Icma.az
close
up
RU
Hayduk un müdafiəçisi: Hədəflərimiz böyükdür, ilk addım Zirə ilə oyundan başlayacaq MÜSAHİBƏ

Hayduk un müdafiəçisi: Hədəflərimiz böyükdür, ilk addım Zirə ilə oyundan başlayacaq MÜSAHİBƏ

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Hayduk"un kapitanı Dario Melnyak Sportal.az saytına müsahibə verib. Vaxtı ilə “Neftçi”də də oynamış müdafiəçi Konfrans Liqasının təsnifat mərhələsində “Zirə”yə qarşı keçiriləcək görüşdən gözləntiləri də bölüşüb.

- “Hayduk” Konfrans Liqasının təsnifat mərhələsində "Zirə" ilə qarşılaşacaq. Püşkatmanı "Hayduk" üçün uğurlu hesab edirsən?

- Əslində, hər zaman bütün püşkatmalar maraqlıdır. İndinin özündə asan rəqib anlayışı qalmayıb. Avrokuboklarda isə asan komanda yoxdur. 

- Bəs, "Zirə" haqda hansısa məlumata sahibsiniz? Sən Azərbaycanda oynadığın üçün yəqin ki, bu komandanı tanıyırsan. Kollektivdə necə, “Zirə” barədə məlumata sahib olan var?

- Düzünü desəm, “Zirə”yə qaşrı oynayıb-oynamadığımı yoxlamalı idim. Sizin sualınızdan sonra baxdım ki, bəli, “Zirə”yə qarşı 2 matçda oynamışam(gülür). Hər iki görüş də mənim üçün uğurlu alınmayıb. Amma keçmişdə qalan matçlardır. İndi yalnız qarşıya baxmaq lazımdır.Mən də bu cür edirəm.

- Yəqin ki, Xorvatiyada hər hansı sürpriz qəbul edilməyəcək? "Hayduk"un "Zirə” ilə matçdakı şanslarını necə dəyərləndirirsən? "Zirə" ötən mövsüm Konfrans Liqasında pis çıxış etmədi... 

- “Zirə”nin avrokuboklarda oyunlarına baxmışam. Əsasən də “Osiyek”ə qarşı matçını izləmişəm. “Omoniya”ya qarşı keçirilmiş pley-off görüşünü də görmüşəm. Bilirsiz, hazırda futbol bərabərləşib. Ona görə də daha da maraqlı olub. Düzünü desəm, biz indi kiminlə oynadığımızdan daha çox öz tapşırıqlarımıza və taktikalarımıza diqqət yetiririk. İndi vacib olan məsələ budur. 

- “Hayduk" ötən mövsüm avrokuboklarda "Rujemberok"a uduzdu. Bundan əvvəl isə "Tobol" və "Qzira Yunayted"lə matçlarda uğursuz nəticələriniz olmuşdu. Səncə, "Hayduk" kimi böyük klubun avrokuboklarda işləri niyə qaydasında getmir? 

Son illərlə bağlı eyni şeyi düşünürəm. Düzü, hələ də düzgün cavabım yoxdur. Amma hər zaman yeni bir motivasiya var. Bunu edə biləcəyimizə inanırıq. Biz indi hazırlaşırıq və qarşıdakı görüşlərə hazır olmağa çalışırıq.

- Biz səni ilk dəfə “Neftçi”dəki çıxışınla tanımışıq. Maraqlıdır, sən özün bu komandanın futbolçusu olduğun anları necə xatırlayırsan?

- “Neftçi”dəki ilk vaxtlarım mənim üçün çətin idi. Mən bu komandaya icarə əsasında gəlmişdim. Klubun da çətin periodi idi. Həmin vaxtı hər iki tərəf üçün ən yaxşısı yollarımızı ayırmağımız idi.

- “Neftçi"dən ayrıldıqdan sonra karyeran daha uğurlu alındı. "Rizespor", Xorvatiya millisi və indi də "Hayduk". "Neftçi"də şans verilmirdi? Yəqin ki, oradan ayrıldığına görə peşman deyilsən?

- Deyim ki, “Neftçi” və Azərbaycanda çox yaxşı təcrübə topladım. Orada çox yaxşı təəssüratlarım var. 

- "Neftçi"dən ayrıldıqdan sonra Bakıya bir dəfə Xorvatiya millisinin heyətində gəlmisən. Bu dəfə ikinci dəfə Azərbaycana gələcəksən. “Zirə”yə qarşı görüş də elə "Neftçi"nin stadionunda keçiriləcək. "Neftçi Arena"ya gələcəyin üçün həyəcanlısan? 

Düzünü deyim, heç matçımızın “Neftçi Arena”da keçiriləcəyini bilmirdim. Siz dediniz, xəbər tutdum. Təbii ki, bunu eşitmək xoşdur. “Neftçi Arena” yaxşı stadiondur.

- “Hayduk"un Konfrans Liqasında əsas hədəfi nədən ibarətdir? Əsas mərhələyə (qrup mərhələsi) qədər irəliləmək?

- “Hayduk”un hər zaman böyük hədəfləri olub. Amma “Hayduk”da yeni era başlayıb. Bu dəfə də hədəflərimiz böyükdür. Ona görə də biz irəliyə addım-addım getmək istəyirik. İlk addım isə “Zirə”yə qarşı oyundan başlayacaq.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://sportal.az
archiveBu xəbər 03 İyul 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see229

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri