Icma.az
close
up
RU
1 qəpik gedişhaqqı necə tətbiq olunacaq? Rəsmi açıqlama

1 qəpik gedişhaqqı necə tətbiq olunacaq? Rəsmi açıqlama

Icma.az, Bizim media saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi bundan sonra avtobuslardan istifadə edən bəzi sərnişinlər hər 4 gedişdən birinə cəmi 1 qəpik ödəyəcək.
Bəs, bu güzəştdən kimlər istifadə edə bilər?
Mövzu ilə bağlı “BakıKart” MMC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, “BakıKart” və “Mastercard”-ın birgə həyata keçirdiyi yeni kampaniya çərçivəsində sərnişinlər metro və avtobuslarda hər dördüncü gedişə görə cəmi 1 qəpik ödəyəcəklər:
“Kampaniya Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən emissiya edilmiş “Mastercard” kartları ilə “Apple Pay” və “Google Pay” vasitəsilə həyata keçirilən təmassız (NFC) ödənişlərə şamil olunur. Eləcə də Bakı ərazisində NFC ödənişlərinin mümkün olduğu bütün ictimai nəqliyyat vasitələrini əhatə edir.
Kampaniyanın şərtlərinə əsasən, sərnişinlər üç gedişi standart tariflə etdikdən sonra dördüncü gediş üçün güzəşt əldə edirlər. Həmin gediş zamanı kart hesabından cəmi 0,01 AZN tutulur.
Qeyd edək ki, güzəştdən yararlanmaq üçün dörd gedişin eyni gün ərzində edilməsi tələb olunmur. Gedişlər müxtəlif günlərdə həyata keçirilə bilər.
Bir kart üzrə təqvim ayı ərzində maksimum 5 dəfə 1 qəpiklik gediş imkanından yararlanmaq mümkündür.
Üç gediş tamamlandıqdan sonra əldə edilən güzəştli gediş hüququndan 30 gün ərzində istifadə edilməlidir”.
Bəs, layihənin tətbiq sahələri hansı əraziləri əhatə edir?
Qurumdan bildirilib ki, layihə bütövlükdə bütün Abşeron yarımadasını əhatə edir:
“Nəinki Bakı, eyni zamanda şəhərətrafı ərazilərdə yaşayanlar da bu fürsətdən yararlana biləcəklər. Bu təşəbbüs ictimai nəqliyyatda təmassız ödənişlərin təşviqinə, sərnişinlərin gündəlik nəqliyyat xərclərinin azaldılmasına və daha sərfəli ödəniş imkanlarının yaradılmasına xidmət edir”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Noyabr 2026 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri