Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Havalar da isinir, qiymətlər də Səbəblər nədir?

Havalar da isinir, qiymətlər də Səbəblər nədir?

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər bazarlarda kartofun və soğanın qiymətində nəzərəçarpacaq artım var. Hər kəs gündəlik süfrəsində olan bu iki əsas məhsulun qiymətindəki dəyişiklikdən narahatdır. Üstəlik, qiymətlərdəki artım xeyli müddətdir müşahidə edilir. Havalar artıq isinsə də, soğanın və kartofun bazardakı qiymətləri yenə də iki manat ətrafındadır. Bəs bunun səbəbləri nələrdir? Bunun nə zamana qədər davam edəcəyi insanları düşündürən suallardandır. 

Tribunainfo.az xəbər verir ki, Fermer Eldar Hüseynovun sözlərinə görə, kartofun və soğanın qiymətində artım tək bizim ölkəmizdə deyil, bütün dünyada mövcuddur: “Kartof və soğanın qiymətində yüksəlmə olacağı öncədən bəlli idi. Çünki dünya səviyyəsində kartof və soğanla bağlı problemlər müşahidə edilir. Belarus kartof çıxan kimi sərhədlərini bağlı elan etdi və heç bir ölkəyə idxal olmadı. Rusiyada isə bu il kartof az oldu. Bu da qiymətlərə təsir göstərir. Digər ölkələr boşluğu doldurmaq üçün məcburən Rusiyaya axın etdilər. Bütün ölkələrə Rusiyadan kartof tədarük edildi. Bütün ölkələr Rusiyadan ixraca üstünlük verdiyindən İran da qiymətləri süni şəkildə qaldırdı. Bu, bizim bazarımıza da təsirsiz ötüşmədi. Soğanda da səbəblər təxminən eynidir. Rusiyadakı məsələlərə görə qiymətləri yüksəlib”.

E.Hüseynov bildirdi ki, səbəblərdən biri də zərərvericilərdir: “Fermerlər bu il xəstəliklərlə güclü mübarizə apara bilmədilər. Çin dərman vasitələrinin qiymətini 40 faiz qaldırdı. Alınan dərmanlar isə zərərvericilərə qarşı yetərli mübarizə üçün kifayət deyil”.

Fermer qiymətlərə də aydınlıq gətirdi: “Bakıda hazırda Pakistandan gətirilmiş yuyulmuş kartofun kiloqramı 1 manat 40 qəpik, yuyulmamışı 1 manat 30 qəpiyə satılır. Türkiyə və Gürcüstan kartofu 1 manat 20 qəpik-1 manat 30 qəpik arasında dəyişir. Rayonlarda kartof və soğanın qiyməti Bakıdan da bahadır”.

E.Hüseynovun fikrincə, ölkəmizdə bu məhsullar qonşu dövlətlərə baxanda çox az əkilir: “Biz özümüzü kartof və soğanla tam şəkildə təmin edə bilmirik. Bu göstərici maksimum 20-25 faizdir. Kartof və soğan əkini ilə bağlı bazarımız kiçikdir. Ölkəmizdən yetərli qədər ixrac olmadığından daha çox əkilmir. Bu səbəbdən də məcburuq idxal edək. Əsasən İrandan, Pakistandan, Türkiyədən alırıq. Ən böyük idxalçılarımız Rusiya və İrandır. İrandan noyabr-dekabr aylarında hər gün ölkəmizə 10-15 maşın kartof daxil olur. Bu da 100 tondan çox məhsul deməkdir. Kartof və soğan əkini ilə bağlı məsələ bu cür davam edərsə, ixracdan asılılıq davam edəcək”.

Fermerin sözlərinə görə, bu tendensiya dəyişə bilər: “Yerli kartofumuz isə Cəlilabadda çıxmağa hazırlaşır. Pakistan kartofu da bazarlarda çoxalacaq. Pakistanın gömrük rüsumunda fərq olacağı gözlənilir. Çünki bununla bağlı danışıqlar olub. Əgər Pakistan kartofunun rüsumu azalsa, qiymətlər enə bilər. Amma dəyişiklik olmasa, qiymətlər bu tempdə qalacaq. Soğanın qiymətində isə bu yaxınlarda enmələr gözlənilir”.

İqtisadçı Rauf Qarayev isə deyir ki, illərdir bazarda qiymətlər bu şəkildə dəyişir: “Kartof və soğanla bağlı qiymət artımı və bu məhsulların çatışmazlığı əsasən mart-aprel aylarında olur. Bu il yaşadıqlarımız yeni baş verən proses deyil. Qiymətlərin enməsi əsasən may ayından etibarən başlayır. Bu da yerli kartofun bazara çıxarılmasından sonra olur”.

İqtisadçının fikrincə, hazırda qiymətlərin belə yüksəlməsinin səbəbi mövsümi faktorlardır: “Rayonlarda kartofun qiyməti 1 manat 20 qəpikdir. Növünə görə 1 manat 50 qəpik-2 manata qədər də dəyişə bilir. Səbəbi stabil hava şəraitinin olmamasında görürəm. Çünki hava gec isindiyindən yerli kartof hələ yetişməyib”.

R.Qarayevin sözlərinə görə, ət məhsullarına tələbat azaldıqca, kartofa tələbat yüksəlib: “Qiymətlərin bahalaşmasının səbəblərindən biri də kartofa tələbatın artması ola bilər. Buna görə qiymətlərdə enmələri görə bilmirik. Əvvəlki dövrlərdə digər tərəvəzlər bazara çıxdıqca kartofun qiyməti nisbətən aşağı düşürdü. Amma bir neçə ildir müşahidə etdikdə görürük ki, maksimum 10-20 faiz ucuzlaşma baş verir. Bu da illər üzrə tələbatın artması səbəbindəndir. Bu il də belə olması gözləniləndir. Bu halın qarşısının alınması üçün bazarda bolluq yaranmalıdır. Güman edirəm ki, may ayında qiymətlərdə enmələr müşahidə ediləcək”.

İqtisadçı yerli kartof və soğan istehsalındakı problemlərə də toxundu: “Yerli kartofla bağlı bir çox məsələlər mövcuddur. Məsələn, Gədəbəy kartofunun yığılmasında problem olmasa da, yetişdirilməsi ilə bağlı problemlər var. Torpağın dərmanlanması, dərmanların qiymətinin bahalaşması kimi amillər təbii ki, birbaşa bazara da təsir edir. Dərmanların tapılması da xeyli çətinləşib. Bu səbəbdən fermerlər məhsulu saxlaya bilmirlər. Məhsulların saxlanması üçün soyuducu anbarlar da azdır və onların qiyməti xeyli yüksəkdir. Soyuducuların sayı çox olmalıdır. Saxlanma şəraiti üçün qiymətlərdə güzəştlər edilməlidir”.

“Kaspi” qəzeti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 26 Aprel 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see601

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see428

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see424

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see393

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see376

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see372

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see334

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see273

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see258

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see256

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see237

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see237

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see219

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see217

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see216

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see213

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see212

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see210

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see198

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri