Icma.az
close
up
RU
“Hayduk”un sabiq qapıçısı: Klub rəhbərliyi “Zirə” barədə məndən məlumat almayıb EKSKLÜZİV MÜSAHİBƏ

“Hayduk”un sabiq qapıçısı: Klub rəhbərliyi “Zirə” barədə məndən məlumat almayıb EKSKLÜZİV MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 11 iyul, AZƏRTAC

2007-2010-cu illərdə “Hayduk” (Xorvatiya) komandasında çıxış etmiş, vaxtilə ölkəmizdə “Xəzər Lənkəran”ın da formasını geyinmiş xorvatiyalı qapıçı Vyekoslav Tomiç AZƏRTAC-a eksklüziv müsahibə verib. O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Hayduk” və Azərbaycanın “Zirə” kollektivləri arasında keçiriləcək oyunlar və digər məsələlər barədə danışıb.

- Sabiq komandanız “Hayduk” Konfrans Liqasında Azərbaycan təmsilçisi “Zirə” ilə qarşılaşacaq. Bu oyundakı şansları necə dəyərləndirirsiniz?

- “Zirə” ötən il Konfrans Liqasında Xorvatiyanın digər təmsilçisi “Osiyek”lə qarşılaşmışdı. Rəqib penaltilər seriyasında inamlı oynayaraq, növbəti raunda vəsiqə qazanmışdı. Düşünürəm ki, “Hayduk” “Osiyek”dən daha güclüdür. Şansları qiymətləndirsək, təmsilçimiz öndədir. “Zirə”nin imkanları o qədər də yüksək deyil.

- “Hayduk”un təmsil etdiyi Split şəhərində anadan olmusunuz. Azərbaycan futbolu və “Zirə” barədə sizdən informasiya alınıb?

- “Hayduk” klubundan heç kim “Zirə” haqqında məndən məlumat almayıb. Onların çox yaxşı skaut heyəti var. Özləri bunun öhdəsindən gəlirlər. Mənim də Azərbaycan təmsilçisi barədə kifayət qədər bilgim yoxdur.

- Rəqib komandanın hazırkı durumu barədə nə deyə bilərsiniz?

-“Hayduk” bu yay heyətinə yeni oyunçular cəlb edib. Baş məşqçi də yenidir. Müəyyən dəyişikliklər var. Onların “Zirə”ni məğlub edərək növbəti mərhələyə çıxmaq üçün böyük şansları var. Split klubunun güclü tərəflərindən biri müdafiə xəttidir. Həmin zonada etibarlı oynayırlar. Həmçinin də heyətdə Marko Livaya kimi təcürbəli və vacib oyunçu var. O, meydanın hər yerində oynaya bilir. Hər iki matçda da fərq yaradacaq.

- Vaxtilə Azərbaycanda “Xəzər Lənərkəran”da çıxış etmisiniz. Ölkəmizlə bağlı təəssüratlarınız necədir?

- Ölkəniz möhtəşəm idi. İndi də belədir. Bakı gözəl şəhərdir. Burada yaxşı stadionlar var. Son illərdə futbolunuz inkişaf edib. “Qarabağ” komandası avrokuboklarda uğurla çıxış edir və hər il qrup mərhələsinə yüksəlməyi bacarır.

- Maraqlıdır, Azərbaycan klublarından hansında çalışmaq istərdiniz?

- Azərbaycanda və Türkiyədə özümü məşqçi kimi sınamaq istəyərdim. Hər iki ölkə mənə doğmadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri