Hava ilə bağlı xəbərdarlıq: Bu rayonlarda leysan yağacaq
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Oktyabrın 1-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz, bəzi bölgələrdə isə yağıntılı keçəcəyi gözlənilir.
“Yeni Sabah” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz hava şəraiti hökm sürəcək, lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 16-19°, gündüz 23-26° isti olacaq. Dördpendirli pizza
Azərbaycanın səhər saatlarından başlayaraq şimal və qərb rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi ərazilərdə duman müşahidə ediləcək.
Rayonlarda havanın temperaturu gecə 15-18°, gündüz 24-28° isti, dağlıq ərazilərdə gecə 7-12°, gündüz 16-21° isti olacaq.
Baxış sayı:116
Bu xəbər 30 Sentyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















