Hava limanında Azərbaycan manatlarını çamadanla qaçırmağa cəhd etdi VİDEO
Icma.az, Olke.az saytına istinadən bildirir.
Şeremetyevo beynəlxalq hava limanında müxtəlif ölkələrin valyutası ilə dolu çamadan daşıyan qaçaqmalçı gömrük işçilərindən qaçmağa cəhd edib.
Ölkə.Az NEWS.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Gömrük Xidmətinə (FQX) bildirilib.
Məlumata görə, pul vəsaitləri İstanbuldan Kazana tranzit uçan sərnişinin baqajı skan edilərkən aşkar olunub.
RBC xəbər verir ki, baqaj yoxlanışı zamanı inspektor skaner ekranında pul bağlamalarını görüb. Çamadanın sahibinin şəxsiyyəti müəyyənləşdirildikdən sonra həmin şəxs reysdən endirilib. Gömrük nəzarət zonasına gətirilən sərnişin baqajın içindəkiləri təqdim etməkdən imtina edib və qaçmağa cəhd göstərib, lakin dərhal saxlanılıb.
Ümumilikdə, bəyannamə olunmamış vəsaitin məbləği 110 634 ABŞ dolları ekvivalentində olub. Əldə olunan valyutalar arasında Türkiyə lirəsi, Azərbaycan manatı, Braziliya realı, Danimarka kronu, Hindistan rupisi, Rumıniya leyi və Serbiya dinarı var.
Hazırda Rusiya Cinayət Məcəlləsinin 200.1-ci maddəsinin 2-ci hissəsi (xüsusilə böyük məbləğdə nağd pul qaçaqmalçılığı) üzrə cinayət işi başlanması məsələsi araşdırılır. Həmin maddə azadlığın dörd ilədək məhdudlaşdırılmasını və ya qanunsuz daşınan valyutanın məbləğinin 10–15 misli həcmində cərimə nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 30 Oktyabr 2025 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















