Icma.az
close
up
RU
Hava çirkliliyi: ciddi problemlər, aktual çağırışlar

Hava çirkliliyi: ciddi problemlər, aktual çağırışlar

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Atmosferin çirklənməsindən törənən fəsadlar bütün bəşəriyyəti dərindən narahat edən problemlərdir. Hazırda atmosferi çirkləndirən əsas mənbələr təbii və antropogen olaraq qruplaşdırılır. Təbii çirklənmə adətən vulkan püskürməsi və sair üzündən, antropogen çirklənmə isə müxtəlif sənaye sahələrinin, o cümlədən, avtomobil nəqliyyatının havaya buraxdığı zərərli qazlar zamanı baş verir. Avtonəqliyyat vasitələrinin işləməsindən havanı çirkləndirən əsas tullantılara dəm qazı, karbohidrogenlər, azot oksidləridir.

Araşdırmalara görə, 20 min kilometr məsafə qət etmiş avtomobil havaya 0,775 kiloqram qurğuşun, 40,75 kiloqram azot oksidləri, 234 kiloqram karbohidrogen və 765 kiloqram dəm qazı buraxır. Günəş işığının təsirindən həmin zərərli tullantılar kimyəvi dəyişikliyə məruz qalır onların siyahısı aşağısəviyyəli, troposferli ozonla və fotokimyəvi mənşəli müxtəlif toksinlərlə zənginləşir. Nəticədə həmin toksiki maddələr insan həyatı üçün təhlükəli və idarə edilməsi mümkün olmayan fəsadlar yaradır.

Mütəxəssislər hesab edirlər ki, havanın çirklənməsinin ən təhlükəlisi və xoşagəlməyəni qaz, tüstü, duman və toz qarışığı olan smoqdur. Su buxarlarının kondensasiyası zamanı kiçik tüstü hissəcikləri ətrafında toplanmasından əmələ gələn smoq, xüsusilə, böyük sənaye şəhərlərində nəqliyyat vasitələrinin çox sıx olduğu ərazilər üçün xarakterikdir. Smoqun tərkibində olan ən zəhərli qaz avtomobillərin buraxdığı dəm qazı hesab olunur. Smoq zamanı havada zərərli maddələrin şiddətli konsentrasiyası yaranır ki, bu da bəzən ölümlə nəticələnir. 1952-ci ildə Londonda baş vermiş smoq nəticəsində 4000 nəfər, 1984-cü ildə Hindistanın Bxopol şəhərində 2500 nəfər vəfat edib. Smoq, həmçinin, minlərlə insanın ağır xəstələnməsinə səbəb olub. Onun bütün növləri görməni azaldır və tənəffüs sistemini qıcıqlandırır.

Tanınmış hidrometeorologiya mütəxəssisi Umayra Tağıyevanın sözlərinə görə, atmosfer havasının vəziyyəti həm ətraf mühitə atılan tullantılardan, həm də sinoptik-meteoroloji şəraitdən asılıdır: "Durğun anomal isti hava şəraitində, zəif cənub, cənub-şərq küləyinin üstünlüyü zamanı çirkləndirici maddələrin toplanmasına şərait yaranır. Lakin bu istiqamətdə başqa bir çox həll olunmamış problemlər də var. Xüsusi narahatlıq avtonəqliyyat vasitələrinin sıxlığı, eyni zamanda, ölkəyəgətirilən istismar müddəti keçmiş avtomobillərin istifadəsi ilə bağlıdır".

Bu gün ölkədə atmosfer çirklənməsinin qarşısının alınması, ətraf mühitin mühafizəsinin gücləndirilməsi, ekoloji tarazlığın qorunması üçün müvafiq tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"nın icrası ilə əlaqədar atmosfer havasının nəqliyyat vasitələrindən atılan zərərli tullantılarla çirkləndirilməsinin qarşısının alınması işinin səmərəli aparılması üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə hər il "Təmiz hava" aylığı keçirir. "Təmiz hava" aylığının əsas məqsədi atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır. Bunun üçün avtomobil nəqliyyatı vasitələrinin mühərriklərinin ixrac etdiyi qazların tərkibi yoxlanılır, onların normaya uyğun olmasına nəzarət gücləndirilir, mühərrikləri normadan artıq qaz ixrac edən avtomobillər aşkar edilərək onların yol hərəkətindən kənarlaşdırılması üçün müvafiq tədbirlər görülür.

Ekoloq Telman Zeynalov deyir ki, havanın çirklənməsinə təsir edən bir çox amillər mövcuddur: "Yaşıllıqların məhv olması, avtomobillərin sayının artması, aparılan tikinti işləri, eyni zamanda, neft və neft məhsulları, kimyəvi maddələr və inşaat materialları istehsal edən müəsisisələr də əsas mənbələr hesab oluna bilər. Bu da qrip, epidemiya və xərçəng kimi bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Şəhərdə yeni məhəllə salınırsa, yaşıllaşdırma qaydalarına görə, orada 2 hektar yaşıllıq olmalıdır ki, əhalini oksigenlə təmin eləsin, avtomobillərdən atmosferə buraxılan zəhərli maddələri udsun. Yaşıllıqlar nə qədər qırılırsa, yağıntıların miqdarı azalır, küləklər artır, torpaqlar erroziyaya məruz qalır. Yəni atmosfer havasının ilkin təbii tərkibini dəyişən hər bir əlavə komponent hava üçün çirkləndirici amil sayılır. Əgər havanın ilkin təbii tərkibində heç bir digər komponent mövcud deyildirsə, onda hava təmiz hesab olunur. Ümumiyyətlə, atmosfer çirklənmələri bütövlükdə iqlimin dəyişməsinə səbəb olur. Havanın çirklənməsi Günəş şüalarının axın sürətinə, onun Yer səthində əks olunmasına, atmosferdəgedən bütün təbii proseslərin dinamikasına və nəhayət atmosfer çöküntülərinin tərkibinə ciddi təsir edərək biosferdə gedən həyat proseslərinin normal inkişafına əngəl olur. Bu cür problemlərin qarşısını almaq və ətraf mühiti qorumaq üçün mütləq yaşıllıqların sayı artırılmalı, havanı çirkləndirənlərə qarşı cəzalar sərtləşdirilməlidir".

Milli Hidrometeorologiya Xidmətindən bildirilir ki, atmosferin çirklənməsinin monitorinqi Nazirlər Kabinetinin qərarı ilə "Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq həyata keçirilir. Atmosfer havasının çirklənməsi üzərində müşahidələr stasionar və səyyar məntəqələrdə aparılır. Stasionar və səyyar məntəqələr hər bir şəhərin (yaşayış məntəqəsinin) sahəsi, relyefi, sənayenin inkişafı, səyyar tullantı mənbələri və əhalinin sayı nəzərə alınmaqla təşkil edilir. Ölkədə mövcud olan hava keyfiyyətinin monitorinq şəbəkəsi bir çox amillər baxımından müasir standartlara, beynəlxalq meyarlara cavab vermirdi. Ölçülən çirkləndiricilərin seçimi ictimai səhiyyənin tələblərinəuyğun deyildi, monitorinq ləng və zəhmət tələb edirdi. Buna görə də, hava keyfiyyətinə dair cari monitorinq şəbəkəsinin modernizasiyası işlərinə başlanılıb. Belə ki, son dövrlər bu sahənin gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Azərbaycanın Avropa İttifaqı ilə mövcud olan Fəaliyyət Planında atmosfer havasının monitorinqi sisteminin Aİ Direktivlərinə uyğun fəaliyyətinin mərhələlərlə təmin olunması nəzərdə tutulub. Öhdəlikdə fasiləsiz fəaliyyət göstərən üçüncü nəsil avtomatik məntəqələrin quraşdırılması tələb olunur. Bununla əlaqədar İsveçin OPSİS AB şirkətindən 1 ədəd onlayn rejimdə çalışan müşahidə məntəqəsi alınıb. Məntəqənin 2016-cı ilin may ayından etibarən fəaliyyəti təmin edilib. Hazırda hər gün bu məntəqədən atmosfer havasında PM10 (asılı hissəciklər), NO2, SO2, benzol, toluol, kselol kimi qaz birləşmələri və ozonun səviyyəsi üzrə monitorinq nəticələri alınır. Atmosferin çirklənməsinin monitorinqi üzrə iri şəhərlərdə yerləşən müşahidə məntəqələrinin onlayn rejimdə çalışan müşahidə məntəqələri ilə əvəz olunması ETSN-nin qarşısında duran prioritet məsələlərdən biridir. Belə ki, 2019-cu il üçün nəzərdə tutulmuş İnkişaf Konsepsiyasına uyğun olaraq bir səyyar laboratoriya və atmosfer havasının monitorinqi üzrə 5 stasionar avtomatik stansiya alınıb. Bu stansiyaların 3 ədədi Bakı şəhərində, Gəncə və Sumqayıt şəhərlərində isə 1 ədəd olmaqla quraşdırılmışdır. Stansiyalar dünyada ətraf mühit üzrə analizator istehsalına görə öndə gedən "Thermo" (ABŞ) şirkətinin cihaz vəavandanlıqları ilə komplektləşdirilmişdir. Stansiyalar şəhər fonu, nəqliyyat, sənaye profilli olaraq 3 istiqamət üzrə quraşdırılmış vəhər stansiyanın profilinə uyğun analizatorlarla təchiz edilmişdir. Stansiyalardan fasiləsiz olaraq atmosfer havasından PM 2.5, PM 10, azot 4-oksid (NO2), azot 2-oksid, NOx, kükürd qazı (SO2), dəm qazı (CO), hidrogen sulfid (H2S), BTEX kimi qaz qarışıqları və ozonun yer səthində səviyyəsi üzrə nəticələri əldə olunur. Stasionar stansiyalardan daxil olan məlumatlar mərkəzi məlumat bazasında toplanılır, hava keyfiyyətinin qiymətləndirilməsi vədigər məqsədlər üçün bazadan aidiyyatı üzrə istifadə edilir. Altıağac Milli Parkının ərazisində Xızı fon stansiyası Azərbaycan tərəfindən 2002-ci ildə ratifikasiya edilən BMT-nin Avropa İqtisadi Komissiyasının "Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında Konvensiya"nın tələblərinə uyğun olaraq 2012-ci ildən fəaliyyət göstərir. Məntəqədə mütəmadi olaraq yağış və anion-kationların təyini məqsədilə nümunələr götürülür, müvafiq analizlər aparılır.

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:279
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Mart 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see720

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see295

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see278

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see263

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see247

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see236

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see228

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see212

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see189

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri