Havalar soyuq keçərsə, istilik 15 gün tez veriləcək? RƏSMİ CAVAB
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Payız aylarında havaların temperaturunun kəskin aşağı düşməsi istilik mövsümünün başlanma tarixini yenidən gündəmə gətirir. Xüsusilə gecə saatlarında temperaturun aşağı düşməsi ilə əlaqədar vətəndaşlar mənzillərin nə vaxt qızdırılacağı və istilik mövsümünün müəyyən edilən tarixdən daha əvvəl başlayıb-başlamayacağı ilə maraqlanırlar.
Bəs havaların gözləniləndən daha soyuq keçməsi istilik sistemlərinin 15 gün əvvəl işə salınmasına səbəb ola bilərmi?
"Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, Bakıda istilik mövsümü 15 noyabr-15 aprel, Qaydalarda ayrıca göstərilən əsasən hava şəraiti daha soyuq olan dağlıq ərazilərdə isə 1 noyabr-1 may tarixlərini əhatə edir:
"Qaydalar havanın temperaturu və mövsümə hazırlıq tələbləri nəzərə alınmaqla başlanma tarixinin dəyişdirilməsinə imkan verir. Lakin mövcud normalara görə belə bir zərurət havanın sadəcə ayrı-ayrı günlərdə nisbətən soyuq keçməsi ilə deyil, davamlı və ciddi şəkildə sərtləşməsi ilə təsbit oluna bilər. Belə dəyişiklik müvafiq dövlət orqanlarını məlumatlandırmaqla müəyyən edilir.
Mövsümün başlanması barədə sakinlərə 10 gün əvvəl rəsmi saytımız, media və binaların girişlərində elanlar vasitəsilə məlumat verilir".
Orxan Hüseyn
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 30 Sentyabr 2026 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















