Icma.az
close
up
RU
Hava hücumundan sonra: Hindistan Pakistan münaqişəsi hara doğru irəliləyəcək?

Hava hücumundan sonra: Hindistan Pakistan münaqişəsi hara doğru irəliləyəcək?

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Kəşmir bölgəsində turistlərin öldürülməsi ilə başlayan Yeni Delhi ilə İslamabad arasında münaqişə gərgin mərhələyə keçib. Mayın 7-nə keçən gecə Hindistan hərbi hava qüvvələri əməliyyatı həyata keçirərək, Pakistan ərazisində və Kəşmirin onun nəzarətində olan hissəsində bir neçə “terror infrastrukturu” obyektinə zərbələr endirib. İslamabad hücumu “açıq-aşkar müharibə aktı” adlandırıb və layiqli cavab verəcəyini bildirib. Hazırda iki ölkə arasında silahlı toqquşma müşahidə edilmir. Politoloqların sözlərinə görə, daxili auditoriyasına yönəlmiş əzələ nümayişindən sonra Yeni Dehlinin son bəyanatları belə düşünməyə əsas verir ki, Hindistan münaqişənin daha da dərinləşməsində maraqlı deyil.

Hindistan hərbi hava qüvvələrinin “Sindoor” əməliyyatı mayın 7-nə keçən gecə başlayıb. Hərbi rəsmilərin açıqlamalarına görə, ümumilikdə Pakistanın 9 “terror infrastrukturu” obyekti vurulub. Yeni Delhi iddia edir ki, həmin obyektlərdən bəzisi, guya aprelin 22-də Hindistanın idarə etdiyi Kəşmirdə 26 turistin öldürülməsindən məsul olan yaraqlılarla əlaqəli olub. Məhz bu hadisələr tərəflər arasında hazırkı münaqişənin tətiklənməsinə səbəb olub. Xüsusilə, zərbə iki ölkə arasındakı faktiki sərhəddən 25 kilometr aralıda yerləşən Markaz Taiba düşərgəsinə endirilib. Ölkənin müdafiə nazirliyi çərşənbə günü səhər bildirib ki, “Hindistan məqsəd və onlara nail olmaq üsullarının seçimində kifayət qədər təmkin nümayiş etdirib”.

Ancaq Pakistan tərəfinin təqdim etdiyi hesabatda isə tamam başqa mənzərə ortaya çıxıb. İslamabadın məlumatına görə, Hindistan raketləri ən azı dörd məscidə və bir klinikaya ziyan vurub. Hindistanın əməliyyatı nəticəsində, Pakistan hakimiyyətinin məlumatına görə, gecə ərzində 6 rayonda 26 nəfər ölüb, 46 nəfər yaralanıb. Pakistanın Baş naziri Şahbaz Şərifin sözlərinə görə, bu əsassız hücumlar uydurma terror düşərgələrinin mövcudluğu bəhanəsi ilə qəsdən mülki ərazilərə qarşı hədəflənib: “Nəticədə günahsız kişilər, qadınlar və uşaqlar öldürülüb, mülki infrastruktura, o cümlədən məscidlərə ziyan dəyib”. İslamabad Hindistanın hərəkətlərini açıq-aşkar müharibə aktı kimi qiymətləndirərək, onlara “qətiyyətlə” cavab verəcəyini vəd edib. Eyni zamanda, İslamabad bəyan edib ki, Pakistan BMT Təhlükəsizlik Şurasına ölkənin Hindistanın hərəkətlərinə lazımi cavab vermək hüququnu özündə saxladığını bildirib. 

Bir qədər sonra Pakistan Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr departamentinin direktoru Əhməd Çauxdri bildirib ki, Pakistan qüvvələri Hindistan ordusunun piyada briqadası batalyonunun qərargahını “Hindistan qoşunlarının Kəşmirdə Nəzarət Xətti boyunca atəşkəs rejiminin pozulmasının əlaqələndirildiyi yerdən” hədəfə alıb, komandanlıq məntəqəsini məhv edib. Bundan əvvəl Pakistan məlumat vermişdi ki, onun ordusu ölkə ərazisində hava hücumlarında iştirak edən Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 5 qırıcını vura bilib: 3 ədəd “Rafale” və hər biri 1 ədəd “MiQ-29” və “Su-30”. “Biz Hindistan təyyarəsinin Pakistanın hava məkanını pozmasına icazə verməmişik, Pakistan təyyarəsi də Hindistan sərhədini pozmayıb”, - Əhməd Çauxdri əlavə edib.

Cənubi Asiyada hazırkı eskalasiya beynəlxalq ictimaiyyət tərəfindən narahatlıqla qarşılanıb. Dünya ölkələrinin əksəriyyəti tərəfləri təmkinli olmağa və daha da gərginləşmədən çəkinməyə çağırıb. Pakistana hücum edən Hindistanın belə çağışlarına reaksiya verib-verməyəcəyini demək çətindir. Amma Yeni Delhinin son bəyanatları göstərir ki, Hindistan hərbi münaqişənin böyüməsində maraqlı deyil. Politoloqların sözlərinə görə, ultramillətçi qüvvələri sakitləşdirmək üçün baş nazir Narendra Modi qısamüddətli hərbi əməliyyat keçirməli idi. Siyasi müşahidəçilərin fikrincə, hadisələrin sonrakı inkişafı Pakistan rəhbərliyinin atacağı addımlardan asılı olacaq. Rəsmi İslamabad da dəfələrlə bildirib ki, Pakistanın Hindistana hücum etmək planı yoxdur və bölgədə gərginliyi artıracaq addımlar atmayacaq. 

Ən əsası, hər iki ölkədə yaxşı anlayırlar ki, münaqişənin dərinləşməsi özü ilə iqisadi fəlakətlər gətirəcək. Hərbi əməliyyatlar və onunla bağlı qeyri-müəyyənlik iqtisadi artımın yavaşlamasına səbəb olur. Keçmişdə münaqişələr hər iki ölkədə ÜDM-in artım templərinin aşağı düşməsinə səbəb olmuşdu. Eyni zamanda, münaqişələr çox vaxt tədarük zəncirlərinin pozulması, idxal olunan malların (o cümlədən neftin) qiymətlərinin artması və dövlət xərclərinin artması səbəbindən inflyasiyanın artmasına gətirib çıxarır. Tarixən müharibə dövrlərində hər iki ölkədə inflyasiyanın yüksəlməsi müşahidə edilib. Buna görə də, ekspertlə düşünürlər ki, hərbi toqquşmanın miqyasının böyüməsinin hər iki ölkənin, eləcə də bölgə iqtisadiyyatının ciddi zərərlə qarşılaşacağına əminliyin olması Hindistan və Pakistan arasında genişmiqyaslı müharibə ehtimalını azaldır.

Səbuhi MƏMMƏDOV

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 May 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri