını gerçəkləşdirən fransız qüvvələri 400 erməni əsgərindən ibarət bir batalyon idi. Yaxın Şərq ölkələrindən buraya minə qədər erməni köçürüldü və onlar yerli əhaliyə qarşı zorakılıq etməyə başladılar. Özerli kəndinin sakinləri ilk olaraq qiyam qaldırdılar və evlərini qarət edən iki ermənini öldürdülər”, – deyə türkiyəli analitikin məqaləsində deyilir.

Məqalə müəllifi qeyd edir ki, bu türk kəndində baş verən hadisələr Anadolunun cənubunda genişmiqyaslı azadlıq mübarizəsinin başlanması üçün qığılcım oldu.

Özerli kəndinin sakinlərinin hərəkətlərini yatırmaq üçün fransızlar 1918-ci il dekabrın 18-də yerli sakinlərlə atışmada 17 nəfəri itirərək tələsik geri çəkilən hərbi dəstə göndərdilər. Bununla da fransızlara və ermənilərə qarşı mübarizədə ilk qələbə qazanıldı.

Nəşrin müəllifi fransız zabitlərindən birinin öz komandanlığına göndərdiyi depeşanın mətninə istinad edir, burada ermənilərin hərəkətləri ucbatından Hatay əhalisinin Fransa ordusuna qarşı çox düşməncəsinə münasibət bəslədiyi bildirilir.

Özerlidəki yığma qoşun tezliklə 300 nəfərə çatdı və bu, fransızları 1919-cu il sentyabrın 5-də artilleriyanı cəlb etməklə genişmiqyaslı hərbi əməliyyata başlamağa məcbur etdi.

Kara Hasanın komandanlığı altında olan türklər fransız və erməni qüvvələrinin hücumlarına baxmayaraq, üstün gələn qüvvələrin irəliləməsini dəf etməklə yanaşı, əks-hücumlar da təşkil edə bildilər. Nəticədə işğalçılar yenidən Dörtyol bölgəsinə çəkildlər, - deyə “İndependent Türkçe” nəşrinin materialında deyilir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Dekabr 2024 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri