Icma.az
close
up
RU
Havanın çirkliliyi: ciddi ekoloji problem və onun törətdiyi fəsadlar

Havanın çirkliliyi: ciddi ekoloji problem və onun törətdiyi fəsadlar

525.az saytına istinadən Icma.az xəbər verir.

Havanın çirklənməsi atmosferdə bərk, maye və qaz halında olan yad maddələrin insan sağlamlığına, yaşayış həyatına və ekoloji tarazlığa zərər verəcək miqdarda, sıxlıqda və uzun müddət ərzində olması deməkdir. Hava təbəqəsi insanların müxtəlif fəaliyyətləri nəticəsində istehsal və istehlak zamanı əmələ gələn tullantılarla çirklənir, yer üzündə canlı həyatına mənfi təsir göstərir.

Atmosferi çirkləndirən maddələr nəinki insanlara, ekosistemə də mənfi təsir edir. Havaya qarışan çirkləndirici maddələr isə müvafiq olaraq kükürd-dioksid, hidrogen-sulfid, karbon-monoksit, azot oksidləri və digər hissəciklərdir. Xüsusilə son 100 ildə mineral yanacaqların həddindən artıq istifadəsi, istehsal və istehlakın artması atmosferi çirkləndirməyə davam edir. Hava çirkliliyi ciddi xəstəliklərə yol açmaqla yanaşı, miqren kimi xroniki və nevroloji xəstəlikləri olan şəxslərə təsir edir. Bundan başqa, son zamanlar ağ ciyər xəstəliklərinin yaranmasının əsas səbəbi kimi orqanizmə daxil olan hava kütləsinin zəhərli olmasıdır. Çirklənmənin artması, eyni zamanda, havanın temperaturunun normadan çox olmasına da səbəb olur.

Hava çirklənməsi təbii səbəblərlə yanaşı, müxtəlif zavodların və sənaye müəssisələrinin ixrac etdiyi zəhərli qazlardır. Təbii səbəblərə vulkan püskürmələri, bataqlıq qazları və mədənlərdə və ya mağaralarda qaz yığılması nəticəsində qaz və hissəcik tullantıları daxildir. Eynilə, təbii mənşəli meşə yanğınları da havaya çirkləndirici qazlar ötürür. Viruslardan, bakteriyalardan, göbələk sporlarından və tozcuq dənələrindən havanın çirklənməsi təbii və ya insan fəaliyyətindən təsirlənə bilər.

"Süni" səbəblərə gəldikdə, nəqliyyat vasitələrinin hərəkəti və sənaye obyektlərinin fəaliyyətindən yaranan qaz emissiyaları "çirkləndirmə missiyasını" öz üzərinə götürüb. Həmçinin fosil yanacaqların qızdırılması və antropik mənşəli yanğınların (meşə və tullantılar) yandırılması da bu qrupa daxildir. Həm inşaat, həm avtomobil sənayesi və digər sahələrdə səthlərin rənglənməsi və laklanması zaman atılmış hissəciklər də atmosferdə zərərli maddələrin yaranmasına səbəb olur. Boyalar, laklar və lakların bu hissəcikləri əksər hallarda zəhərlidir.

Bundan başqa, şəhərlərdə avtomobillərin böyük konsentrasiyası həm qazlar, həm də zərərli maddələr havanı çirkləndirir. Avtomobil tıxacı CO2-nin ən böyük mənbələrindən biridir, bu zaman karbon hissəciklərinin yayılması hava ilə daha sürətli sintezə girir.

Gündəlik həyatımızda ən çox rast gəldiyimiz zərərli tüstülərdən biri də tütünün tüstüsüdür. Tütünün siqaretdə və siqarda yandırılması nəticəsində yayılan tüstü ətrafa çox sayda maddə salır, bunların çoxu kanserogen kimi göstərilib. Bu çirkləndiricilər uşaqlarda sətəlcəmə səbəb ola bilər. Həmçinin tənəffüsdə yaranan yoluxucu xəstəliklərin 9,3 faizi bu səbəbdəndir.

Ətraf mühitlə əlaqəli ölümlərin ilk 10 səbəbindən xroniki tənəffüs yolları xəstəlikləri beşinci yerdədir. BMT-yə görə, hava çirkliliyi dünya əhalisinin 90 faizinə təsir edən səssiz bir qatildir. Hər il təxminən 7 milyon insanın ölümünə səbəb olduğu təxmin edilir, burada ən həssas insanlar yaşlı və uşaqlardır.

Ekoloq Rövşən Abbasov deyir ki, havanın keyfiyyəti, tozun miqdarı, yerüstü ozon, kükürd və azot oksidləri, karbon-monoksid və digər indiqatorlardır ki, bunlara hava keyfiyyəti indeksi müəyyən olunur. Hava keyfiyyəti indeksi 0-500 arası dəyişir. Əgər rəqəmlər 0-50 arasındadırsa, deməli, hava keyfiyyəti çox yaxşıdır. 50-100 arası olduqda havanın keyfiyyəti normal kimi qeyd olunur, 100-250 aralığı isə orta keyfiyyətə sahib hava şəraiti olduğunu bildirir. 250-350 arasındadırsa, pis, 350-dən sonrası isə daha pis olduğuna dəlalət gətirir: "Keyfiyyət ölçən həm stasionar, həm mobil cihazlar var. Mobil cihazlar isə müxtəlifdir: kiçik portativ, əllə daşına bilən cihazlar və ölçüsünə görə mobildən daha böyük olanlar. Məsələn, çox vaxt tələbələrimiz sırf daşına bilən cihazlarla havanın keyfiyyətini ölçərək praktika edirlər. Bu silsilədən olan başqa cihazlar da var ki, bunları avtomobillərin üzərinə qoyaraq istənilən yerdə ölçmək mümkündür. Stasionar cihazlar isə təyin edilmiş ərazidə qurularaq daim havanın keyfiyyətini ölçür. Bunlar daha yaxşıdır, çünki daim bir yerdə qalaraq daha düzgün və operativ şəkildə informasiya ötürür. Bu ölçülər də birbaşa internetə ötürülür. Bununla da həmin bölgədə olan hava kütləsinin keyfiyyətindən xəbərdar oluruq".

Ekoloq Salman Məmmədov deyir ki, havanın çirklənməsi havada bərk, maye və ya qaz halında olan yad maddələr insan sağlamlığına, yaşayış həyatına və üstəlik, bütün ekoloji tarazlığa zərər verəcək sıxlıqda olduqda baş verir. Hava təbəqəsi istehsal və istehlak fəaliyyəti zamanı yaranan tullantılarla çirklənir və yer üzündəki bütün canlıların həyatı üçün ciddi təhlükə yaradır.

Hava 78 faiz azot, 21 faiz oksigen və 1 faiz müxtəlif qazlardan və su buxarının tərkibindən ibarətdir. Atmosferin çirklənməsi o zaman baş verir ki, havada zərərli maddələr toplanıb bu tərkibi korlayır. Sürətlə artan əhali, yanlış urbanizasiya, pestisidlərdən istifadənin və istifadə olunan kimyəvi maddələrin görünən şəkildə artması dedikdə havanın çirklənməsinin səbəbdir. Nəqliyyat vasitələrinin işlənmiş qazlarından tutmuş zavod bacalarından çıxan tüstüyə qədər nəqliyyatda geniş spektr var.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyir ki, avtomobil havanı təkcə mühərrikdən çıxan qazla zəhərləmir: "Buraya təkərlərin tozunu və rezin örtüyün yerlə təması zamanı yaranan zəhərli maddələri də əlavə etsək, təhlükənin daha da böyüdüyünü görərik. Aparılan hesablamalar göstərir ki, hər avtomobil havaya ildə 10 kq rezin toz buraxır. Nasaz və ya köhnə avtomobillərin atmosferə buraxdığı zəhərli qazların miqdarı adi hallarla müqayisədə 3-5 dəfə çoxdur. Buraya, uzun müddətli tıxaclar, naşı sürücülərin nəqliyyat vasitəsi ilə qeyri-peşəkar davranışı, başqa sözlə, tez-tez qaz və əyləcdən istifadəsi və s. kimi hallar daxildir. Nəzərə almaq lazımdır ki, yüksək və ya həddən artıq aşağı sürətlə hərəkət edən avtomobillərin ətraf aləmə vurduğu ziyan da 2-3 dəfə artıq olur. Atmosferi daha çox çirkləndirən isə benzinlə işləyən avtomobillərdir (75 faiz). Siyahıda ikinci yeri dizel mühərrikli nəqliyyat vasitələri tutur. Traktor və digər kənd təsərrüfatı maşınları isə siyahıda üçüncüdür. Ən dəhşətlisi odur ki, zaman keçdikcə qeyd olunan statistik rəqəmlər durmadam yüksələn xətt üzrə artır: "Ekoloji təmizliyi və təhlükəsizliyi qorumaq üçün sürücülər nəqliyyat vasitələrini daim nəzarətdə saxlamalıdırlar. Avtomobillərini texniki "müayinədən" keçirməli, aşkarlanan problemləri isə dərhal  həll etməlidirlər. Belə olduqda, biz atmosferin təmizliyini qorumuş olarıq".

Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə üzrə zəruri infrastrukturun yaradılması, dövriyyəsinin stimullaşdırılması, maliyyə əlçatanlığının artırılması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə ölkədə ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə İşçi Qrup fəaliyyət göstərir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov qeyd edib ki, qlobal səviyyədə iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması təşəbbüslərinə töhfə olaraq, ölkəmiz istixana effektli qaz tullantılarının azaldılması istiqamətində kifayət qədər ambisiyalı hədəflər götürüb.

Onun sözlərinə əsasən, iqlim dəyişikliyi ilə mübarizə tədbirlərindən biri də nəqliyyat sektorundan atılan istixana qazlarının azaldılması məqsədilə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadəsinin artırılmasıdır: "Hazırda dünyada elektrik avtomobillərə keçid prosesi sürətlə gedir. Azərbaycanda da bir neçə ildir ki, mərhələlərlə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması istiqamətində tədbirlər görülür, elektrik və hibrid mühərrikli avtomobillərə, eyni zamanda, onlar üçün enerji doldurucularına vergi və gömrük sahəsində güzəştlər tətbiq olunur. Bu stimullaşdırıcı tədbirlər nəticəsində ölkəyə idxal olunan elektromobillərin sayı ildən-ilə artmaqdadır".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:416
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Aprel 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri