Icma.az
close
up
RU
Şəhid Xudayarın anasını təhqir edən bloqer HƏBS EDİLDİ NƏ BAŞ VERMİŞDİ? FOTO

Şəhid Xudayarın anasını təhqir edən bloqer HƏBS EDİLDİ NƏ BAŞ VERMİŞDİ? FOTO

Yenicag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anasını təhqir etdiyinə görə “Şah Əmlak”ın sahibi Vüqar İ. (ad şərtidir) həbs edilib.

Məlumatda bildirilir ki, “TikTok” sosial şəbəkəsində əmlak satışı ilə məşğul olan Vüqar adlı bloqer İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Şəhid Xudayar Yusifzadənin anası Rada Yusifzadə baş verənləri Yenicag.az-a ətraflı danışıb.

Şəhid anasının bildirdiyinə görə, böyük oğluna bu yaxında toy məclisi keçirib və məclisə bir çox şəhid valideynləri təbrik üçün gəliblər. Məclisin videosu sosial şəbəkədə paylaşıldıqdan sonra sözügedən şəxs videonun altında toy məclisində iştirak edən şəhid analarını “özlərinə hörmət qoymayan şəhid anaları” kimi təqdim edib. Şəhid Xudayar Yusifzadənin anası şəxslə əlaqə saxlayaraq, iradını bildirdiyində Vüqar İ. “get kimə istəyirsən şikayət et, yaxşı etmişəm” deyərək, israr edib. Şəhidin anası həmin şəxs haqqında məhkəməyə müraciət etdikdən sonra bloqer saxlanılaraq, məhkəməyə gətirilib. Şəhid anası hakimdən onun cəzalandırılmasını xahiş etdikdən sonra hakim Vüqar haqqında 10 sutka inzibati cəza tədbiri görülməsi barədə qərar qəbul edib.

Saytımıza açıqlama verən şəhid Xudayar Yusifzadənin anası fürsətdən istifadə edərək, Yenicag.az vasitəsilə xalqımıza müraciət də ünvanlayıb. Müraciəti təqdim edirik:

“Mən şəhid Xudayar Yusifzadənin anası Rada Yusifzadə. Xalqımızdan şəhid mövzusunda həssas və ehtiyatlı olmağa çağırır və bildirmək istəyirəm ki, 1 şəhidə və ya ailəsinə edilən hörmətsizlik bütün şəhidlərimizə edilən hörmətsizlikdir və bu qəbuledilməzdir. Hörmətlə Rada Yusifzadə”.

Nurlan Cəfəri

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 12 Fevral 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri