Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

“Hazırda müharibə riski hələ də qalmaqdadır”

“Hazırda müharibə riski hələ də qalmaqdadır”

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

İranın nüvə silahı əldə edəcəyi ilə bağlı söhbət yenidən gündəmə gətirilib. İran Prezidenti Məsud Pezeşkian deyib ki, ABŞ və İsrailin hava zərbələri nəticəsində zədələnmiş nüvə obyektləri yenidən qurulacaq və onların imkanları əvvəlkindən də geniş olacaq.

“Biz bu binaları yenidən tikəcəyik və onların gücü daha böyük olacaq”, - o bildirib.

İran hökumətinin sözçüsü Fatimə Mühacirani isə deyib ki, İran ABŞ-dan nüvə məsələsi ilə bağlı danışıqları bərpa etmək təklifi alıb.

“Xarici İşlər Nazirliyi mesaj alıb. Bu mesajların nə olduğuna vaxtında aydınlıq gətirəcəyəm”, - Mühacirani bildirib.

Ayətullahın müşaviri Cavad Laricani deyib ki, İran iki həftə ərzində nüvə silahı yarada bilər, amma ali dini lider Ayətullah Əli Xameneinin fətvası bunu qadağan edir. Onun sözlərinə görə, müdafiə və texnoloji imkanların inkişafı İranın strateji prioriteti olaraq qalır.

"Əgər müharibə başlasa, bu barbarlıqla olmayacaq, hər iki tərəfin sərhədləri var. Həzrətin fətvasının (nüvə silahının yaradılmasının qadağan edilməsi haqqında) bir çox əsası var və şiə qanununda uzun bir tarixə malikdir. Ölkə iki həftədən az müddətdə atom bombası əldə edə bilər, amma biz dinimizə sadiqik", - o əlavə edib.

İranın xarici işlər naziri Seyid Abbas Arakçı isə ABŞ-la dolayı danışıqlar yolu ilə razılığa gələ bilərik mesajını verib.

"Nüvə proqramları mövzusunda narahatlıqları aradan qaldırmaq üçün danışıqlara hazırıq. Ədalətli razılaşma əldə etmək mümkündür, lakin Vaşinqton qəbuledilməz şərtlər irəli sürüb.

Bizim birbaşa danışıqlar aparmaq niyyətimiz yoxdur. Əgər ABŞ öz tələblərini irəli sürməsə, dolayı danışıqlar yolu ilə ədalətli razılığa gələ bilərik ", - deyə Arakçı bildirib.

İranlı nazir həmçinin İsrailin iyunda endirdiyi zərbələrdən sonra zənginləşdirilmiş uranın aqibətindən də söz açıb:

“Nüvə materialları hələ də vurulan və başqa yerə köçürülməmiş obyektlərin dağıntıları altındadır. Binalar və bəzi avadanlıqlar zədələnib, lakin texnologiyalarımız toxunulmaz olaraq qalır”.

İranın ali dini lideri Ayətullah Əli Xamenei isə İran yalnız İsrailə dəstəyi dayandıracağı və Yaxın Şərqin daxili işlərinə qarışmayacağı təqdirdə ABŞ ilə əməkdaşlıq tələblərinə baxacaq açıqlamasını verib.

"İran və ABŞ arasında mövcud ziddiyyətlər iki ölkə arasında köklü maraqların toqquşmasıdır. İran ABŞ-nin yaxın gələcəkdə İslam Respublikası ilə əməkdaşlığa başlamaq xahişlərinə baxmayacaq, yalnız o zaman nəzərə alınacaq ki, Vaşinqton İsrailə dəstəyi tamamilə dayandırsın, Yaxın Şərqdəki hərbi bazalarının fəaliyyətini azaltsın və bu region ölkələrinin daxili işlərinə artıq müdaxilə etməsin", - deyə o qeyd edib.

Mövzu ilə bağlı qəzetimizə dasnışan siyasi şərhçi Əkrəm Bəydəmirli deyib ki, ciddi sanksiyalara məruz qalan, iqtisadiyyatı bərbad gündə olan İranın ABŞ-la qarşıdurmaya getməsi vəziyyəti daha da gərginləşdirəcək. İranın dini liderinin ABŞ-ın İranla əməkdaşlığı mümkünsüzdür deməsi qarşıdurmanın daha da dərinləşəcəyindən xəbər verir. Onu da unutmaq olmaz ki, 12 günlük İsrail-İran müharibəsində həmin Əli Xamnei bunkerdən çıxa bilmirdi, danışıqlar aparmaq üçün vasitəçilər axtarırdı: “Hazırda müharibə riski hələ də qalmaqdadır. Ona görə ki, ABŞ heç zaman İranın nüvə silahı əldə etməsinə imkan verməz. Bu ölkənin nüvə silahına sahiblənməsi həm region, həm də Amerika üçün təhlükədir. Ümumiyyətlə, aparılan danışıqlara baxmayaraq, İranın ABŞ-la əməkdaşlığı yaxın perspektivdə real görünmür. İslahatçı qanadın təşəbbüslərinin, danışıqlarının bu vaxta qədər effekt verməməsinin başlıca səbəblərindən biri ali dini lideri Əli Xamenei və onun mühafizəkar çevrəsidir. Əgər İranın bu mühafizəkar qanadı güzəştlərə hazır olub addımlar atsa o zaman müharibə riski aradan qalxar”.

Politoloq Çingiz Şahbazinin fikrincə, İranın dini rəhbəri Əli Xameneinin tələbələrlə görüşü zamanı ABŞ-İran münasibətləri ilə bağlı verdiyi açıqlama, əlbətdə ki, iki ölkə arasında münasibətlərdəki uzun müddət davam edən gərginliyin səngiməməsi ilə bağlıdır. Əli Xameneinin bu açıqlaması heç şübhəsiz ki, siyasi xarakter daşıyır və ABŞ-İsrail strateji tərəfdaşlığına qarşı bir mesajdır. Xamenei ABŞ-ı İsrailin əsas himayədarı kimi qeyd etməklə , İranın rəsmi ideologiyasında xüsusilə də İsraili müsəlman dünyasına qarşı təhlükə mənbəyi olaraq görür və işğalçı dövlət olaraq vurğulayır. Bu səbəbdən Vaşinqtonun İsrailə verdiyi hərbi -siyasi dəstəkdən dolayı, İsrailin Yaxın Şərqdə və xüsusilə də Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlara davam etdiyi müddətcə , Tehran üçün ABŞ-la əməkdaşlıq əlaqələrinin qurulması məsələsi ideoloji baxımdan mümkün olmadığı açıq şəkildə, dini rəhbər tərəfindən ifadə olunmaqdadır. Xamenei ABŞ-ı, İsraili Yaxın Şərqdə dəstəkləməməyə və ümumiyyətlə regiondan çəkilməyə çağırıb və məhz bundan sonra İran -ABŞ münasibətlərinin qurulması və inkişafı haqda danışmaq mümkün ola bilər, deyib. Əlbətdə, İran və ABŞ-ın Yaxın Şərqdə maraqları kəsişir və bu maraqlar bir-birinə ziddiyyət təşkil edir. Xameneinin bəyanatında qeyd olunan tələblər və iradların həmçinin tərkibində, İranın Yaxın Şərq siyasətində xüsusilə də Livan, Suriya, Yəmən və Fələstin məsələsində öz təsir dairələrini genişləndirmək məqsədi də gizlənir. Bu baxımdan, İranın bu ziddiyyətlər dolu rəqabətdən geri çəkiləcək kimi niyyətinin olmadığını da görmək mümkündür. Bütün bunlar əsas verir ki deyək, İran-ABŞ münasibətlərində yaxın perspektivdə yaxşı vəd olunası bir səbəb görünmür və soyuq müstəvidə münasibətlər davam edəcək.ABŞ-ın İsrailə dəstəyi davam etdiyi müddətdə, İranın da HƏMAS, ,, Hizbullah,, və digər qruplara dəstəyi qaçılmaz olacaq Belə bir vəziyyətdə nüvə başlıqları ilə bağlı danışıqlar prosesində də problemlər yaşana bilər və bütün bunlar regionda gərginliyi artıran amillərdir.

ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov isə deyib ki, İran rejimi Fələstin məsələsinin həllində maraqlı deyil. Misirdə əldə edilən razılaşma fonunda bu kimi açıqlama prosesə zərbə vurmaq məqsədi daşıyır.

Politoloq qeyd edib ki, Fələstin məsələsi həll olarsa, İran Yaxın Şərqdə təsir gücünü itirəcək: "İran həmişə ABŞ-la süni gərginlik axtarır. İndi Fələstin xalqı üçün imkan yaranıb ki, dinc həyata qayıtsın, İsraillə sakit şəkildə təhlükəsiz yaşasın. Amma İran bunu da fələstinlilərə çox görür. Məsələ ondadır ki, İran rejimi yarandığı gündən bu günə kimi Fələstin xalqına heç bir kömək edə bilməyib. Əksinə onlara bəlalar gətirib. Bu yoldan da əl çəkmir. ABŞ ən azı indi fələstinlilərə təhlükəsiz gələcək vəd edir. Hesab edirəm ki, İran bu yoldan dönməlidir. Bu prosesə Azərbaycan da qoşulub. Ona görə də İran kənara çəkilib prosesi sakit şəkildə izləsə daha yaxşı olar. Bəlkə də nəticə uğurlu olacaq".

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 Noyabr 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see683

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see485

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see278

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see276

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see262

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see259

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see251

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see247

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see247

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see246

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see240

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see230

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see229

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see225

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see224

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see221

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see220

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see213

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see212

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri