Icma.az
close
up
RU
Honkonq hava limanında incəsənət əsərləri üçün ayrıca anbar yaradılacaq

Honkonq hava limanında incəsənət əsərləri üçün ayrıca anbar yaradılacaq

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 aprel, AZƏRTAC

Honkonq beynəlxalq hava limanında bu ilin sonu və ya gələn ilin əvvəllərində açılması planlaşdırılan incəsənət əsərlərinin saxlanılması üçün ayrıca anbar yaradılacaq. Bu barədə AZƏRTAC xarici mediaya istinadla xəbər verir.

Anbarın yaradılması barədə ilk dəfə 2022-ci ilin oktyabr ayında Honkonq administrasiyasının rəhbəri Con Le Ka-Şiu məlumat verib. “InvestHK” şirkətinin ailə ofisləri qlobal şöbəsinin rəhbəri Ceyson Fonqun sözlərinə görə, bu obyekt hökumətin iki ildən artıq müddət əvvəl təqdim etdiyi səkkiz tədbirdən sonuncusudur və Honkonqda ailə ofisləri üçün kompleks ekosistemin bir hissəsi olacaq. (“InvestHK” birbaşa xarici investisiyalar üzrə cavabdeh olan hökumət departamentidir).

"Bir çox varlı ailələr incəsənət əsərləri toplayaraq ailə irsi yaradırlar. Bu anbar onlara kolleksiyalarını temperaturu tənzimlənən, təhlükəsiz bir yerdə saxlamağa imkan verəcək", - deyə Fonq söyləyib.

HSBC bankının Asiya-Sakit okeanı regionunda fərdi şəxslərə xidmət üzrə regional rəhbəri Lok Yim qeyd edib ki, hava limanı yaxınlığında əlçatan və yüksəkkeyfiyyətli logistika xidmətləri olan incəsənət əsərlərinin kompleks anbarının yaradılması Honkonqu dünya səviyyəli incəsənət mərkəzinə çevirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Xarici kolleksiyaçılar bu yeni məkanı, həmçinin baxış keçirmək üçün istifadə edə biləcəklər. Belə ki, onlar burada almaq istədikləri incəsənət nümunələri ilə tanış olacaq, satıcılarla şərtləri müzakirə edəcək və hətta əsərləri “sınaq üçün” götürə biləcəklər.

Yanvar ayında Honkonq Hava limanı İdarəsi “Skytopia” brendi altında aeroport yaxınlığında yeni şəhərin salınacağını elan etmişdi. Bu şəhərdə incəsənət əsərləri anbarı ilə yanaşı, 500 yerlik yaxta limanı, mehmanxanalar, bazarlar və 20 000 nəfərlik qapalı tədbir məkanı da olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri