Icma.az
close
up
RU
Hazırda dünyadakı vəziyyət 1930 cu illəri xatırladır: oxşarlıq və paralellik az deyil

Hazırda dünyadakı vəziyyət 1930 cu illəri xatırladır: oxşarlıq və paralellik az deyil

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

XX əsrin 30-cu illərində 1-ci dünya müharibəsindən sonrakı beynəlxalq sistem çökmüşdü, indi isə 2-ci dünya müharibəsindən sonra qurulan sistem çökür. (Bəlkə də 2-ci dünya savaşından sonrakı düzənin çöküşü əslində SSRİ-nin dağılması ilə gerçəkləşib və indiki təbəddülatlar yeni düzənin qurulması cəhdləridir).

Birinci dünya müharibəsindən sonrakı dünya düzəninin (Versal-Vaşinqton sistemi) qurulmasında ABŞ mühüm rol oynamışdı: prezident (demokrat) Vilson “dünyanı demokratiya üçün təhlükəsiz etməliyik” şüarı ilə Avropadakı müharibəyə müdaxilə etmiş, məşhur “14 maddə”ni irəli sürərək BMT-nin sələfi – Millətlər Liqasının yaradılmasının təşəbbüskarı olmuşdu. Lakin bu sistemin tezliklə iflasının səbəbkarlarından biri də elə ABŞ oldu. Konqresdə çoxluğu əldə edən respublikaçılar Millətlər Liqasını rədd etdilər, prezident seçkilərində (1920) respublikaçı Hardinq qalib gəldi və ölkə təkrar öz köklərindəki izolyasionizmə (özünütəcrid) qayıdıb, qlobal səhnədən çəkildi.

Arda-arda respublikaçı namizədlərin prezident seçilməsi (Hardinq-Kulic-Huver) ilə ABŞ beynəlxalq ticarətdə sərt proteksionist siyasətə üstünlük verdi. Bu sırada ABŞ, eləcə də Kanada və Avropa iqtisadiyyatını sarsıdan

Böyük Böhran (1929) başladı. Böhranı bir deyil, bir çox səbəbin məcmusunun şərtləndirdiyi güman olunur, bunlardan biri də 1930-cu ildə Konqresdə qəbul olunan “Smut-Houli” qanunudur. (Smoot–Hawley Tariff Act). İdxal mallarına yüksək rüsumların tətbiqini nəzərdə tutan bu qanun ticarət savaşına səbəb olmaqla, böhranı daha da dərinləşdirdi. Digər dövlətlərin də ABŞ mallarına rüsumları artırması səbəbindən ABŞ-la Avropa arasında ticarət həcmi kəskin azaldı. 1930-cu illərdə Avropa və dünyada ifrat millətçiliyin yüksəlməsinə ABŞ-ın “Smut-Houli” qanunu da öz töhfəsini verdi.

1931-ci ildə Yaponiyanın ekspansiyaya başlayaraq Mancuriyanı ələ keçirməsi və ümumən Çinin şimal-şərqinə gözünü dikməsindən sonra ABŞ narahatlığını (?) bildirərək, sadəcə, bu işğalı tanımamaqla kifayətlənir. İtaliyada hələ 20-ci illərdə hakimiyyətə gəlmiş Mussolini rejimi 1935-ci ildə Efiopiyanı işğal edir, 1936-cı ildə İspaniyada vətəndaş müharibəsi başlayır, Yaponiya 1937-ci ildə Çinə genişmiqyaslı hücum edir, nasist Almaniyası isə 1938-ci ildə Sudeti (Çexoslovakiya) ilhaq edir.

Bəs, dünya müharibəsi çox sürətlə yaxınlaşarkən ABŞ nə ilə məşğul idi?

ABŞ Konqresi yığışıb, ardıcıl olaraq neytrallıq haqqında qanunlar qəbul edirdi. Bu qanunlar ABŞ-ın hər hansı şəkildə müharibələrə cəlb olunmasını, o cümlədən müharibə vəziyyətində olan dövlətlərə silah-sursat satışını, kreditlər ayırmasını qadağan etmişdi. İkinci Dünya müharibəsi başladıqdan sonra, 1939-cu ilin noyabrında prezident Ruzveltin israrlı tələb və xahişləri nəticəsində Konqres könülsüz razılaşır ki, başqa ölkələrə silah-sursat və digər mallar satılsın: bir şərtlə ki, alıcılar gəlib nağd ödəniş edərək malları özləri aparsınlar, ABŞ gəmiləri bu daşımalarda iştirak etməsin. “Lend-Liz” qanunu yalnız 1941-ci ilin martında qəbul olunur, dekabrda Yaponiyanın

ABŞ Sakit okean donanmasının bazasına hücumundan sonra isə ABŞ öz neytrallığına son verir…

Bu gün ABŞ-nin Avropadakı məsələlərdən uzaq durmasına tərəfdar olan və Ukraynaya yardımlarının əleyhinə çıxan ABŞ-dəki çevrələrlə keçmişdəki, o cümlədən ötən əsrin 20-ci, 30-cu illərindəki amerikalı izolyasionistlərin arqumentləri inanılmaz şəkildə üst-üstə düşür. Vilsonun siyasətini kəskin tənqid edən respublikaçılar iddia edirdilər ki, ABŞ-ı 1-ci dünya savaşına bankirlər və silah istehsalçıları sürükləyib və nə əldə etdiyimizi bilmədiyimiz bir savaşda çoxlu gərəksiz qurbanlar vermişik. O illərdə bu mövzuda kitablar da nəşr olunurdu və aparılan təbliğat ictimai rəyi özünütəcrid siyasətinin ABŞ maraqlarına daha uyğun olduğu fikrinə inandırmışdı. İqtisadi böhran bu qənaətləri daha da gücləndirərək ölkənin öz içinə qapanmasına səbəb olmuşdu.

Lakin nə qədər təzadlı görünsə də, ABŞ-nin müharibəyə qoşulması onun 10 illik böhrandan çıxmasına kömək etdi. Sonrakı dövrdə hər iki partiyanın elitaları arasında konsensus formalaşdı ki, ABŞ-nin aktiv və müdaxiləçi xarici siyasəti ölkənin milli təhlükəsizlk və iqtisadi maraqları baxımından daha əlverişlidir. Çünki hər iki dünya müharibəsi ərəfəsində ABŞ özünütəcrid siyasəti aparmış, lakin bu, onu müharibələrin od-alovundan xilas etməmişdi.

Günümüzdə ABŞ-nin təkrar bu siyasətə, eləcə də proteksionizmə dönüşünü (daxili istehsalçını qorumaq üçün idxala yüksək rüsumların tətbiqi, ticarət savaşları) izləyirik. Tramp və komandası özünü çox da yormur, ölkənin tarixindəki müvafiq modelləri götürüb, təkrar tətbiq edir. ABŞ qlobal liderlikdən öz xoşu ilə bir növ, istefa verir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Mart 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2012

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see232

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see195

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see144

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see137

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see128

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see126

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see125

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see125

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see124

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see123

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see123

“Çox yaxşısan, Bakı”

08 Dekabr 2025 09:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri