Tramp: Müharibənin nə vaxt bitəcəyinə mən qərar verəcəyəm!
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibənin nə vaxt başa çatacağına özü qərar verəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Ağ Evin sosial media hesabında yayılan məlumata görə, Tramp Şükranlıq günü ABŞ hərbçiləri ilə telefon danışığı aparıb. Söhbət zamanı İrana qarşı hərbi əməliyyatlar, Yaxın Şərqdəki vəziyyət və beynəlxalq məsələlər müzakirə olunub.
İranla mümkün müharibənin başa çatması ilə bağlı danışan Tramp bildirib ki, qələbə artıq ABŞ-ın əlindədir və hərbi əməliyyatların nə vaxt dayandırılacağına özü qərar verəcək.
“Qələbə əlimizdədir. Düzünü desəm, bu, tamamilə mənim istədiyim vaxt baş verəcək. Biz vicdanla hərəkət etməyə çalışırıq və onlara şans vermək istəyirik. Razılığa gəlmələri və çoxsaylı insanın həyatını xilas etmək üçün onlara hər cür imkan yaradırıq. Lakin bundan istifadə edib-etməyəcəklərinə əmin deyiləm”, – deyə Tramp bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 27 Noyabr 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















