Icma.az
close
up
RU
Anadolu və Qafqazın sarsılmaz vəhdəti

Anadolu və Qafqazın sarsılmaz vəhdəti

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan–Türkiyə qardaşlığı dünyada yeni birlik örnəyidir

Cənubi Qafqazın geosiyasi mənzərəsini müəyyən edən ən mühüm amil, şübhəsiz ki, Azərbaycan və Türkiyə arasındakı sarsılmaz strateji ittifaqdır. Bakıda keçirilən Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası iki qardaş ölkənin siyasi iradəsinin, strateji hədəflərinin və gələcək vizyonunun növbəti dəfə bəyanına çevrildi. Tarixi köklərə, ortaq mədəniyyətə və milli dəyərlərə söykənən “Bir millət, iki dövlət” fəlsəfəsi bu gün artıq regionun təhlükəsizlik sistemini formalaşdıran, enerji xəritələrini cızan və beynəlxalq münasibətlər sistemində yeni reallıqlar yaradan praqmatik siyasi doktrinadır.

Bu strateji yaxınlaşmanın bel sütununu 2021-ci il iyunun 15-də imzalanmış tarixi Şuşa Bəyannaməsi təşkil edir. Baş nazir Əli Əsədovun haqlı olaraq vurğuladığı kimi, sənəd iki ölkənin münasibətlərini müttəfiqliyin ən yüksək zirvəsinə qaldırıb. Şuşa Bəyannaməsi tərəflərin hərbi, siyasi və iqtisadi sahədə birgə hərəkət etmək öhdəliyini hüquqi müstəvidə təsbit edən konstitusiya xarakterli sənəddir. Bu bəyannamə ilə Türkiyə Cənubi Qafqazın təhlükəsizlik sisteminin ayrılmaz parçasına çevrilmiş, Azərbaycan isə NATO standartlarına uyğun ordu quruculuğu və regional müdafiə sistemində Türkiyənin imkanlarından yararlanmaq şansı qazanmışdır. Siyasi baxımdan yanaşdıqda Şuşa Bəyannaməsi regionda üçüncü qüvvələrin destruktiv fəaliyyətinə qarşı ən güclü sipər rolunu oynayır, hər hansı xarici təhdid qarşısında Bakı ilə Ankaranın vahid cəbhədən çıxış edəcəyini bütün dünyaya nümayiş etdirir. İki ölkə arasındakı unikal münasibətlər sisteminin memarları, şübhəsiz ki, dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğandır. Liderlər arasında mövcud olan səmimi dostluq, qarşılıqlı etimad və strateji baxış birliyi bürokratik əngəllərin sürətlə aşılmasını, qərarların operativ qəbul edilməsini və ən kritik məqamlarda vahid iradənin ortaya qoyulmasını təmin edir.

İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında müzakirə olunan məsələlər və qəbul edilən qərarlar iki ölkə arasındakı iqtisadi inteqrasiyanın dərinliyini və miqyasını göstərir. Vitse-prezident Cevdet Yılmazın fəaliyyət planının yenilənəcəyi barədə bəyanatı tərəflərin dəyişən qlobal iqtisadi konyunkturaya çevik reaksiya verdiyini və əməkdaşlığı yeni dövrün çağırışlarına uyğunlaşdırdığını sübut edir. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində atılan addımlar vahid iqtisadi məkanın formalaşdırılması hədəfinə xidmət edir. Lakin bu əməkdaşlığın ən strateji və geosiyasi əhəmiyyət kəsb edən hissəsi, şübhəsiz ki, enerji sektorudur. Azərbaycan və Türkiyə arasındakı enerji tərəfdaşlığı, sadəcə, alqı-satqı münasibətləri çərçivəsində qiymətləndirilə bilməz. Bu tərəfdaşlıq Avropanın enerji təhlükəsizliyi arxitekturasının təməl daşlarından biridir və hər iki ölkənin qlobal siyasətdəki çəkisini artıran həlledici amildir.

Geoloji kəşfiyyat və hasilat sahəsində əməkdaşlığın genişləndirilməsi Türkiyənin milli neft şirkəti TPAO-nun Xəzər dənizindəki layihələrdə iştirak payının artırılması rəsmi Ankaranın istehsalçı statusuna yiyələnmək istəyinin göstəricisidir. TPAO-nun Şəfəq–Asiman layihəsində 30 faiz pay alması bu istiqamətdə atılmış tarixi addımdır. Bu, Xəzər dənizinin enerji resurslarının mənimsənilməsində qardaş Türkiyənin birbaşa iştirakını təmin etməklə yanaşı, həm də regionda kənar qüvvələrin monopoliyasını sındırmaq və yerli güclərin dominatlığını təmin etmək baxımından müstəsna əhəmiyyətə malikdir.

Enerji gündəliyinin ən aktual və müzakirə doğuran mövzularından biri Abşeron qaz-kondensat yatağıdır. 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat ehtiyatına malik olduğu ehtimal edilən yataq Azərbaycanın qaz ixracı potensialının artırılmasında və Türkiyənin artan enerji tələbatının ödənilməsində həlledici rol oynamaq potensialına sahibdir. Artıq Bakı və Ankara arasında 2029-cu ildə istismara verilməsi nəzərdə tutulan yataqdan qaz tədarükü ilə bağlı danışıqların başlaması tərəflərin gələcəyə hesablanmış planlar qurduğunu və enerji təhlükəsizliyini uzunmüddətli perspektivdə təmin etmək əzmində olduğunu göstərir. Türkiyənin sənaye potensialının artması və əhalisinin çoxalması təbii qaza olan tələbatı artırır və Azərbaycan bu tələbatın ödənilməsində ən etibarlı və təbii mənbə kimi çıxış edir. Lakin Abşeron yatağının tammiqyaslı işlənməsi ilə bağlı müəyyən çətinliklər və gecikmələr də mövcuddur ki, bu da prosesin mürəkkəb texniki və kommersiya nüanslarını ortaya qoyur. Bu vəziyyət danışıqların uzanmasına və ilk qazın bazara çıxarılması tarixinin 2030-cu ilə qədər təxirə salınmasına səbəb olub.

Burada diqqətçəkən məqam Qərb şirkətlərinin investisiya qərarlarında nümayiş etdirdiyi ehtiyatlılıq və bəzən də tərəddüddür. Lakin Azərbaycan dövləti üçün Abşeron yatağı strateji əhəmiyyət daşıyır və rəsmi Bakı bu layihənin hər hansı xarici şirkətin korporativ maraqlarına qurban verilməsinə imkan verməyəcək. 2026-cı ildə davam edəcək danışıqlar layihənin taleyini həll edəcək. Bu prosesdə Türkiyə faktorunun rolu az əhəmiyyət kəsb etmir. Türkiyənin bu qazın əsas alıcısı qismində çıxış etməsi və TPAO-nun gələcəkdə layihədə iştirak etmək ehtimalı danışıqlar masasında Azərbaycanın mövqeyini gücləndirən amillərdəndir.

Siyasi-analitik baxımdan Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı səviyyəsi regional inteqrasiyanın unikal modelini təqdim edir. Bu model suverenlik prinsiplərinə hörmət, qarşılıqlı fayda və ortaq təhlükəsizlik maraqlarına əsaslanır. Avropa İttifaqı daxilində müşahidə olunan fikir ayrılıqları və bürokratik ləngimələrin əksinə olaraq Azərbaycan–Türkiyə tandemi qərarların sürətli icrası və birgə fəaliyyətin effektivliyi ilə seçilir. Bu ittifaq həm də Türk dünyasının bütövləşməsi prosesinin lokomotivi rolunu oynayır. Mərkəzi Asiya ölkələrinin Azərbaycan və Türkiyə ilə əməkdaşlığa can atması, Orta Dəhliz layihəsinin aktuallaşması və Türk Dövlətləri Təşkilatının nüfuzunun artması məhz bu strateji oxun gücündən qaynaqlanır.

Türkiyə və Azərbaycan arasındakı inteqrasiya prosesi, sadəcə, iki dövlətin maraqları ilə məhdudlaşmır, eyni zamanda, bütün Avrasiya məkanında yeni geosiyasi konfiqurasiyanın yaranmasına səbəb olur. Orta Dəhlizin aktuallaşması fonunda Çindən Avropaya uzanan ticarət yollarının təhlükəsizliyi və səmərəliliyi məhz bu iki dövlətin əməkdaşlığından asılı vəziyyətə gəlmişdir. Rusiya–Ukrayna müharibəsi səbəbindən Şimal dəhlizinin, Yaxın Şərqdəki qeyri-sabitlik səbəbindən Cənub dəhlizinin riskli zonaya çevrilməsi Azərbaycan və Türkiyə tandeminin qlobal logistikadakı rolunu əvəzolunmaz edir. Bu reallıq həm Qərb, həm də Şərq dövlətlərini Bakı və Ankara ilə hesablaşmağa məcbur edir.

Azərbaycan–Türkiyə qardaşlığı XXI əsrin ən uğurlu siyasi layihələrindən biri kimi tarixə düşməkdədir və bu prosesin qarşısını almaq qeyri-mümkündür. Bu birlik region xalqları üçün rifah, dostlar üçün güvən, rəqiblər üçün isə ciddi mesaj mənasını daşıyır. Şuşa Bəyannaməsi ilə başlanan yol, Türk əsrinə açılan qapıdır və bu qapının açarı Bakı və Ankaradadır.

Yusif ŞƏRİFZADƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Dekabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri