Hava sabah axşamadək yağıntılı olacaq
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycanda oktyabrın 10-na gözlənilən hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru yağıntı tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 14-17, gündüz 19-21 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət isə 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, 9-dan 10-na keçən gecə və səhər bəzi şərq rayonlarında yağıntıların güclənəcəyi proqnozlaşdırılır. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 20-25, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 09 Oktyabr 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















