Icma.az
close
up
RU
Hava limanında yükdaşıyan fəhlə kimi işə düzəlmək üçün pul verdilər, aldadıldılar...

Hava limanında yükdaşıyan fəhlə kimi işə düzəlmək üçün pul verdilər, aldadıldılar...

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanına fəhlə kimi işə düzəlmək istəyən şəxslər dələduzluğa məruz qalıb.

Bizimyol.info xəbər verir ki, fəhlə işi üçün pul verib aldadılanlar Kürdəmir rayonunun Qaraqocalı kənd sakinləridir. Onları aldatmaqda ittiham olunan isə 2020-ci ildə 44 günlük Vətən Müharibəsinin iştirakçılarında olan və bir neçə medalla təltif olunmuş, 1991-ci il təvəllüdlü Vüsal Rüstəmovdur. O, zərərçəkmişlərin şikayətindən sonra Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq-təkrar törədildikdə) maddəsi ilə həbs olunub.

İttihama əsasən, o, zərərçəkmişlərin birindən 3500, digərindən isə 1500 manat pul alaraq, hər ikisini aeroportun anbarında yükdaşıyan fəhlə işinə düzəldəcəyinə söz verib.

Vüsal məhkəmədə ifadəsində özünü təqsirli bilib. Deyib ki, azyaşlı övladının xəstəliyinə görə pula ehtiyacı vardı. Həmin ərəfədə qayınanasıgilin qonşularının oğullarını işə düzəltmək istədiklərini eşidib.

“Vüsal söz vermişdi ki, Novruz bayramından sonra işə çıxacağıq. Hətta dedi ki, artıq iş düzəlir, əvvəl işlədiyimiz yerdən çıxaq. Onun dediyi kimi elədim, ərizəmi yazıb işdən çıxdım. Sonradan Vüsalın bizi aldatdığını gördük. Vüsal hər dəfə müxtəlif bəhanələr gətirirdi, pulları qaytaracağına söz verirdi, amma qaytarmırdı. Bizi aldatdığını görüb, Kürdəmir Rayon Polis Şöbəsinə şikayət ərizəsi yazdım”, - zərərçəkmişlərdən biri ifadəsində bildirib.

Qeyd edək ki, istintaq və məhkəmə gedən dövrdə zərərçəkmişlərin pulu qaytarılıb, onlara dəymiş ziyan tam ödənilib. Bu səbəbdən onlar təqsirləndirilən şəxslə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını deyiblər.

Ziyan ödəniləndən sonra Vüsalın özünü də ev dustaqlığına buraxıblar.

Məhkəmə onun himayəsində 4 azyaşlı uşağının olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, Vətən Müharibəsi iştirakçısı olmaqla medallarla təltif edilməsini, cinayət nəticəsində vurduğu ziyanı ödəməklə zərərçəkmişlərlə barışıq əldə etməsini nəzərə alıb və ona 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verib. Bu müddətdə o, elektron nəzarət cihazı (elektron qolbaq) gəzdirməli, gecə saat 23.00-dan səhər saat 07.00-a qədər yaşadığı evi tərk etməməlidir.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 Dekabr 2025 00:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri