Icma.az
close
up
RU
“Hayduk” mifi yanılma

“Hayduk” mifi yanılma

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Zirə” Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Hayduk”la heç-heçəyə razılaşıb – 1:1. Xorvatiya təmsilçisi ilə hesabı açan tərəf olan “qartallar” fasilədən sonra bir qol buraxıb və yekunda bərabərlik qeydə alınmayıb.

Matçdan öncə “Hayduk”un favoritliyi, “Zirə”yə böyük üstünlük quracağı ilə bağlı fikirlər dolaşırdı. Əsas qol silahı Salifu Sumanın satılması, Rafael Utziqin heyətdən kənarlaşdırılması komanda haqda neqativ düşüncə yaradan əsas amillərdən idi. Düzdür, adıçəkilən oyunçuların yoxluğu hiss olundu, “Zirə”nin hücum gücü ötən mövsümə baxanda zəifləyib. Buna baxmayaraq, komandanın xüsusilə yarımmüdafiə və irəlidəki təzyiqi rəqibi səhvlərə məcbur etdi və qol da belə epizod yekununda vuruldu. Fasiləyə qədər bir neçə şans yaxalayan, amma dəyərləndirə bilməyən “qartallar” yaxşı fürsəti əldən verdi. İlk dəqiqələrdən ciddi pressinq tətbiq edən “Zirə”nin bu oyunu bəlkə də xorvatlar üçün sürprizə səbəb oldu. Təzyiqi gözləməyən “Hayduk” oyunçularının tez-tez ötürmə, mövqe səhvləri etməsi də məhz bunun sayəsində idi. Sadıqovun “sürpriz pressinq” sistemi xorvatlar üçün gözlənilməz idi.

“Hayduk” ikinci hissədə topa daha çox nəzarət edən tərəf olsa da, ciddi təhlükə yarada bilmədi. Komanda demək olar, yeganə təhlükəli hücumunu qolla tamamladı. “Zirə” müdafiəsinin effektliyini də qeyd etməyə dəyər. Görüşdən öncə təxmin edilən “Hayduk” isə gözləniləndən zəif çıxış etdi və komandanın əslində böyüdüləcək dərəcə güclü olmadığı göründü. “Zirə” səfərdə bu rəqibi keçə bilmək potensialındadır.

Komandalar arasındakı cavab oyununa bir həftə vaxt var. “Zirə” mərhələ adlamaq üçün bugünkündən daha çox güc sərf etməli, ələ düşən hər imkanı maksimum dəyərləndirməlidir. “Hayduk” revanşı evində oynayacaq və azarkeş dəstəyi onların yanında oalcaq. Bakıya 400-500 nəfər dəstəkçi ilə gələn “Hayduk” dünənki görüşdə də fanatlarının gücünü hiss etdi. Split təmsilçisi “qartallar”dan bir addım öndə görünür. Buna baxmayaraq, “qartallar” ötən mövsüm Xorvatiyada səfərdə məhz “Osiyek”lə heç-heçə etmiş, yerli mətbuatda adından söz etdirmişdi. Cavab matçında əsas məqam müdafiənin etibarlı olmasıdır. Yeni transfer Brahim Konatenin zədələnməsi komandanın hücum gücünə təsir edəcək. İndiki məqamda komanda üçün çətin olsa da, ən yaxşı yol müdafiəni maksimum diqqətdə saxlayıb, ya əks-hücumlardan şans yaxalamaq, ya penaltilər seriyasına ümid etməkdir.

“Zirə” penaltilər seriyasında uğurlu olan komandalarımızdandır. Ötən il məhz “Osiyek”lə cavab görüşündə penaltilər seriyası sonrası mərhələ adlayan “qartallar”da bu variant da aktual olacaq.

“Hayduk” – “Zirə” oyunu iyulun 31-də Splitdə keçiriləcək.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 İyul 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see387

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see259

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see258

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see251

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see250

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see249

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see247

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see244

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see243

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see242

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see232

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see225

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see223

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see222

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see222

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see222

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see222

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see221

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see220

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri