Icma.az
close
up
RU
Həbs edilən şəxs üç şəhid anasını təhqir edibmiş AÇIQLAMA

Həbs edilən şəxs üç şəhid anasını təhqir edibmiş AÇIQLAMA

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanovanı sosial şəbəkələrdə təhqir edən şəxs həbs edilib. 

Radə Qurbanovanın şikayəti əsasında 1993-cü il təvəllüdlü Vüqar İ. saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmədə məlum olub ki, "TikTok" sosial şəbəkəsində "Şah_əmlak" adı ilə qeydiyyatdan keçən əmlak blogeri Vüqar evlərin alqı-satqısı ilə bağlı elanlar yerləşdirib. Vüqarın profilində Radə Qurbanova və digər şəhid analarının barəsində xoşagəlməz şərhlər yazılıb. Radə Qurbanova əmlak blogerinə zəng edərək, öz etirazını bildirib və barəsində şikayət edəcəyini deyib. Sonuncu heç kimdən qorxmadığını və baş vermiş hadisə ilə bağlı izahat verməyəcəyini şəhid anasına deyib. 

Modern.az məsələ ilə əlaqədar şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova ilə əlaqə saxlayıb.

O deyib ki, hadisə dekabrın 14-də, oğlunun toyunun ertəsi gün baş verib.

"Şəhidlərimizin - Cəbrayıl Dövlətzadənin, İzzət Həmidovun, Xudayarın və mənim evlənən oğlumun fotosunu qoyublar. Yəni ki, başqa yerdən də şəhid anaları təbrikə gəlib. “Şah Əmlak”ın yiyəsi Vüqar bəy onun altında rəy bildirib ki, "şəhid anaları zirvədədir. Amma bunlar özlərinə hörmət qoymayan qadınlardır. Gecə yatanda şükür edirlər ki, oğlanları şəhid olub. Xudayar bir mahnı oxudu, Radə xanım Bərdəni  şuman etdi". Mən bundan sonra onun özü ilə əlaqə saxladım. Cavab verdi ki, "vaxtım yoxdu birazdan danışarıq”. Mən də dedim ki, “sənin mənimlə danışmağına ehtiyac yoxdur. Harada lazımdı, orada cavab verərsiniz”. Daha sonra mənə zəng edib işçilərinin bu rəyi yazdığını dedi. Biz də polis şöbəsinə verdik. Polis rəisi Ənvər müəllim, Allah ondan razı olsun operativ davrandı. Tək mən yox, Vəfa xanım Sumqayıtda, Məleykə xanım da Xətaidə şikayət ərizəsi veriblər. Amma Ənvər müəllim məsələyə ciddi yanaşdı. Yekə-yekə danışırdı ki, polis orqanına gələn deyiləm, filankəsin qohumuyam. Buna baxmayaraq, bizim qanunlarımız var. Başda Prezidentimiz və Vilayət müəllim (daxili işlər naziri Vilayət Eyvazov-red) olmaqla bütün polis əməkdaşlarımıza minnətdaram. Allah onlardan razı olsun".

Radə Qurbanova sözlərinə belə davam edib:

"Üzr istəməklə hamı canını qurtarırsa, həm onların təhqirini, həm dərdimizi götürüb çəkək? Sözü deyib üzr istəmək lazım deyil. Bu sözlərə görə üzrü kimsə qəbul edərdisə, mən də edim. O, bir nəfər ananı yox, üç nəfər ananı təhqir edir. Nə var ki, hər sözü deyib üzr istəsinlər. Yüzlərlə elə uşağı bağışlamışam, amma bunu bağışlamadım ki, yəni belə də olur. Mən heç kimə  cəza verilməsini istəmirəm. Amma bilirsən nə istəyirəm? Çox gözəl millətimiz var, şəhidinə də, şəhid anasına da diqqət  yetirir. İctimai qınaq olsun. Mənim oğlum döyüşəndə, sən hardaydın? Sən indi klaviatura arxasında oturub söz yazmaq asandır? Görək, nəyə şükür edirdik, niyə şükür edirdik. Səhərə kimi yatmırıq, şəhid analarının hamısı onkoloji xəstədir, qaraciyər xəstəsidir.  Adamı mənəvi olaraq elə incidən sözlər var ki, onu bağışlamaq olmaz. Doğma balasına da adam bağışlamaz".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Fevral 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri