Icma.az
close
up
RU
Həbsdə olan jurnalist məhkəmədə ifadə verdi

Həbsdə olan jurnalist məhkəmədə ifadə verdi

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Abzas Media” saytı ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxslərin məhkəməsi davam edir. Saytın təsisçisi Ülvi Həsənli, baş redaktoru Sevinc Abbasova və digərlərinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Bizimyol.info xəbər verir ki, aprelin 8-də hakim Rasim Sadıxovun sədrliyilə keçirilən məhkəmə prosesində həbsdə olan jurnalistlərdən Fərid Mehralızadə ifadə verib. O bildirib ki, “Abzas Media” saytı ilə heç bir əlaqəsi olmayıb. 2019-cu ildən 2024-cü il mayın 30-da həbs olunduğu günə qədər banklardan birində işlədiyini deyən Fərid Mehralızadə qeyd edib ki, həmçinin iqtisadi mövzuda təhlil yazıları hazırlayırdı, müxtəlif televiziya kanallarına, saytlarına ekspert kimi müsahibələr verirdi. O bildirib ki, “Abzas Media” saytına da ekspert kimi müsahibə verib və bunun müqabilində pul almayıb.

Fərid Mehralızadə əlavə edib ki, ona qarşı ittihamları təsdiqləyəcək heç bir sübut yoxdur.

Daha sonra məhkəmə prosesində şahidlər dindirilib.

Təqsirləbdirilən şəxslər dustaqların məhkəməyə gətirildiyi maşındakı şəraitsizlikdən şikayətləniblər. Hakim Rasim Sadıxov bildirib ki, bu məsələ ilə əlaqədar onların narazılığı Penitensiar Xidmətə çatdırılacaq.

Məhkəmə prosesi aprelin 22-də davam edəcək.

“Abzas Media” saytının təsisçisi Ülvi Həsənli 2023-cü il noyabrın 20-də həbs olunub. Daha sonra baş redaktor Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova, Hafiz Babalı, Elnarə Qasımova, Fərid Mehralızadə həbs olunub. Onlara qarşı qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və s. ittihamlar irəli sürülüb.

Jurnalistlər bu ittihamları qəbul etmirlər.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Aprel 2025 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri