Icma.az
close
up
RU
Hazırda milli kino ənənəmizlə müasir istehsal bir aradadır Elxan Cəfərovla MÜSAHİBƏ

Hazırda milli kino ənənəmizlə müasir istehsal bir aradadır Elxan Cəfərovla MÜSAHİBƏ

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Oxu.Az Azərbaycan Kino Agentliyinin Baş direktorunun müşaviri, Əməkdar İncəsənət xadimi Elxan Cəfərovla müsahibəni təqdim edirik:

- Elxan müəllim, son illərdə Kino Agentliyinin fəaliyyəti nəticəsində kino sahəsində hansı əsas nəticələrə nail olunub?

- Son üç ildə dövlət sifarişi ilə ümumilikdə 71 film layihəsinin istehsalına başlanılıb. Onlardan 21-i tammetrajlı bədii, 15-i sənədli və bədii-sənədli, 26-sı qısametrajlı, 8-i animasiya, 1-i isə çoxseriyalı bədii filmdir. Bu günə qədər 41 film artıq tamamlanıb və təhvil verilib, 30 layihə isə istehsalatdadır. Ümumilikdə, kino istehsalına 21 milyon manatdan çox vəsait ayrılıb. Bu, Azərbaycan kinosu üçün kifayət qədər ciddi göstəricidir.

- Dövlət maliyyələşməsi sistemində hansı yeniliklər baş verib?

- Əvvəllər dövlət həm sifarişçi, həm də icraçı kimi çıxış edirdi. Yəni həm pulu ayırır, həm də özü çəkirdi. Amma son illərdə aparılan islahatlar bu modeli tam dəyişdi. İndi dövlət yalnız sifarişçi rolundadır, icraçılar isə şəffaf müsabiqə yolu ilə seçilən özəl studiyalardır. Agentlik müqavilələrin icrasına və vəsaitlərin düzgün xərclənməsinə nəzarət edir. Filmlərin yaradıcılıq keyfiyyətini isə Bədii Şura qiymətləndirir. Bu, daha şəffaf və ədalətli bir sistemdir.

- Bu dəyişikliklər kino istehsalına necə təsir edib?

- Əvvəl cəmi 3-4 şirkət film çəkirdi, indi isə onlarla yeni studiya və müstəqil prodüser bu prosesə qoşulub. Bu, həm rəqabəti artırdı, həm də gənc rejissorların qarşısında yeni qapılar açdı.

Bu gün həm tanınmış, həm də gənc rejissorlar öz filmlərini çəkir, yeni adlar üzə çıxır. Ən gözəl tərəfi isə odur ki, bu layihələrin çoxunda "Azərbaycanfilm" kinostudiyasının bazasından aktiv istifadə edilir. Yəni milli kino ənənəmizlə müasir istehsal bir aradadır.

- Dövlət sifarişi ilə çəkilən filmlər arasında hansı layihələr daha çox fərqlənir?

- Ümumiyyətlə qeyd edim ki, film layihələrinə dəstək göstərilən zaman bizim üçün prioritet məsələ əsasən milli vətənpərvərlik ruhunun və milli yaddaşımızın qorunmasına xidmət edən, habelə Qarabağ və Vətən müharibəsi mözularına həsr edilmiş filmlərin sayısının artırılmasıdır. ARKA tərəfindən bu istiqamətdə son üç il ərzində 22 filmin istehsalına dəstək göstərilib. Onlardan 15-i tam təhvil verilib, 4-ü təhvil mərhələsindədir, 3-filmin isə təhvili 2026-ci ildə nəzərdə tutulur.

Dediyim kimi, tarixi mövzular da bizim üçün hər zaman ön plandadır. Çünki kino təkcə sənaye deyil, həm də milli yaddaşın qorunması deməkdir. Bu baxımdan "Tağıyev" çoxseriyalı bədii filmi, "Molla Nəsrəddin: Çətin günlərimin dostu", "Nargin", "Atropatena", "Azıx", "Akinak. İşquz qılıncı", "Cənnət yuxusu" kimi layihələri qeyd edə bilərəm. Bu filmlər həm mövzu, həm də texniki səviyyə baxımından beynəlxalq standartlara cavab verir və bir neçəsi artıq tamaşaçılara təqdim olunub.

Bundan əlavə 2025-ci il üzrə "Dövlət sifarşi ilə istehsal ediləcək film layihələri" müsabiqəsinin prioritet mövzuları məhz bu yanaşma əsasında müəyyən edilib. Bildiyiniz kimi, tarixi Azərbaycan dövləti və ya tarixi hadisə haqqında, Azərbaycan tarixində iz qoyan qadınlar haqqında, məşhur xadimlər (mədəni, ədəbi, siyasi, idman və s.) haqqında, Azərbaycan nağıl və ya dastanlarının motivləri əsasında, Vətən müharibəsi qəhrəmanlarının timsalında Vətən müharibəsi barədə filmlərin istehsalı, o cümlədən klassik Azərbaycan filmlərinin müasir dövrümüzə uyğunlaşdırılması və "Mozalan"ın 55 illiyinə həsr olunmuş film layihələri bu müsabiqənin mövzuları kimi reqlamentdə göstərilib. Bundan başqa müasir innovasiya hadisələrinin qəhrəmanları haqda, qəhrəmanı uşaq olan və uşaqlara xitab edən filmlərin, eyni zamanda musiqili janrda filmlərin istehsalı da "dövlət sifarişi ilə istehsal ediləcək film layihləri" müsabiqəsinin prioritet mövzuları arasında yer alır.

- Kino Agentliyi film istehsalını necə stimullaşdırır?

- Hər il müxtəlif müsabiqələr təşkil olunur. Məsələn, bu il postprodakşn (yəni montaj və son işləmə mərhələsi) müsabiqəsinin qalibləri artıq filmlərini təhvil verir. Dövlət dəstəyi müsabiqəsinin 17 qalibi istehsalata hazırlaşır. 2025-ci il üzrə "Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri müsabiqəsinə müraciətlərin qəbulu da 30 oktyabr 2025-ci ildə başa çatıb. Fürsətdən istifadə edərək bütün iştirakçılara uğurlar arzu edirəm.

Bu sistemli yanaşma həm kəmiyyət, həm də keyfiyyət baxımından sabit inkişafı təmin edir. Əgər bu templə getsək, çox qısa zamanda istədiyimiz nəticələrə çatacağıq.

- Kino istehsalı məşğulluğa da təsir göstəribmi?

- Əlbəttə. Son illərdə bu sahədə yüzlərlə yeni iş yeri açılıb. Kino sadəcə yaradıcılıq sahəsi deyil, həm də iqtisadiyyatın bir hissəsidir. Film istehsalı bir tərəfdən mədəniyyət, digər tərəfdən iqtisadi dəyər yaradır. Üstəlik, bu, ideoloji və insan kapitalı baxımından da çox önəmlidir. Onu da qeyd edim ki, xarici istehsalçıların ölkə ərazisində çəkilişlərinin aktivliyi ildən ilə artır. Bunun əsas səbələrindən biri də cənab president tərəfindən bu istiqamətdə təşviq mexanizmlərinin yaradılması ilə bağlıdır. Bildiyiniz kimi, bununla bağlı olaraq Nazirlər Kabineti tərəfindən artıq "Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları" təsdiq edilib.

- Bəs bu gün kino sahəsinin qarşısında duran əsas məqsədlər nələrdir?

- Kino sənayesi çoxşaxəli bir sahədir. Burada həm milli mədəniyyətin qorunması, həm də iqtisadi inkişaf bir-birini tamamlayır. Cənab Prezidentin müəyyən etdiyi kino strategiyası çərçivəsində Kino Agentliyi bu istiqamətdə ardıcıl işləyir və artıq real nəticələr də var. Bu il üçün dövlət sifarişinin prioritet mövzuları Qarabağ Zəfəri və Böyük Qayıdış, mədəni irsimizin bərpası, müasir Azərbaycan şəxsiyyətləri, milli dəyərlər, ailə institutunun qorunması və Azərbaycanın beynəlxalq imicinin gücləndirilməsidir. Qısası, indi danışmaq yox, işləmək vaxtıdır. Məqsədimiz təkcə film çəkmək deyil, Azərbaycan kinosunu həm məzmun, həm forma, həm də keyfiyyət baxımından yeni mərhələyə çıxarmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Oktyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see302

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see236

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see212

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see201

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see185

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see185

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see165

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see158

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see148

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see147

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see142

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see136

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see136

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see135

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri