Havaya qalxan təyyarənin təkəri düşdü
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hindistanın "SpiceJet" aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan dərhal sonra təkərlərdən biri düşüb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.
Kandla şəhərindən Mumbaya uçan göyərtəsində 75 sərnişinin olduğu təyyarənin arxa sağ təkərinin uçuş-enmə zolağına düşdüyü bildirilir. Onu hava limanının əməkdaşları aşkar ediblər.
Təyyarə üçün fövqəladə vəziyyət elan edilib, lakin pilotlar insidentə rəğmən uçuşlarını davam etdirib və təhlükəsiz şəkildə təyinat hava limanına eniblər.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:Antalyada havaya qalxmağa hazırlaşan təyyarənin təkəri çıxıb
13 Fevral 2026 17:41
Yaponiyada eniş edən təyyarənin təkəri partlayıb
09 Yanvar 2025 09:47
Liberiya prezidentini daşıyan təyyarənin təkəri partladı
30 May 2025 15:16
Türkiyədə təyyarənin enişdən sonra təkəri partlayıb
22 İyun 2026 22:32
Qorxulu anlar: Təyyarənin mühərriki havaya qalxarkən alışdı
08 Noyabr 2024 12:29
Baxış sayı:88
Bu xəbər 16 Sentyabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















