Icma.az
close
up
RU
Hay ver bizə, cənab leytenant…

Hay ver bizə, cənab leytenant…

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Torpaq insanı udanda qəbir olur,
İnsan torpağı udanda - Şəhid.
İnsan bütün yerlərini qəbrə uduzur,
Vətən bütün yerlərini Şəhidə.
 Bir də,
bu dünyada hamı öz əcəliylə ölür,
Şəhid hamının əcəliylə...

Bu gün bir ayrı gündür…Bu gün onun günüdür...Lənkəran Dövlət Universitetinin  şəhid məzunu, baş leytenant Vüsal Kazımovun doğum günüdür. Yaşasaydı 35 yaşını doğmaları ilə birgə qeyd edəcəkdi...Cənnətdəki yaşını bütün Azərbaycan yad edir...

Şəhid baş leytenant Vüsal Kamran oğlu  Kazımovun avtobiqrafiyası çox qısadır. Amma nəzərə almalıyıq ki,  insan həyatının mənası ömrün uzun və qısalığı ilə deyil,  dəyəri ilə qiymətlidir. Vüsal Kazımov qısa, lakin mənalı ömrü ilə əbədiyyətin şəhidlik zirvəsinə yüksələn  elə qəhrəmanlardandır ki, onunla təkcə doğmaları, oxuduğu orta məktəb, ali təhsil ocağı deyil, bütün xalqımız fəxr edir, qürur duyur. Şəhid qəhrəmanın qısa  tərcümeyi-halını diqqətinizə çatdırırıq.

Şəhid baş leytenant Kazımov Vüsal Kamran oğlu   17 dekabr 1990-ci ildə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində, ziyalı ailəsində anadan olub. 1996-cı ildə Lənkəran rayonunda  M. Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbinin 1-ci sinfinə gedib, 2007-ci ildə həmin məktəbin 11-ci sinfini bitirərək   Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsinin əyani şöbəsinə daxil olub. 2011-ci ildə LDU-nu Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 05 iyul 2011-ci ildə Lənkəran rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağrılıb. 06.07 2011-ci il tarixdən 10.08.2011-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində ştatdankənar müddətli həqiqi hərbi xidmət, 10.08.2011-ci ildən 14.10.2011-ci il tarixədək Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində kursant, 14.10.2011-ci ildən 14.04.2013-cü ilədək Silahlı Qüvvələrin N saylı hərbi hissəsində tağım komandiri vəzifəsində həqiqi hərbi xidmət keçib. 14.04.2013-cü ildə xidmət müddəti başa çatdığına görə  təxris olunub. 03.09.2014-cü ildən 16.04.2016-cı ilədək Silahlı Qüvvələrin Hərbi Polis idarəsinin N saylı hərbi hissəsində bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində həqiqi hərbi xidmətdə olub. 16.04.2016-cı ildə xidmət müddəti başa çatdığına görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb  və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Lənkəran rayon şöbəsinin qeydiyyatına alınıb. 23.06.2016-cı ildən 16.08.2017-ci ilədək Lənkəran şəhər Uşaq Poliklinikasının psixi sağlamlıq bölməsində müalicə bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsində işləyib, 2017-ci ildən Lənkəran Dövlət Universitetinin qiyabi şöbəsində İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat uçotu və audit ixtisası üzrə bakalavriat səviyyədə təhsil alıb. Təhsili ilə bərabər Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin nəzdində UGİM-in direktoru vəzifəsində çalışıb.

Azərbaycan Ordusunun baş leytenantı olan Vüsal Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə, Xocavənd rayonunun işğaldan azad olunmasında və Şuşanın azad edilməsində iştirak edib. Sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə saxlayıb, atası-Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru, filologiya elmləri doktoru Kamran Kazımova “ata, narahat olma, hər şey qaydasındadır, zəfər bizimlədir” deyib. Ondan sonra ailə uzun müddət onunla əlaqə saxlaya bilməyib.  Sonra Vüsalın Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə-oktyabrın 27-də  qəhrəmanlıqla həlak olması xəbəri gəlib. V. Kazımov 29 noyabr 2020-ci il tarixində doğulduğu Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində böyük izdihamla torpağa tapşırılıb. Şəhid Vüsal Kazımovun  dəfnində  təkcə doğulduğu kənddən, Lənkərandan deyil, bütün ətraf rayonlardan, paytaxt Bakıdan gələn insanlar  iştirak edərək, şəhid qəhrəmana son  vida borclarını veriblər. Həmin gün yağan leysan yağış indiyədək  xatirimdədir. Buludlar da sanki şəhidin ölümünə göz yaşı axıdır, yas tuturdular...

Vüsal Kazımovun qəhrəmanlığı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə qiymətləndirilib, şəhadətindən sonra müxtəlif orden və medallara layiq görülüb. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlərdə iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vüsal Kamran oğlu Kazımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə”  və s. medallarla  təltif edilib.

Vüsal Vətən müharibəsinə yollananda yeni doğulan qızı Aynur indi 5, böyük qızı Nuray  10 yaşındadır. Qızların hər ikisi məktəblidir. Qeyd edək ki, Vüsalın həyat yoldaşı Aysel Kazımova Lənkəran Dövlət Universitetinin “Xarici dillər” kafedrasının müəllimidir. Aysel xanım Vüsalın şəhadətindən sonra magistraturaya daxil olub, oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilini yenidən davam etdirib. Hazırda  LDU-nun dissertantıdır. “Məqsədim ruhən də olsa Vüsalı uğurlarımla sevindirməkdir, dözümümlə ovundurmaqdır” deyən Ayselin  feysbuk sosial şəbəkəsindəki bir paylaşımını heç cür unuda bilmirəm: “Getmisən, qayıtmaq yadından çıxıb”  yazmışdı...

Vüsal Kazımovun  Azərbaycan bayrağı ilə çəkdirdiyi, feysbukda paylaşdığı çox fotoları var. İndi həmin  şəkillərə təkrar-təkrar baxıram-hamısında bayram ovqatı var, hamısında sevincli, məsud, xoşbəxt görünür. Bəlkə də bu şəkilləri çəkəndə heç xəyalına da gətirməyib ki, bir gün bu bayraq tabutuna örtüləcək, məzarının başında dalğalanaraq,  ona kəfən olacaq, rahat uyu, vətən oğlu, qanın yerdə qalmadı deyəcək. Əksi də ola bilər. Deyirlər çox zaman insanın yaşayacaqları ürəyinə əvvəlcədən əyan olur, hiss edir. Kim bilir, bəlkə də elə o vaxt şəhid baş leytenant Azərbaycan bayrağına bərk- bərk sarılanda  fələyin yazdıqlarından, şəhid taleyindən, ölümündən də  xəbərdar imiş elə...

Adına böyük istirahət parkı qurulduğundan, burada yay-qış təzə-tər çiçəklərin açmasından, xatirə bağın, məzarının müqəddəs bir ziyarətgaha döndüyündən  xəbərsizdir Şuşa fatehi...Torpaqlarımızın tam azad olunmasını, şəhidlərin qisasının alındığını isə  atası prof. Kamran Kazımov yəqin ki,  məzarını hər ziyarət edəndə təsəlli kimi pıçıldayır oğluna...

 Səndən təsəlli bir zabit mundiri,
 Bir cüt ulduzlu, aylı paqonlar

Və bir də ata yolu gözləyən iki körpə qız övladı yadigar qaldı Vüsal… Hələ dil açmayan körpə Aynurun sənə ata deməyə macalı olmadı, ilkin Nurayını ovutmaq isə çox ağır oldu…Yeganə oğlunu itirən Kamran müəllimə təsəlli verəcək qədər ağır… Qələbənin çəkisi qədər ağır...

Şəhid Vüsal Kazımovla bağlı atası Kamran Kazımovun feysbuk sosial şəbəkəsindəki bir paylaşımını yazıya əlavə etməyi vacib bildik. “Vüsal təkcə oğlum yox, həm də yaxın dostum idi” yazır Kamran müəllim: “...Bağışla məni... Bağışla ki, ürəyindəki şəhidlik zirvəsinə qalxmaq arzunu duya bilməmişəm...İllər nə tez ötür? Görəsən bu illər niyə belə sürətlə keçir?! Bizi o sənli günlərin xatirələrindən tez uzaqlaşdırmaq üçündürmü? Nə üçün? Axı, o xatirələrlə yaşamaq bizə ümid verir. Bəlkə, Vüsalım qayıdacaq? Bəlkə, Allahım möcüzə göstərdi? Bəlkə illərin sürətlə keçməsi məni Vüsalıma daha tez qovuşdurmaq üçündür? İllər ötdükcə ürək ağrılarım, qəlb  yaram nəinki  sağalır, bir az da  yaralarımız dərinləşir...Sən həmişə mənimləsən, oğlum. Beləcə,  sevinə-sevinə döyüşə getdin, igidlik göstərib torpaqlarımızı işğaldan azad etdin, özün isə qayıtmadın.  Yolunu gözləyirəm və ölənədək gözüm yolda olacaq...İllər keçir, düşünürəm ki, gəlməyinə az qalır. Sən isə gəlmirsən,  yaran isə daha da dərinləşir və daha çox ağrıdır. Təsəlli yalnız iki yadigarın,  Ayselin və bizə yaşatdığın qürurdur...”

Həyat yoldaşı Aysel Kazımova: “Nədir sənə ən gözəl yaşında ölümü düşündürən?”-dedilər. “O”nu göstərdim, susdular…”

Sosial şəbəkədə dostu  Çinarə Ömrayın Vüsallı xatirələri: “Bir gün…Bir günlə başlıyan bütün cümlələr səni keçmişə aparır… Keçmişdə də kimlər yoxdu ki… Bütün gedənlər, bütün yaxşılar hamısı sənə ordan boylanar. Az yaşı ilə ağsaqqal dostum, az yaşı ilə şəhid dostum, az yaşı ilə qəhrəman dostum, kaş sən gedənlərdən olmayaydın, kaş sən “bir gün...”lə başlayan cümlələrdə hallanmayayadın…

Bu gün biz sənin üçün darıxırıq. Amma bir gün mən də öləcəm, o da öləcək , sənin üçün darıxan hamı öləcək. Amma bir tək şəhidlər ölmürlər. Bax, onda da sən bizim üçün darıxacaqsan, onda biləcəksən darıxmaq nə təhər olur. İndi yerin rahatdır, göylərdən baxıb bütün doğmalarını sağ görürsən…
Ad günün mübarək şəhid dostum”...

Şəhid baş leytenant V. Kazımovun xatirəsinə həsr olunmuş  “Vüsal hicrandan acıymış” sənədli filmi çəkilib, haqqında bir neçə kitab, yüzlərlə məqalə, şeir, poemalar yazılıb. LDU-nun dosenti, şair Elşad Səfərlinin “Bir anın yuxusu” poemasında oxuyuruq:

İgid olan görünəcək,
Yaxşı-yaman görünəcək.
Zaman-zaman görünəcək
Yerin,cənab baş leytenant.

Şəhid Vüsal Kazımovun həyat yoldaşı, LDU-da müəllim həmkarım Aysel Kazımovaya dəfələrlə demişdim ki, sənin Vüsalla bağlı paylaşımlarında o qədər yanğı, xatirələrində o qədər kövrəklik, həsrət, hərarət, istilik və həm də dərin ağrı hopmuş səmimiyyət var ki, onları bir yerə  toplasan çox yaxşı kitab alınar, birnəfəsə oxunar. Həm ürəyini boşaldıb yüngülləşərsən, həm də bu kitabın  Vüsal Kazımovun qəhrəmanlığının gələcək nəsillərə, gənclərə tanıtımı olar. Aradan 5 il keçsə də,  nə Kamran müəllim, nə Aysel Vüsallı xatirələrini yazmadığını görəndə başa düşdüm ki, çətindir, ağırdır doğmalarına Vüsal haqqında keçmiş zamanda yazmaq, danışmaq, ölümünü qəbul etmək. Bəlkə ürəklənib onlu xatirələrini paylaşacaqlar, yazacaqlar nə vaxtsa. Kim bilir,  bəlkə bu xatirələr o qədər əzizdir, kövrəkdir, mübhəmdir ki, onu kiminləsə sözdə, yazıda belə paylaşmaq ağır gəlir əzizlərinə. Onları ancaq iç dünyalarında gizləyirlər, qoruyurlar, əzizləyirlər.  Bəlkə də Vüsalın ölümünü qəbul etmək, haqqında keçmiş zamanda danışmaq kimsənin duya bilməyəcəyi dərəcədə ağırdır. O qədər bəlkələr var ki…Amma bu bəlkələrin sirrini sormaq, cavabını aramaq, öyrənmək o qədər çətindir ki.  Bilirsiniz niyə? Çünki Kazımovlar ailəsində hər şey Vüsalın sağlığında necə idisə, bu gün də elə əvvəlki düzənində qorunur. Vüsalın boşqabı hər yemək vaxtı yenə də  süfrəyə qoyulur, oturduğu stol sahibini gözləyir, əllər süfrəyə uzananda baxışlar qapıya zillənir, paltarları əvvəlki səliqəsi ilə ütülənib dolabına yığılır, əlinin dəydiyi hər şey toxunulmadan yerində saxlanılır-bəşər övladının xəyal, arzu, ümid üçbucağı beləcə 5 ildir dövr edir. Doğmaları həyatda olana qədər də dövr edəcək düşünürəm. Axı, ümid heç vaxt ölmür, əzizinin, doğmanın ölümünü gözlərinlə görsən belə, qayıdacağına inanır, inanır, inanırsan. Və mən də inanıram kı, ümid, arzu, xəyal üçbucağı dövr etdikcə Vüsalın yoxluğu bu ailəyə yaxın düşə bilməz.

Ruhun şad olsun, şəhid baş leytenantım. Çətin ki, sənə, igid Azərbaycan oğluna, oğullarına, qəhrəman şəhidlərimizə olan ehtiramımı bütün tamlığı ilə  əks etdirə bilim. Bu gəlimli-gedimli dünyadan gec-tez  hamı köçünü sürəcək.  Ölüm  haqdır. Amma ölümdən güclüləri də var-şəhidlik məqamına yüksələnlər! Ölümü şəhidliyi   ilə öldürüb şəhadət zirvəsinə ucalan şəhid baş leytenant Vüsal Kazımov- yadımızdasan, yanımızdasan, heç zaman unudulmayacaqsan...

Esmira İsmayılova

Filologiya üzrə fəlsəfə doktoru.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 Dekabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see365

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see294

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see231

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see214

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see195

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see188

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see185

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see172

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see168

Dövlətlə əmlak mübadiləsi mümkün olacaq DETALLAR

19 Avqust 2026 07:02see163

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see161

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see161

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see157

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see156

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see155

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see155

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see151

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see149

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see148

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri