Icma.az
close
up
RU
Həbs cəzası ilə bitmir Məktəblərdə dağıdılan əmlakın ziyanını kim ödəyəcək?

Həbs cəzası ilə bitmir Məktəblərdə dağıdılan əmlakın ziyanını kim ödəyəcək?

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Son günlər vahid məktəbli geyiminin tətbiqi ilə əlaqədar yaranan narazılıqlar fonunda baş verən xuliqanlıq hallarından sonra  iğtişaş yaradan şəxslər həbs olundu. Bu şəxslər törətdikləri əmələ, icitimai asayişi pozmağa görə qanuna uyğun olaraq cəzalandırılacaqlar.
Bəs xuliqanlıq zamanı yandırılan, sındırılan və yararsız hala salınan əmlaka dəymiş ziyan kim tərəfindən ödəniləcək?
Qanun belə hallarda təkcə ictimai asayişin pozulmasına görə məsuliyyət deyil, həm də zərərçəkənlərin hüquqlarının qorunması və maddi itkilərin kompensasiya edilməsi məsələsini diqqət mərkəzində saxlayır. Ən əsası zədələnən əmlakın zərərini, bir qayda olaraq, həmin zərəri vurduğu sübuta yetirilən şəxs ödəməlidir. Yəni təqsirkarın həbs olunması zərərin ödənilməsi öhdəliyini aradan qaldırmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən, əmlaka vurulmuş zərər o zərəri vuran şəxsdən tam həcmdə tələb oluna bilər. Bir neçə nəfər iştirak edibsə, hər birinin ödəyəcəyi məbləğ onların faktiki iştirakından və işin hallarından asılı olaraq müəyyən edilir.
Yəni həbs cəza məsələsidir, ziyanın ödənilməsi isə ayrıca məsuliyyətdir.
Əmlak sahibinin zərəri tələb etmək hüququ qalır. Məktəb rəhbərliyi dəymiş ziyanı sənədləşdirə, təmir xərclərini hesablada və qanuni qaydada kompensasiya tələb edə bilər.
Cinayət Məcəlləsinin 186-cı maddəsinə əsasən, xeyli miqdarda ziyan vurduqda: vurulmuş ziyanın iki mislindən üç mislinədək cərimə və ya qanunda nəzərdə tutulan digər cəzalar tətbiq oluna bilər. Yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə, yaxud ağır nəticələrə səbəb olduqda: 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Lakin Cinayət Məcəlləsinin 84.2. maddəsinə görə, yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. 85.1.3. maddəsinə əsasən isə həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini və kənar şəxslərin ona təsirini nəzərə alır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin oktyabrın 12-də yaydığı məlumata əsasən,Bakı şəhərində bir qrup şəxs vahid geyim qaydalarının tətbiqi ilə bağlı məktəblərdə təhsil işçiləri ilə münaqişəli vəziyyət yaradıb, dövlət təhsil müəssisələrinə zərər vurub, ictimai qaydanı kobud şəkildə pozan, nəqliyyatın hərəkətinə və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olan hərəkətlərə cəhd edib. Sözügedən hallarla bağlı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılaraq 37 nəfər həbs edilib.
Şəfiqə Şəfa, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Oktyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri