Icma.az
close
up
RU
Hava dəyişəndə özünüzü pis hiss edirsiniz? Səbəbi bu imiş...

Hava dəyişəndə özünüzü pis hiss edirsiniz? Səbəbi bu imiş...

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Metohəssas insanlar başqalarının duyğularını, enerjisini və ətraf mühitdəki incə dəyişiklikləri dərindən hiss edən şəxslərdir. Bu insanlar həm psixoloji, həm də fiziki səviyyədə həssas ola bilərlər. Onların duyğusal vəziyyətləri ətrafdakı insanların və mühitin təsiri altında tez-tez dəyişir. 
Yenisabah.az bu həssaslığın səbəblərini və həmin insanların əlamətlərini araşdırıb.
Metohəssas insanlar müxtəlif xüsusiyyətlərə malik ola bilərlər, lakin ümumi xüsusiyyətləri aşağıdakılardır: 
Baş ağrıları və miqren
Əzələ və oynaq ağrıları
Yorğunluq və halsızlıq
Konsentrasiya problemləri
Əhval dəyişikliyi və depressiya
Yuxusuzluq və ya həddindən artıq yuxululuq
Qan təzyiqinin dəyişməsi
Bu şəxslər daha çox metohəssasdır:
Yaşlılar – Orqanizmləri hava dəyişikliklərinə daha həssasdır.
Xroniki xəstəlikləri olanlar – Xüsusilə ürək-damar, revmatizm, migren və tənəffüs sistemi xəstəlikləri olan insanlar.
Psixoloji həssaslığı yüksək olanlar – Stresə meyilli insanlar hava dəyişikliklərindən daha çox təsirlənə bilərlər.
Hamilə qadınlar – Hormon balansındakı dəyişikliklər onları daha həssas edə bilər.
Metohəssaslığın səbəblərinə gəldikdə isə bu bir neçə məqamdan asılı olur:
Atmosfer təzyiqi – Təzyiqin qəfil azalması və ya artması baş ağrılarına, baş gicəllənməsinə və qan dövranı problemlərinə səbəb ola bilər.
Temperatur dəyişiklikləri – Havanın qəfil soyuması və ya istiləşməsi immun sisteminə təsir göstərə bilər, xüsusilə revmatizması və ya oynaq xəstəlikləri olan insanlarda ağrıları artırır.
Rütubət – Yüksək və ya aşağı rütubət tənəffüs problemlərinə, yorğunluğa və dəri problemlərinə səbəb ola bilər.
Külək və maqnit fırtınaları – Külək gücləndikcə, bəzi insanlarda əsəbilik, narahatlıq və yuxusuzluq müşahidə edilə bilər. Maqnit fırtınaları isə ürək-damar sistemi xəstəlikləri olan insanlara təsir edə bilər.
Günəş radiasiyası – Günəş şüalarının azalması və ya artması hormonal balansı dəyişə bilər. Məsələn, payız və qış aylarında gün işığının azalması depressiya riskini artıra bilər.
Bu problemlə mübarizə aparmaq üçün bir neçə nüansa diqqət yetirmək lazımdır:
Sağlam həyat tərzi – Düzgün qidalanma, idman və nizamlı yuxu immun sistemini gücləndirir.
Su balansına diqqət – Kifayət qədər su içmək qan dövranını yaxşılaşdırır.
Adaptasiya üsulları – Hava dəyişikliklərinə uyğun geyinmək və gün ərzində aktiv qalmaq vacibdir.
Vitaminlər və minerallar – D vitamini, maqnezium və omega-3 yağ turşuları sinir sisteminə müsbət təsir göstərir.
Təbii üsullar – Bitki çayları (çobanyastığı, melissa), aromaterapiya və meditasiya rahatlamanı təmin edə bilər.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Fevral 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri