Icma.az
close
up
RU
Hava meteohəssas insanların sağlamlığına necə təsir edir?

Hava meteohəssas insanların sağlamlığına necə təsir edir?

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Küçədəki tufanla birgə sizin əhval-ruhiyyənizin də pisləşdiyini, təzyiqinizin dəyişdiyini, baş, sümük ağrılarının başladığını hiss etmisinizmi? Bütün bunlar yalnız meteohəssaslığın təzahürləri deyil.

Hava şəraitindəki hər hansı bir dəyişiklik bu pozulmadan əziyyət çəkən insanların sağlamlığına təsir edə bilər. Doğrudur, bu çox subyektiv bir anlayış olduğundan tibb elmində çox vaxt ciddi nəzərə alınmır.

Məlumdur ki, belə xəstəliklərə düçar olmuş insanlara meteoasılılıq çox pis təsir göstərir.

AZƏRTAC hava şəraitinin əhval-ruhiyyəyə təsiri barədə "Medikforum" saytına istinadla məlumat verir.

Artrit və artroz xəstəliklərindən əziyyət çəkənlərə hava dəyişikliyi daha pis təsir göstərir. Alimlər bunun niyə baş verdiyini izah ediblər. Atmosfer təzyiqinin aşağı düşməsi ona gətirib çıxarır ki, daxili maye praktiki olaraq oynaqlara təzyiq göstərir, oynağı uzadır. Bu da sonda narahatçılığa və ağrıya səbəb olur. Bu təhlükəlidirmi? Düzdür, bu, ölümlə nəticələnmir, lakin ağrıya səbəb olur, deməli, həyatın keyfiyyətinə təsir göstərir.

Ancaq aorta anevrizması olanlar üçün bu təhlükəlidir. Belə ki, genişlənmiş damar partlaya bilər. Ona görə də hava temperaturu dəyişmədən də təzyiqi izləmək vacibdir.

Hava kimlər üçün təhlükəli düşməndir? Söylədiyimiz kimi oynaqları ağrıyan və ürəyində problem olanlar üçün. Çünki soyuq hava şəraiti infarkt riskini artırır. Aşağı temperatur damarları daraldır, spazma yaradır. Ateroskleroz xəstələri üçün şaxta daha təhlükəlidir.

Bronxial astması olanlar uzun müddət şaxtalı havada durmaqdan çəkinməlidir. Soyuqdəymə bronxların selikli qişasının şişməsinə, bu da nəticədə boğulmağa gətirib çıxara bilər. Bu, zökəm və digər tənəffüs problemləri üçün xüsusilə təhlükəlidir.

Əhval-ruhiyyəyə isti hava da təsir edə bilir. Çöldə temperatur +30 dərəcədən yuxarı olduqda, beyin aterosklerozu olanlar üçün təhlükə yaranır. Meteoroloji asılılığı olan insanlarda süstlük və yorğunluq əlamətləri ilə yanaşı insult ehtimalı da artır.

İsti hava kök insanlara da pis təsir edir. Onlar çox tərlədiklərinə görə su itirir ki, bu da dehidrasiya riskinin artması deməkdir. Bu vəziyyətdə daha çox su içmək məsləhətdir. Yüksək qan təzyiqi olan insanlarda baş gicəllənməsi və halsızlıq olur. Ona görə də, hər cür hava şəraitində bu göstəriciyə nəzarət edilməlidir.

Hava asılılığını "ləğv etmək" mümkündürmü? Çətin. Ancaq həkiminizin tövsiyələrinə riayət etməli, soyuq hava şəraitində isti yerdə olmalı və sağlam həyat tərzinə riayət edilməlidir. Pis vərdişlərdən imtina edilməli, mülayim aktivlik, balanslaşdırılmış qidalanma - bütün bunlar sizin əhvalınıza daha yaxşı təsir edə bilər.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri