Icma.az
close
up
RU
Статья не опубликована
Haydı başqa qapıya, Gültəkin Hacıbəyli!

Haydı başqa qapıya, Gültəkin Hacıbəyli!

Aznews.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Hava Yollarına aid təyyarənin qardaş Qazaxıstanın Aktau şəhəri yaxınlığında yerə çırpılması çox böyük faciədir. Bu faciəli olayın obyektiv şəkildə araşdırılması və onlarla insanın həyatına son qoyan əsl səbəbin üzə çıxarılması hər birimizin istəyidir.

Bəli, ortada kifayət qədər açıq suallar, ziddiyyətli versiyalar, müəmmalı hallar var. Ancaq bu sualları cavablandırmaq, versiyaları aydınlaşdırmaq və müəmmalara son qoymaq peşəkarların- aviasiya mütəxəssislərinin, hüquqşünasların, səlahiyyətli orqanların işidir.

Bir media olaraq bizim işimiz cəmiyyətimizin üzvlərində uçuş fobiası yaratmamaq, həqiqətin üzə çıxmasına və cəmiyyətə çatdırılmasında araçı rolunu oynamaqdır. Bunun üçün medianın görəvi ilk növbədə təsdiqlənmiş məlumatları yaymaq və ağlabatan ehtimalları müzakirə etməkdir.

Cinayət işi açılmış istənilən hadisə barədə bir jurnalist və media quruluşu hökm çıxara bilməyəcəyi kimi, hər hansı ictimai-siyasi persona da ehkam kəsə bilməz. Xüsusən də o, olay yerindən yüz kilometrlərlə uzaqdadırsa!.. Ancaq çox təəssüf ki, faciə baş verdikdən dərhal sonra İkinci Qarabağ Savaşında Azərbaycanın tarixi qələbəsinə kölgə salmaq istəyən məlum mütəşəkkil dəstə yenidən cəmiyyətimizi manipulyasiya etmək üçün hərəkətə keçib. Özünü xalqımıza gül təkin göstərmək istəyən hacıbəylilər "nədən AZAL təyyarəsi Qroznıdan Bakıya və daha yaxın bir hava limanına deyil, Aktauya uçdu" sualı ilə öz girəvəçi və primitiv zehniyyətlərini bir daha qoyurlar.

Azərbaycan təyyarəsinin Qroznıda qüllə dispetçiri ilə danışıqlarının stenoqramı yayılıb. Bu stenoqramı doğru qəbul etsək, görəcəyik ki, pilotlar Qroznıya eniş edə bilməyən təyyarəni öncə Bakıya qaytarmaq istəyir, lakin təyyarənin müəyyən sistemləri (GPS, hidravlik qurğular və s.) sıradan çıxması ilə alternativ marşurut və limanlar arayırlar.

Biz cəmiyyət olaraq iki gündür təyyarə ekipajının peşəkarlığından və qəhrəmanlığından danışırıq. Pilotların peşəkarlığının və qəhrəmanlığının ən bariz nümunələrindən biri çevik bir qərarla uçağı Bakıya qaytarmaqdan vaz keçərək Xəzərin digər sahilinə yönləndirməsidir. Məhz bu qərar nəticəsində təyyarə sərnişinlərinin bir qismi həyatda qala bilib. Aviasiya uzmanı, ekspert olmasam da, səbəblərini Süni İntellektin yardımı ilə izah edim.

Yerə düşən təyyarə "Embraer-190" modeli idi. Bu modeldə uçaqlar yanacaq çənlərini havada buraxa bilmirlər. Yəni, bu uçaqların "fuel dumping" sistemi yoxdur. Çünki geniş gövdəli deyillər, yaxın məsafəli, az sərnişin tutumlu uçuşlar həyata keçirirlər. Odur ki, təyyarə yerə mümkün qədər təhlükəsiz enmək üçün yanacağını sərf etməli idi və buna görə də DAHA YAXINA DEYİL, DAHA UZAĞA uçmalıydı.

Təyyarənin yerə çırpıldığı halda necə alovlandığını sosial şəbəkələrdən hamımız izləmişik. İndi təsəvvür edin ki, o anda uçaqda daha böyük həcmdə yanacaq olsaydı, arxa hissədən belə bir tikə ələ gəlməzdi.

Odur ki, insan faciəsi, milli matəm kimi qeyd olunan bir hadisə üzərindən siyasi manipulyasiyalar aparmaq qətiyyətlə pislənilməli, gültəkin kimilərinə, qəza görüntülərini ritmik musiqi müşayiəti ilə paylaşan Meydan TV-lərə "başqa qapıya" demək lazımdır.

Taleh ŞAHSUVARLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 26 Dekabr 2024 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see276

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see223

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see157

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see157

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see157

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see144

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see135

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see127

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see127

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri