Icma.az
close
up
RU
Hazırda 1397 təhsil müəssisəsində pellet yanacağından istifadə olunur BİRGƏ MƏLUMAT

Hazırda 1397 təhsil müəssisəsində pellet yanacağından istifadə olunur BİRGƏ MƏLUMAT

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 18 noyabr, AZƏRTAC

Son illər Azərbaycanda təhsil müəssisələrinin istilik təminatının yaxşılaşdırılması, alternativ yanacaq növlərindən istifadənin genişləndirilməsi, ətraf mühitə dost texnologiyaların, eyni zamanda müasir istilik sistemlərinin tətbiqi istiqamətində tədbirlər həyata keçirilir.

Bu istiqamətdə təhsil müəssisələrinin istilik təminatının yaxşılaşdırılması üçün sistemli tədbirlər aparılır. Görülən işlər çərçivəsində təhsil müəssisələrinin bir hissəsi qazlaşdırılıb, odun yanacağı ilə qızdırılan təhsil müəssisələri isə alternativ yanacaq növü olan pelletdən istifadəyə keçid edib.

Ekologiya və Təbii Sərvərlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə Meşələrin İnkişafı Xidmətinin və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı birgə məlumatda bildirilib.

Pellet yanacağından istifadə ağac materialına olan tələbatın azalması və meşə ehtiyatlarının qorunması baxımından önəmli töhfədir. Bununla yanaşı, daha aşağı rütubət səviyyəsi, temperaturun asanlıqla tənzimlənməsi baxımından xüsusi əhəmiyyətə malikdir ki, bu da özlüyündə təhsil müəssisələrində istiliyin daha səmərəli, stabil və çevik şəkildə təmin olunmasına şərait yaradır.

Statistik göstəricilərə əsasən, 2023-cü ildə ölkə üzrə odun yanacağı ilə qızdırılan təhsil müəssisələrinin sayı 2065 olduğu halda, 2026-cı ildə bu göstərici sıfıra enib. Hazırda 1397 təhsil müəssisəsində pellet yanacağından istifadə olunur, digər müvafiq təhsil müəssisələrinin istilik təminatı isə qazlaşdırma hesabına həyata keçirilir.

Pellet yanacağından istifadəyə keçid meşələrin qorunmasına, odun yanacağına tələbatın azaldılmasına və istilik təminatında alternativ yanacaq növlərinin tətbiqinin genişləndirilməsinə mühüm töhfə verir.

Təhsil müəssisələrində odun yanacağından istifadənin dayandırılması ətraf mühitin mühafizəsi baxımından müsbət təcrübə olmaqla, bu yanacaqdan istifadə edən digər təşkilatlar üçün də nümunəvi yanaşma ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2026 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see694

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see574

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see321

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see293

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see290

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see279

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see279

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see256

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see253

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see245

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see243

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see242

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see239

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see238

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see238

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see232

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see219

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see211

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri