Icma.az
close
up
RU
Hayduk un baş məşqçisi: Zirə nin real şansları yox idi

Hayduk un baş məşqçisi: Zirə nin real şansları yox idi

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İkinci hissədə təzyiq altında idik. Çoxlu gənc futbolçu ilə meydana çıxmışdıq. Oyunu istədiyimiz kimi nəzarətdə saxlaya bilmirdik. Lakin rəqibin də real şansları yox idi".

İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, bunu Xorvatiya "Hayduk"unun baş məşqçisi Qonsalo Qarsiya evdə "Zirə"ni əlavə vaxtda 2:1 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis Azərbaycan təmsilçisinin çox yaxşı oyunçulara malik olduğunu bildirib: "Rəqib fiziki cəhətdən möhkəm komandadır. Demək olar ki, bütün birəbir mübarizələri uduzurduq. Bəli, Marko Livaya bir çox situasiyalarda sərbəst qalırdı, lakin həlledici ötürmələrdə və asmalarda yaxşı deyildik. İtkilərimizin olması üzündən meydanda təzyiq altında qalırdıq. Toparlanmalı idik, əks halda, pis olacaqdı. Oyunu daha erkən bitirmək lazım idi. Çətin olacağını bilirdik, amma oyun vaxtı bu dərəcədə gərginliyin olacağını durmamışdım. Bəzi məqamlarda qəzəblənirdim".

Qarsiyanın sözlərinə görə, oyunun əsas vaxtı bitdikdən sonra oyunçular yorğun və stres içində olublar: "Əlbəttə, ağır idi. "Polyud" stadionu inanılmazdır, lakin insanlar çox şey gözləyirlər. Gənc oyunçular bunu hiss edirlər. Fasilədə futbolçularıma dedim ki, müəyyən epizodlara yaxşı yanaşırıq, azarkeşlər meydanda nə isə görəndə bunu dəyərləndirirlər. Dözümlü olmağımızın gərəkliyini və qol vəziyyətlərimizin yaranacağını da söylədim. Zaman-zaman yaxşı olurduq. Çox şeyi daha da yaxşılaşdırmalıyıq. Oyunçularıma dedim ki, daim qələbə basqısı altında qalmaq lazım deyil, meydanda vəziyyəti nəzarətdə saxlayacağıq. Komanda hələ formalaşmayıb. Rəqabətədavamlı olmaq istəyiriksə, güclənməliyik".

Qeyd edək ki, "Zirə" Bakıdakı ilk matçda "Hayduk"la heç-heçə edib - 1:1. Cavab görüşündə də eyni nəticə qeydə alındığı üçün əlavə vaxt oynanılıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 Avqust 2025 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri