Havalar niyə gah isti, gah da yağışlı keçir? Ekoloqdan açıqlama
Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son günlər ölkə ərazisində hava şəraiti dəyişkənliyi ilə diqqət çəkir. Belə ki, bəzi günlər yağışlı və sərin hava müşahidə olunsa da, digər günlər temperaturun yüksəlməsi ilə müşayiət olunur. Payız fəslinin ortalarında havanın bu cür qeyri-sabit keçməsi diqqət çəkir. Sabah isə havanın yenidən istiləşəcəyi gözlənilir.
Bəs payız fəslində havaların bu qədər dəyişkən keçməsinin əsas səbəbi nədir?
Ekoloq Qorxmaz İbrahimli AZXEBER.COM-a açıqlamasında bildirib ki, havanın belə keçməsi normal haldır:
"Oktyabr ayının mülayim, əsasən isti keçməsi və arabir yağıntıların müşahidə olunması normal haldır. Çünki hazırda payız fəslindəyik və oktyabr payızın ən gözəl aylarından biridir. Hesab edirəm ki, bu cür hava şəraiti davam edəcək. Noyabr ayında da havalar mülayim keçə bilər. Bu cür hava şəraiti yerləşdiyimiz mülayim subtropik qurşağın xüsusiyyətlərindən asılıdır”.
Ekoloq qeyd edib ki, havaların isti keçməsi insanlarda narahatlıq yaratmamalıdır:
"Hava isti və xoş keçirsə, bundan yararlanmaq lazımdır. İnsanlar dəniz kənarına gedə, dənizin faydalarından yararlana, dağlıq və aran ərazilərə səfər edərək gözəl havadan, günəşli günlərdən zövq ala bilərlər. Burada heç bir anomaliya və ya fəlakət yoxdur. Narahatlığa əsas görmürəm”.
Q. İbrahimli son günlər müşahidə olunan temperatur dəyişikliklərinin səbəbinə də aydınlıq gətirib:
"Bir neçə gün əvvələ qədər ölkə ərazisinə cənubdan isti hava kütlələri daxil olmuşdu. Məhz bunun nəticəsində temperatur yüksəlmişdi. Daha sonra isə yağıntılı hava şəraiti müşahidə olundu. Bakı və Abşeron yarımadasında, eləcə də ölkənin bəzi bölgələrində yağış yağdı. Hətta dağlıq ərazilərdə qar yağması da qeydə alındı”.
Şahanə Ziyad
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 26 Oktyabr 2026 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















